Məhəbbəti cəlb etməyin yolları hansilardir?


Məhəbbəti cəlb etməyin yolları hansilardir?Quran ayələrində və hədislərdə bu haqda ətraflı izahat verilmişdir ki, onlara işarə edək: 1. Dil məhəbbəti. O kəsləri ki, sevirik, lazımdır ki, onlara bunu deyək. 2. Rəftar məhəbbəti. Rəftar məhəbbəti dil məhəbbətinin sədaqətinin nişanəsidir ki, növləri vardır: a). Hədiyyə. b). Xoş əxlaq. c). Yaxşı adla çağırmaq. d). Əl vermək. e). Səxavət. ə). Təvazökarlıq. f). Sədaqət. g). Hüsnü-zənn. h). İnsaf. i). Ehtiram. j). Məhəbbətin


Fərəc duası oxuyanda hansı tövsiyələrə diqqət yetirməliyik?


Fərəc duası oxuyanda hansı tövsiyələrə diqqət yetirməliyik? Böyük arif Ayətullah Behcət İmam Zaman (ə.f) duasını oxuyanda bu şərtlərlə olmasını tövsiyə etmişdir:
1. Günahlardan tövbə. 2. Duanı xalis niyyətlə oxumaq. 3. İmama (ə.f) yalvarışla və ağlayaraq təvəssül etmək.
4. Zühuru qalan hacətlərdən üstün bilmək.


Mömin olmağımızı hansı meyarlarla müəyyən edək?


Mömin olmağımızı hansı meyarlarla müəyyən edək? İmam Əli (ə) buyurur: “Həqiqətən, mömin baxarsa, ibrət alar, sükut edərsə düşünər, danışarsa zikr deyər, ehtiyacsız olarsa şükür edər, çətinliyə düşən zaman səbir edər”. Mömin olmağımızı tanımaq üçün 5 sifət bəyan edilmişdir, 1- nəzər etmək, 2-təfəkkür etmək, 3-təzəkkür etmək, 4-şükür və 5-səbir etmək.


İblisi qışqırdıb-ağladan əməllər nələrdir?


İblisi qışqırdıb-ağladan əməllər nələrdir?İblis (lən) bəzi işlərdən sevinər, bəzilərindən narahat olar, ancaq bəzilərində o qədər əziyyət çəkər ki, göz yaşı tökməkdən başqa çarəsi olmaz. Bu məlun bir neçə yerdə ağlayar: 1. O zaman ki, bir mömin başqa möminlə görüşər. 2. O kəs ki, Allah rizası üçün evlənər. 3. O kəs ki, asqırandan sonra deyər: “Əlhəmdulilləhi Rabbil-aləmin!”. 4. İmam Sadiq (ə) buyurur: “O zaman ki, insan Allah Təala qarşısında səcdə edər və onu uzadar, şeytan narahat olduğu üçün fəryad çəkər və qırağa çəkilib ağlayar.


Quranı əzəbərləmək istəyənlər üçün əməli proqramı necə olmalıdır?


Quranı əzəbərləmək istəyənlər üçün əməli proqramı necə olmalıdır?Quranı əzəbərləmək istəyənlər üçün Quran hafizlərinin təcrübəsinə əsaslanaraq, bəzi tövsiyələr verilir. (Tebyan) 1. Qərara almaq. 2. Nizamlı olmaq. 3. Təkrar. 4. Qurana müraciət etmək üslubu. 5. Münasib zaman və məkandan bəhrələnmək. 6. Hifz zamanı bir Qurandan istifadə etmək. 7. Quran qarilərin diskindən istifadə etmək.


Peyğəmbərin (ə) hədisində Yasin surəsini oxumağın 10 faydaları nələrdir?


Peyğəmbərin (ə) hədisində Yasin surəsini oxumağın 10 faydaları nələrdir?“Yasindir”. Ey Əli! “Yasin” surəsini oxu ki, onda 10 bərəkət vardır: 1. Ac yatmaz məgər o halda ki, tox olar. 2. Susuz, məgər o halda ki, sirab olar. 3. Paltarsız məgər o halda ki, geyindirilər. 4. Subay, məgər o halda ki, evlənər. 5. Qorxan, məgər o halda ki, amanda olar. 6. Bağlı, məgər o halda ki, nicat tapar. 7. Xəstə, məgər o halda ki, sağalar. 8. Müsafir, məgər o halda ki, səfərdə yardım olunar. 9. Ölənin yanında oxunarsa, (günahları) azalar.
10. Hər kimin itmişi varsa, bu surəni oxuyaraq (itmişini) tapar”.


Özünü öymək xəstəliyindən necə qurtulmaq olar?


Özünü öymək xəstəliyindən necə qurtulmaq olar?Öyünmək günahı - ən böyük günahlardandır. Əgər bu günah mömini əhatə edərsə, Allah lütfünü azladar və həmin şəxs günah çalasına düşər. Belə ki, günah bir çalaya bənzəyər, ancaq qürur dərin bir quyu kimidir. Qürur və öyünməkdən xilas olmağın bir çox yolu vardır və bu xəstəliyin dərmanları bunlardır: 1. Öz çatışmazlıqlarını tanımaq. 2. Allahı zikr etmək. 3. Ölümü yada salmaq. 4. Dünyanın keçici və fani olmasına diqqət etmək. 5. Başqalarını sevmək.


İblisin (lən) düşmənlərinin siyahısındə kimlər qeyd olunur?


İblisin (lən) düşmənlərinin siyahısındə kimlər qeyd olunur?İnsanın ən qatı və həqiqi düşməni olan şeytanın özünün də elə düşmənləri vardır ki, onların əlindən nalə çəkər. Həzrət Peyğəmbər (s) şeytandan soruşur: “Mənim ümmətimdən sənin düşmənlərin neçə dəstədir?”. Deyir: “22 tayfadır. Mən onların əlindən əziyyət çəkirəm və qəlbim onların əlindən qanla doludur: 1. Sən özün mənim ən qatı düşmənimsən. 2. Elminə əməl edən alim də mənim düşmənimdir. 3. Quranı həml edən, yəni o kəs ki, Quranı öyrənir və əzbərləyir. 4. Azan deyən. 5. Yoxsulların dostu. 6. Yetimlərin dostu. 7. Mehriban insan. 8. Nəsihət edən. 9. Daima dəstəmazlı olan. 10. Bağışlayan, 11. Xoş əxlaqlı insan. 12. Qane olan insan. 13. İffətli insan. 14. Ölümə hazır olanlar. 15. Salehlərlə oturub-duranlar. 16. Təvazökar insan. 17. Cavan abid. 18. O kəslər ki, nəfslərini haramdan saxlayıblar. 19. O kəslər ki, din qardaşları olmayan vaxtı onlar üçün xeyir duası edərlər. 20. O kəs ki, ata və anası ilə mehribandır və onlara hörmət edir. 21. Adil padşah, 22. Oruc tutanlar ki, öz mallarının bir hissəsini yoxsula infaq edərlər.


Valideynə yaxşılığın nə belə faydaları var?


Valideynə yaxşılığın nə belə faydaları var?Allah Taala Qurani kərimdə ata-anaya hörmət etməyi vacib bilmişdir. Bu müqəddiməyə əsasən sual ortaya çıxır ki, belə bir rərtarın faydaları nələr ola bilər ki, ilahi dərgahda belə bir üstün əməl hesab olunur. Valideyinə qarşı yaxşılığın İslam maarifində faydaları: 1-İbadət və itaətlərin ilahi dərgahda qəbul olunması, 2-Allahın razılığının qazanılması, 3-Onların zəhmətlərinə qarşı borcların bir miqdarının ödənilməsi, 4-Ölüm zamanı canın rahat tapşırılması, 5-Qəbr əzabından nicat tapmaq, 6-Cənnəti qazanmaq, 7-Atifi yollarla çətinlik və müxtəlif baxışların ailə mühitində bir araya gəlməsi, 8-Ailə əlaqələrinin möhkəmlənməsi, 9-övladlarımızın bizim haqqımızda bu cür rəftar etməsi, 10-Sərvət və ömrün bərəkətli olması.


Tənbəlliyi yaradan amillər nələrdir?


Tənbəlliyi yaradan amillər nələrdir?İslam baxışında bəşər üçün ziyan verici xüsusiyyətlərdən olan tənbəllik insanın həyatında xəsarəti aradan qaldırılmayan bir məsələdir. Hər bir ağıllı insan qəbul edir ki, inkişaf onun daxili tələblərindəndir. Və bu inkişafın qarşısını alan tənbəlliyin səbəblərini öyrənmək hamı üçün maraqlı və əsaslı olar, qeyd edirik: 1-Cahillik, 2-İradənin zəifliyi, 3-İnsana heyvani sifətlərin hakim olması, 4-Zehnin kütləşməsi, 5-Dərk qüvvəsindən düzgün istifadə etməmək, 6-övlad və malın çoxluğuna iftixar etmək, 7-Dünyaya bağlılıq. Bunlara qarşı tədbirlilik insanı tənbəllik ruhiyyəsindən və onun ziyanlarından nicat tapmağa şərait yaradar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter