O KƏSİN Ki, QƏBRİ YOXDUR, ONUN QƏBİR ƏZABI NECƏ OLUR?


Bu məsələ hədislərimizdə açıq şəkildə izah edilmişdir ki, qəbir əzabı dedikdə Bərzəx alımindəki əzab nəzərdə tutulur. Belə ki, dünya aləmi ilə axirət aləmi arasındakı fasiləyə Bərzəx deyirlər. Allah Təala “Muminun” surəsində buyurmuşdur: “Şəkk yoxdur ki, bərzəx aləmi bütün insanlar üçün mövcuddur”.


NAMAZDA DİQQƏTİMİZİ NECƏ CƏMLƏYƏK?


Yaxşı olar ki, namazda bədənimizlə üzü qibləyə dayandığımız kimi, qəlbimizi də ancaq Allahla məşğul edək. Çünki namazın dəyəri orada olan qəlb hüzurunun ölçüsündən asılıdır. Belə ki, əziz Peyğəmbərimizin (s) və İmamlarımızın (ə) namaz vaxtı yaxınlaşanda rəngləri dəyişərdi və özlərini o Böyük Xaliqin hüzuruna hazırlayardılar. Bilirdilər ki, Kimin qarşısında dayanacaqlar.


HƏQİQİ YETİM KİMDİR?


Əziz Peyğəmbərimizin (s) və onun pak Əhli-beytinin (ə) nurlu və dürdən də, yaqutdan da daha qiymətli incilərinin arasında insanın qəlbinə rahatlıq verən, insanın qəlbini oyadan, insanı özünə qaytaran çoxlu nümunələr var. Onlar sanki bir şəfa vasitəsidir ki, xəstə qəlbləri müalicə edir. O incilər sanki bir itmiş həqiqiətlərdir ki, insanlar onlara rast gələndə Həzrət Yaqubun (ə) intizarında olduğu və çatdığı bir həqiqətə rast gəldiyi andakı hissi keçirirlər.


TÖVBƏ NƏDIR VƏ NECƏ OLMALIDIR?


Əgər sürücü diqqətsizlik edərsə, yolunu itirər və diqqətini cəmləyəndə səhv getdiyi yolları yenidən qayıdar. Ancaq əgər yoluna davam edərək desə ki, mən yolumu azmışam, maşın düz yola qayıtmayacaqdır. Heç bir sərnişin sürücünün bu xətasını bağışlamaz.


QADININ MİRASI NİYƏ KİŞİLƏRİNKİNİN YARISI QƏDƏRDİR?


Bir günlük işə götürülmüş fəhlənin maaşı daimi işçi olan fəhlənin maaşından çoxdur. Bu ona görə deyildir ki, fəhlənin şəxsiyyəti işçininkindən çoxdur. Bəlkə ona görədir ki, işçi üçün pensiya, məzuniyyət, müdiriyyət haqqı və başqa haqlar nəzərdə tutulmuşdur. Əgər bütün bunlar hesablansalar, onun maaşı fəhləninkindən çox olar.


HALAL VƏ HARAM YEMƏKLƏRİN TƏSİRİ NECƏ OLUR?


Halal qidalar insan ruhuna və qəlbinə yaxşı, haram yeməklər isə pis təsir qoyurlar. Hətta lətif və yüngül ruhlar bir tikə halal və ya haram yeməklə təsirə məruz qalırlar.


RƏSULİ-ƏKRƏMİN (S) MÖVLUDUNU QEYD ETMƏK NƏ DEMƏKDİR?


Küveyt Əhli-beyt (ə) davamçılarının rəhbəri Seyid Muhəmmədbaqir Əl-Məhdi Peyğəmbərimizin (s) mövludunun qeyd edilməsini “haram əməl” (nəuzubillah!) adlandıran təkfirçi “alimə” cavab olaraq, demişdir: “Həzrət Muhəmmədin (s) mövlud bayramını qətiyyən Allaha şərik qoşmaq olmaz. Cahil insanlar ibadətlə ehtiram göstərməyin arasındakı fərqi dərk edə bilməz.


DUA NİYƏ KÖMƏK EDİR?


Alimlər bu məhfumu anlamağa çalışırlar
Neyrofizioloqlar şəfaverici təsirlərə malik olan dördüncü şüur vəziyyətini, yəni \"dua ayıqlığını\" ixtira ediblər.


ŞEYTANI ƏN ÇOX NARAHAT EDƏN NƏDİR?


Günlərin birində lənətlik iblis Yəhyaya demişdir: “O zaman ki, yeməkdən doyursan - ağırlaşırsan və Allahınla münacat etməyə, namaz qılıb, dua etməyə rəğbətsiz olursan”. Yəhya şeytanın bu sözlərini eşidən kimi başını aşağı saldı və dedi: “Allaha and olsun ki, bundan sonra qarnımı yeməklə doldurmayacağam”. Şeytan qəzəbindən qızarır və Yəhyadan uzaqlaşaraq, deyir: “Allaha and olsun ki, mən də heç vaxt möminə nəsihət verməyəcəyəm”.


RUZİNİ NECƏ ARTIRMAQ OLAR?


Allah hər bir insanın ruzisini əvvəl günündən müəyyən etmişdir. İnsan hər nə qədər başqasının malını oğulasa da, riba etsə də Allah buyurar ki, onun halal malından həmin o qədər ruzini azaltsınlar. Qazandığın ruzunun da şərti vardır. Gərək halal yolla əldə edilsin. Peyğəmbəri-Əkrəm (s) buyurur: “Halal ruzinin dalınca getmək Allah yolunda cihad kimidir”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter