Nİyə Həzrət Nuhun (ə) övladı dönük çıxdı?


Ata və ananın ən mühüm vəzifələrindən biri budur ki, övladları ilə dostluq əlaqəsi yaradıb, onlarla qaşılıqlı anlaşmada olsun. Bunu bilmək lazımdır ki, bir ailənin müvəffəqiyyət qazanmasının rəmzi ata və ananın qarşılıqlı anlaşmasından asılıdır. Əgər həyat yoldaşları bir-birini başa düşmürlər və bir-birinə hörmət qoymurlarsa, övlad tərbiyəsində də o qədər mühüm nəticəyə çata bilməyəcəklər. Hətta əgər onlardan biri öz vəzifələrinə düzgün əməl etsə, yenə də övladlarına müsbət təsir qoymayacaqdır.


Nə edək kİ şeytan ətrafımızda fırlanmasın?


İnsan şərafətli bir varlıqdır və yarandığı ilk gündən indiyə qədər hələ heç kim onu lazımlı qədər tanımamışdır.
İnsanı tədqiq edənlər isə deyirlər: İnsan tanınmamış bir varlıqdır.


İnsanın qəlbİ nİyə daşlaşır?


İnsan əgər həqiqi yoldan üz döndərərsə, qəlbi daşlaşar. Quran qəlbin bu halını qəsavət kimi tanıdır.
İnsanlar bir mövzunu dərk etməkdə eyni deyildirlər. Bəziləri bir işarə ilə, qısa kəlamla həqiqətləri çox yaxşı dərk edirlər. Bəziləri isə əksinə - haqqı qəbul etmək üçün onlara saatlarla bir mövzunu başa salmaq lazımdır. Bəziləri bir təzəkkürlə ayılırlar, bəziləri bir moizə ilə ruhlarında tufan baş verər, ancaq bəzi insanlara ən ciddi və kəskin moizə belə təsir qoymur.


Bərzəx həyatı necə olur?


Dünya həyatı sona çatan kimi, ruh lətif bir cismə girər. Maddi cismin bəzi çatışmamazlıqlarından uzaqdır. O, maddi cismə bənzədiyi üçün ona misal bədəni deyirlər. O, nə kamilən mücərrəddir və nə də maddi. Bərzəx aləmini dərk etmək, maddi dünyanın əsiri olan bizlər üçün çətindir. O, bu dünyadan daha üstün bir dünyadır. (Əndişeyi-Qum saytı)


Vəsİyyətdə nəyİ qeyd etmək lazımdır?


Allah Təala buyurur: “Sizin üçün belə yazılıb və qərara alınıb ki, birinizin ölümü çatan zaman, əgər özündən sonra bir mal qoyursa, öz ata-anası və yaxınları üçün (İslam şəriətində müəyyən edilmiş irsdən əlavə) gözəl bir tərzdə vəsiyyət etsin. (Bu hökm, vacib haqdan əlavə) pəhrizkarların öhdəsinə düşən bir haqdır”. ( “Bəqərə” 180).


Məsumların (ə) elmİnİ kİmlər dİrİ saxlayar?


İmam Rza (ə) buyurur: “Allah rəhmət etsin o bəndəyə ki, bizim əmrlərimizi dirildər”. Hədisi nəql edən soruşur: “Sizin əmrləri necə dirildər?”. Həzrət (ə) buyurur: “Bizim elmimizi öyrənər və insanlara öyrədər. Əgər insanlar bizim kəlamlarımızın gözəlliyini bilsələr, bizim ardımızca gedərlər”.


HANSI ŞƏXSLƏRDƏN MƏSLƏHƏT ALMAQ OLAR?


Şübhəsiz ki, hər adamla məsləhətləşmək insana xeyir gətirməz. Xaraktercə zəif və nöqsanlı məsləhətçinin göstərdiyi yol, insanı uçuruma apara bilər. Əli (ə) buyurur: «Üç qəbil insanla məsləhətləşmə: Paxıl, qorxaq və tamahkar insanlarla. Paxıl səni kasıbçılıqla qorxudub, başqalarına əl tutmaqdan çəkindirər.


FASİQ KİMDİR? FASİQDƏN NİYƏ UZAQ OLMAQ LAZIMDIR?


Fasiq insan o kəsə deyilir ki, açıq-aşkar və heç kimdən çəkinməyərək, əxlaqın, qanunun ziddinə olan rəftar nümayiş etdirir.
Fasiqliyin kükünü həmin şəxsin imanının kamil büluğa çatmamasında axtarmaq lazımdır. Ona görə də ola bilsin ki, həmin şəxs müsəlman olsun, ancaq fasiq olsun. Çünki onun imanı və İslamı elə həddə çatmamışdır ki, onu bu rəftarlardan saxlasın. Təqvaya tərəf hidayət etsin. Şübhəsiz ki, fasiq insan cəmiyyətə çox sayda ziyanlar vurar.


QİYAMƏT GÜNÜ AZYAŞLI UŞAQLAR VƏ DƏLİLƏR HESABA ÇƏKİLƏCƏKMİ?


İlk növbədə bunu bilmək lazımdır ki, dini vacibatları yerinə yetirmək üçün insan ağla və həddi-büluğa malik olmalıdır. O zaman ki, insanın üzərində vacibatları olmaz - o, hesaba çəkilməz və savab və cəza almaz.


KƏBƏ HAQQINDA BUNLARI BILİRSİZMİ?


Kəbə ərəbcə \"əl-Kəb”(الكعب) sözündən götürülüb mənası \"kub\" deməkdir. Kəbənin şimal-şərq divarıının eni 12,63 m, şimal-qərb divarının eni 11,03 m, cənub-qərb divarının eni 13,10 m, cənub-şərq divarının eni 11,22 m və hündürlüyü 13,10 m-dir. Müqəddəs tikilinin sahəsi 128,4 kv.m-dir. Kəbə binasının küncləri Yer kürəsinin qütblərinə — şimal, cənub, şərq ve qərb istiqamətlərinə istiqamətlənmişdir. Bu künclərin hər birinin öz xüsusi adı vardır. Kəbənin şərq küncündə Həcərul-əsvəd adlanan qara daş yerləşir. Şimal küncü İraq, qərb küncü Şam, cənub küncü isə Yəmən küncü adlanır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter