Dİndə neçə növ təqlİd var?


Hər bir müsəlmanın ağlına belə bir sual gələ bilər ki, Qur`ani-Kərimin bir çox ayələrində müşriklərin dində öz ata-babalarına təqlid etmələri pislənilir və məzəmmət olunur. Belə olan təqdirdə, biz hansı əsasla dində təqlid və tabeçilik məsələsindən söhbət açırıq?


Müctəhİd kİmdİr?


Müctehid dedikdə kimlər və hansı elmi məqamda olanlar nəzərdə tutulur?
Hər şeydən əvvəl bu sözün kökü ilə tanış olaq. Sözün kökü “ictihad” kəlməsindəndir. “İctihad” sözünün özü isə “cəhd” sözündəndir.


Nİyə namazı əllərİmİz açıq halda qılırıq?


Bismillahir-Rəhmani-Rəhim. Bizə ən çox ünvanlanan suallardan biri də namazın qiyam şəkli ilə bağlıdır. Sual edilir ki, nə üçün Əhli-beyt (ə) məzhəbinin ardıcılları namazların qiyam halında əllərini yana salır, yəni açıq tuturlar?


Gündəlİk vacİbİ namazlar neçə vaxtda qılınmalıdır?


Əhli-beyt məzhəbinə əsasən namaz vaxtları 3 qismə ayrılır:
1) Məxsusi vaxtlar. Bu namaz vaxtı zöhr, əsr, məğrib və işa namazları üçün hesab olunur. Zöhr namazının məxsusi vaxtı zöhr vaxtı daxil olduqdan 4 rəkətlik namaz qılmaq qədərindədir. Bu zaman fasiləsində yalnız zöhr namazını qılmaq olar.


Cümə namazı vacİbdİrmİ?


Müqəddəs Qurani-Kərimin \"əl-Cümə\" surəsinin 9-cu ayəsində Allah-Təala buyurur:
\"Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz bu, sizin üçün daha xeyirlidir\".


Aşura günü oruc tutmağın hökmü nədİr?


İslami kitab və mənbələrdə bu mətləbə işarə edən bir çox rəvayətlər mövcuddur ki, Ramazan ayının orucunun vacib olması ilə Aşura gününün orucunu vaciblikdən çıxarmış, onun tərkini daha münasib bilmişdir. Bu mətləbi və Aşura gününün orucunun İslamda yerini daha yaxşı bəyan etmək üçün Məsum İmamlardan (ə) bir neçə rəvayətə işarə edib, daha çox araşdıranlar üçün hədis kitablarına müraciət etmələrini xahiş edirik.


Hansı dənİz məhsullarını yemək olar?


Müqəddəs İslam şəriətinə əsasən, dəniz məhsullarının bir qismini yemək icazəli, digər qismini yemək isə qadağandır. Pulcuqlu balıqları yemək caiz, digər dəniz canlıları isə haramdır.


Azan və İqamədə üçüncü şəhadətİn hökmü nədİr?


Azan və iqamə təkbirlə başlayır, daha sonra isə 3 şəhadətlə davam edir. Allahın təkliyinə, Həzrət Məhəmmədin (s) risalətinə və İmam Əlinin (ə) vilayətinə şəhadət edilir.
Verilən suallardan biri isə budur: Peyğəmbər (s) dövründə Həzrət Əlinin (ə) vilayətinə şəhadət verilmişdirmi? Bu şəhadət sünnədən gəlir yoxsa, sonradan əlavə edilib?


Namaz təqvİmlərİndəkİ fərqlər nədən qaynaqlanır? Hansı təqvİmİ əsas götürək?


Namaz təqvimlərindəki fərqlər həm məzhəblər arasındakı fərqlərdən, həm də astofiziki hesabat fərqlərindən yaranır.
Namaz təqvimlərindəki fərqlər sadə müsəlmanları bir çox hallarda narahat edir. Çünki namaz və oruc kimi ibadətlər bu təqvimlərə əsasən yerinə yetirilir. Eyni bir şəhər üçün hesablanmış bu təqvimlərdəki fərqlər bəzən 30 dəqiqəyə çatır.


ƏDALƏTƏ RİAYƏT ETMƏK DEDİKDƏ NƏ NƏZƏRDƏ TUTULUR?


Quran bizə əmr edir ki, danışan zaman ədalətə riayət edək. “Ədalətli olun”.(“Ənam” 152). Bu ayəyə diqqət edəndə görmək olur ki, danışan zaman ədalətli olmaq lazımdır, nə ifrat etmək, nə də təfrit. Danışan zaman ədalətli olmaq o deməkdir ki, insan danışan zaman sözü yerində desin. Danışdığı söz həqiqət olsun və insanlardan eşitdiklərini təkrar etməsin. Əgər insan bir şeyi özü görübsə, düzdür. Ancaq ona danışsalar, gərək eşitdiklərinə inanmasın.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter