Quranda adı çəkİlən Zulqərneyn kİmdİr?


Quran ayələri Zülqərneynin peyğəmbər olmasına birbaşa işarə etmir. Baxmayaraq ki, bəzi ayələri bu mənanı verir, ancaq çox sayda hədisdə oxuyuruq ki, o, peyğəmbər olmamışdır.


Allah-taala İnsanların çİynİnə hansı əmanətİ qoyub?


İlahi əmanət bəşər üçün böyük iftixardır.
Əmanət haqqında müxtəlif təfsirlər vardır:


Kim Allahı sevİndİrə bİlər?


Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs mömini sevindirərsə, məni sevindirmişdir, hər kim məni sevindirər, Allahı sevindirmiş olar”.


Cİnlərdən qorxmaq lazımdırmı?


İnsanlar tarix boyu tanımadıqları bu varlıqlara qarşı müxtəlif reaksiyalar nümayiş etdirmişdilər. Bu əqidələr qəlblərdən-qəlblərə ötürülərək, bizim nəslə qədər gəlib çatmışdır. Onların nəzərinə görə cinlər biz insanlara daima ziyan vurur və əziyyət verirlər. Nə zaman əlacsız xəstəliyə düçar olsalar, onu cinlərə nisbət verirlər.
Psixi xəstələrin bir çoxu öz xəstəliklərinin səbəbini cinlərlə bağlayırlar.


Müsəlman necə qİdalanmalıdır?


Yeməkdə ifrat etmək bir müsəlmana yaraşmayan əməllərdəndir. Ona görə də bir müsəlman necə yemək yeməlidir? Bunu hədislərə nəzər salaraq öyrənək.


Ər-arvadın bİr-bİrİnİn lİbası olması nə məna daşıyır?


“Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız” (“Bəqərə” 187).
Ərlə arvadın bir-birinin üzərində haqqı vardır. Allah Təala qadınları kişilərin və kişiləri də qadınların libası qərar vermişdir. Kişinin həyat yoldaşına diqqət etməsi o məsələlərdəndir ki, İslam dini ona böyük əhəmiyyət verir.


Bİz Əhli-beytə (ə) nİyə təvəssül edİrİk?


“Təvəssül” sözü “vəsələ” sözündən götürülmüşdür və yaxınlaşmaq mənasını verir. Bu gün təvəssül sözü bizim Əhli-beytə (ə) münasibətdə etdiyimiz xüsusi əmələ şamil edilir. Həzrət Peyğəmbəri (s) və ya İmamlardan (ə) birini Allah dərgahında vasitə qərar veririk. Bu yolla Allahdan hacətimizi istəyir və onlara xatir günahlarımızın bağışlanmasını istəyirik. Onları Allah yanında öz şəfaətçimiz qərar veririk.


Bəxtİn bağlanmasını necə aradan aparmaq olar?


Bəxti bağlamaq, sehr və cadu - həqiqətdə mövcud olan məsələlərdəndir. Əlbəttə, bunları öyrənmək və öyrətmək haramdır. Ancaq onu nəzərə almaq lazımdır ki, məsələn qıza elçi gəlməyən zaman onu bəxti bağlamaqla əlaqələndirmək düz deyildir. İkincisi də hər kəs sehrbaz və ya cadugər ola bilməz. Bu işlə məşğul olanların çoxu kələkbazlardır. Necə ki, hər kəs həkim olduğunu iddia edə bilməz, eləcə də hər kəs sehrbaz ola bilməz.


Vəsvəsənİ necə müalİcə edək?


Hal-hazırda müasir dövrümüzün ən böyük bəlası vəsvəsəlik xəstəliyidir. Yer üzündə təxminən 50 milyon nəfər buna düçar olmuşdur.
Psixologiya elmində vəsvəsəlik elə bir xəstəlikdir ki, fikrə, kəlməyə, ya da hansısa şəklə aid edilir. İnsanın iradəsinə hücum edir. İnsanın ruhi vəziyyətini öz kontrolu altına alır. Onda depressiya üçün şərait yaradır. Nəticədə insan yersiz və məcburi işlər görər və fikirləri çox narahat olar.


İlahİ rəhmətə necə layİq olaq?


Rəhmət sözü “rəhm” sözündən götürülmüşdür və mənası mehribanlıq və şəfqət deməkdir. İlahi rəhmət o deməkdir ki, xeyir, xeyir sahibinə verilsin və o miqdarda ki, ona layiqdir. Yəni, Allah Təala hər bir kəsə tutumu və layiq olduğu qədər xeyir verərsə, bu İlahi rəhmət deməkdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter