Dinsizliyin və imansızlığın zərərləri nələrdir?


Dinsizliyin və imansızlığın zərərləri nələrdir?Dinsizliyin və imansızlığın zərərləri ibarətdir: 1-Puçluq hissi keçmirmək, 2-Ruhi sakinliyin olmaması, 3-Məsuliyyət hissi və vəzifə borcları qəbul etməmək, 4-Təklik hissi keçirmək, 5-Ölçülərdə dəyərlərin dəyişdirilməsi, 6-Pərişanlığın yaranması, 7-Əxlaqi dəyərlərə qiymət verməmə,


Sərvətlikdə təkəbbürlülük və yoxsulluqda üsyan etməmək üçün hansı düşüncələrə malik olmalıyıq?


Sərvətlikdə təkəbbürlülük və yoxsulluqda üsyan etməmək üçün hansı düşüncələrə malik olmalıyıq?Sərvətlikdə təkəbbürlülük və yoxsulluqda üsyan etməmək üçün bu cür düşüncələr kömək edəndir: 1. Ehtiyac və yoxsulluq bəşərin zatındadır. 2. Mal-dövlət - imtahan vasitəsidir. 3. Dünya nemətləri azdır və həqiqi ruzi Allahın yanındadır. 4. Ruzi verən Allahdır. 5. Yoxsulluqdan xilas olacağına ümid bəsləmək.


Allaha yaxinlaşdıran və ondan uzaqlaşdıran səbəblər nələrdir?


Allaha yaxinlaşdıran və ondan uzaqlaşdıran səbəblər nələrdir? İmam Kazim (ə) buyurur: Allaha yaxınlaşmağın ən gözəl vasitələri: 1-Onu tanıyandan sonra, 2-namaz qılıb 3-ata-anaya yaxşılıq etməkdir. Amma Allahdan uzaqlaşdıran əməllər: 1-paxıllıq, 2-özündən başqasını üstün bilməmək, 3-Hər hansı yaxşı əməlləri əsası özünü bilmək.


İmam Kazimin (ə) hikmət bulağından dəyərli hədis qeyd edin?


İmam Kazimin (ə) hikmət bulağından dəyərli hədis qeyd edin? İmam Kazim (ə) buyurur: Təvəkkül et və tamah və məxluqlara söykənməkdən əl çətin. Çünki Tamahkarlıqdan əl çətin, və sənə lazımdır ki, başqalarının əlində olana qarşı ümid gözü söykəməyəsən (başqalarının malının sənin olmasına özündə gözlənti yaratma!), Eləcə də tamahkarlıqdan əl çətin ki, (tamahkarlığın fəsadları var bunlardır: 1-Tamahkarlıq insanı xar edir, 2-Ağlını oğurlayar, 3-Kişilik və mərdliyi zay edər, 4-Abrın olmamasına şərait yaradır, 5-Biliyi məhv edir, Bunların qarşısını almaq üçün sənin çarən budur ki, çətinliklər və hər halda Allaha söykənib təvəkkül sifətini özündə yaradasan.


Naməhrəmlə münasibətdə hansi nöqtələrə diqqət olunmalidir?


Naməhrəmlə münasibətdə hansi nöqtələrə diqqət olunmalidir? İslam maariflərinə əsasən naməhrəmlə münasibətlərdə bu nöqtələrə diqqət yetirmək lazımdır? 1. Bəyənilən şəkildə danışmaq. 2. Naməhrəmlə zarafat etməmək. 3. Danışan zaman təvazökarlıqdan uzaq olmamaq. 4. Zərurət olduğu qədər danışmaq. 5. Xəlvətdə olmamaq. 6. Sərhədləri qorumaq. 7. Geyimə diqqət etmək. 8. Kamil hicaba riayət etmək. 9. Bəzənməkdən əl çəkmək. 10. Naməhrəmə toxunmaq qadağandır.


Lağlağadan nicat tapmaq üçün hansı əməlləri edək?


Lağlağadan nicat tapmaq üçün hansı əməlləri edək?İslam təlimlərində xüsusən də Hücurat surəsində lağlağa etməyə qadağa qoyulmuşdur. Bəşər fitrəti LAĞIAĞANI qəbul etmir. Ağıllı insanlar da bundan uzaq və yan durmağı arzulayırlar, çünki bu əməlin insan izzəti ilə uyğun olmağı hamı üçün qəbul olunan məsələdir. Amma sual burdadır ki, lağlağadan uzaq qalmaq üçün bəzi əməllər etmək gərəkir: 1-Başqalarına hörmət etməyin gərəkliyi, 2-Başqalarını dəyərsiz və şəxsiyyətsiz baxışdan əl çəkmək, ki bunun əsasın insanların təkəbbürlüyündən irəli gəlir, 3-Başqalarının sizə qarşı lağlağa etməsindən qorxub onlara qarşı eyni rəftar etməyin qadağan olmasını düşünmək, 4-Hər cümə günü Səmat duasını oxumaq, 5-Səbir və dözüm qabiliyyətinin dərinlişdirməkdə çalışqanlıq.


Dini düzgün başa düşməməyin səbəbləri nələrdir?


Dini düzgün başa düşməməyin səbəbləri nələrdir? Xoşbəxtliyi və ehtiyacları təmin etmək üçün insanlar gərək axtarış etsinlər. Çoxlu insanlar var ki, din yolu ilə getməyi düzgün bilmişlər. Amma təəssüblər olsun ki, hədəfləri tapa bilirlər amma bəzi səbbərlədən düzgün başa düşməkdə çoxlu səhvlərə duçar olurlar. Sualımız budur ki, aya bəzən dini tapan adamlar hansı səbəblərdən dini düzgün başa düşüə bilmirlər, səbəblər ibarətdir: 1-Özünü üstün və bilikli bilmək, heç bir kəsin düzgün başa düşməkdən ondan layiqli olmasına inanmır, 2-İnancları ilə uyğun dini qəbul edirlər. 3-Dünya məhəbbəti, bəzi insanlar dini tapandan sonra ziyanları dəff etmək üçün haqq yolları qəbul etməyirlər. 4-Günahların düşüncədə maneəçiliyi.


Hansi sirr gərək ifşa edilməsin?


Hansi sirr gərək ifşa edilməsin? 3 cür sirr gərək ifşa edilməsin: 1. Şəxsi sirr. Hər bir insanın özünəməxsus bəzi rəftarları və əməlləri vardır ki, bəziləri bunu görmür və xəbərdar deyildirlər. Bu sifətlər - onun şəxsi sirridir. Belə ki, bir insanın gördüyü çirkin işlər və ya ailədə baş verən bəzi hadisələr onun şəxsi sirri ola bilər. Onu aşkar etmək və sirlərin haqqında axtarış etmək qadağandır. 2. Digərinin sirri. Əgər başqalarına aid olan sirlər ifşa edilərsə, onlara ziyan dəyər. Bu cür sirlərin ifşa edilməsi caiz deyildir. 3. Düşmənə xeyir verəcək sirr. Bəzi sirlər - ölkə düşmənlərinə xeyir verəcək sirlərdir. Bu sirrin saxlanılmasının əhəmiyyəti o biri sirlərdən daha mühümdür. Çünki bu sirlərin ifşa edilməsi bir ölkənin xalqına ziyan vura bilər və düşmənin əlinə fürsət verər.


Necə edək ki, günah həyatımızı bürüməsin?


Necə edək ki, günah həyatımızı bürüməsin? Gunahlardan uzaq durmaq onu təmizləməkdən daha asandir. Ona yaxin olmayaq, cunki onu paklanmaq ve fesadlarini temizləmək ucun calishmaq gərəkir. Gunah insanin hayatini burumasin deya bir muhum məsələyə diqqət etməliyik: İmam Rza (ə) buyurur: “Kiçik günahlar, böyük günahların yollarıdır. O kimin ki, Allah Təalaya qarşı kiçik günahına görə qorxusu olmazsa, böyük günahlara görə də Ondan qorxmaz”. Bu hədis və bashqa Islami maarifləri buyurur ki, pisliyi balaca fəsadlarla bashlamayin cunki boyuk gunahlara yol acar. Yəni Gunahi kicik saymaq ona cəsarətlənmək ucun yol verər.


Həzrət Zeynəbi necə taniyaq?


Həzrət Zeynəbi necə taniyaq?Zeynəb (ə)-in ad gunu tibb bacilari ucun mubarek olsun. O idi ki ən gozəl shekildə Kərbəla yaralilarina ve əsirlərinə qulluq etdi. Tibb bacilari onun varliqi ve sirəsi ila fəxr etməlidir. Onun haqqinda bu xusisiyyətələri demayimiz onun boyukluyundan bir damla olar: 1-İlahi göstərişlə qoyulan ad - Zeynəb. 2-Bir qəlb, iki məhəbbət mənbəyi və ulqusu idi. 3-Müsibətlər anası. 4-Məhrumiyyətlər içində ibadət.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter