Dostluğu zəiflədən amillər nələrdir?


Dostluğu zəiflədən amillər nələrdir? Dostluğu pozan amillərdən bəzilərinə işarə edirik: 1. Narahat etmək. Yəni mənasız və Allah istəməyən əməllərlə dostu və mömin şəxsi narahat etmək 2. Həsəd aparmaq. paxıllıq etmək insanın həqirliyindən irəli gəlir. Qibtə etmək düzgündür yəni çalışmaq ki, dostun həddinə çataq. 3. Bədgümanlıq, etimadsızlıq insanın bədbəxtliyinin açarıdır insanın söykənəcəyi olan qardaş və dostu ondan üz çevirər. 4. Münaqişə etmək. inadkarlıqdan əl çəlməyin zərurəti dostluq əlaqəsindən lazımlı bir məsələdir. 5. Xırdaçılıq. əhəmiyyətisiz məsələ üzərindən dəyərli əlaqə və ... məhrum olmaq insanın dostunun əldən getməsinə səbəb olur. 6. Dava etmək. dalaşmaq əsəb və heç bir meyarsız İslam baxışında məzəmmət olunmuş bir əməl olaraq tanıtdırılır.


Şirk neçə cür təsəvvür olunur?


Şirk neçə cür təsəvvür olunur? Şirkin qismləri: 1-Zatı haqqında şirk, yəni buna inanmaq ki, Allah neçədir, tövhidin əksidir. 2-Sifət şirki, yəni insanın inanması buna ki, ALlahdan başqa kimlərsə bəzi işləri görürlər ki, ALlah həddində ola bilərlər feyildə və başqa mənası da budur. 3-Rəbliyində şirk etmək, bu mənada ki, təsirli və tərbiyəçi ALlahdan başqasını güman etmək.


Təvəssül etməyin zərurəti və hikməti nədir?


Təvəssül etməyin zərurəti və hikməti nədir? Təvəssül insanların Allah dərgahına günahları səbəbindən başqalarının hörmətini vasitə qərar verməkdir. Necə ki, Quranda gəlmişdir:«يا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَ ابْتَغُوا إِلَيْهِ الْوَسِيلَةَ» «1» Ey iman gətirənlər Allahdan qorxun və ona qarşı günahlarınızdan amanda qalmaq üçün ilahi dərgaha hörmətli şəxslərdən vasitə gətirin ki, bəlkə ALlahın rəhmi sizə şamil olsun. Təvəssülün hikməti yəni başqasını günahlarından şəfaətçi olmaq üçün qərar vermək.


Borc verməyin qayda-qanunu və ədəbləri nələrdir?


Borc verməyin qayda-qanunu və ədəbləri nələrdir? Borc verməyin qayda-qanunu və ədəbləri: 1. Borcu gərək ixlasla versin. 2. Xoş ürəklə və razılıqla versin. 3. Halal maldan versin. 4. Borc yazılı olsun. 5. O kəs ki, borc verib.
Bunlardan əlavə diqqət yetirmək lazımdır: 1-Bu şərtlər üçün mühüm olan amil - əxlaq və etiqaddır. Borc verən zaman Allah məsləhət görür ki, qarşı tərəfi sıxışdırmayasan və ona möhlət verəsən. 2-İslam dini yoxsullara borc verməyi bəyənilən əməl kimi tanıtmışdır.


Novruzun əməlləri nələrdir?


Novruzun əməlləri nələrdir? Növruz bayramında tövsiyə edilən əməllər ibarətdirlər: 1-Növruz günü olan zaman qüsl etmək. 2-Ən pakizə paltarını geyinmək. 3-Ən yaxşı ətirlərlə özünü ətirləndirmək. 4-Həmin günü oruc tut. Əvvəlki və sonrakı və nafilə namazlarından ayrılandan sonra 4 rükət namaz qıl. Birinci rükətdə “Həmd”dən sonra 10 dəfə “Qədr” surəsini oxu. İkinci rükətdə “Həmd”dən sonra 10 dəfə “Kafirun” surəsini oxu. Üçüncü rükətdə “Həmddən” sonra 10 dəfə “İxlas” surəsini və dördüncü rükətdə isə “Həmddən” sonra 10 dəfə “Nas” və “Fələq” surələrini oxu. Namazdan sonra şükür səcdəsi etmək və ... ( Bu günün əməlləri ilahi qürbət qəsdi ilə olunsa savab əldə etməyə bais olar).


“Mömin – möminin aynasıdır” bənzətməsini necə başa düşmək olar?


“Mömin – möminin aynasıdır” bənzətməsini necə başa düşmək olar?Ustad Möhsün Qəraətidən maraqlı suallara cavablarından: Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mömin möminin aynasıdır”. Bu çox gözəl bənzətmədir və buna əsasən bəzi nöqtələrə işarə edək: 1. Ayna kimi olaq eybin kənarında gözəlliyini də görək, 2. Eybini olduğundan da böyük görməyək. 3. Ayna üzbəüz eybləri söyləyər, 4. Ayna hədəyə düçar olmaz. 5. Ayna o zamana qədər işə yararlı olar ki, onu toz basmasın. 6. Aynanı bizim eyblərimizi göstərdiyi üçün sındırmaq xatadır. 7. Əgər aynanı sındırsanız belə, onun hissələri xətalarımızı və eyblərimizi göstərər. 8. Sədaqətli olaraq qardaşının eybini söyləsin. 9. Mömin başqalarının eybini qəlbindən silsin. 10. Qabiliyyətli insanlara nəsihət düşər,


Qumar alətlərinin saxlanılmasının hökmü necədir?


Qumar alətlərinin saxlanılmasının hökmü necədir? Bütün alimlər buyurublar: Qumar alətlərinin saxlanılması qadağan olunub və saxlamasına icazə verilmir və gərək ki, o məhv edilsin.


Futbol oynuna şərtlənməyin (tatalizator) hökmü necədir?


Futbol oynuna şərtlənməyin (tatalizator) hökmü necədir? Çox zaman görünür ki, bəziləri futbol oyunlarında şərtləşirlər ki, hansısa tərəfin futbolda uduzması ilə baxanlardan tərəfdar olan şərtlə bir miqdar pul təyin edir və o pulla süfrə təşkil edəcəyinə söz verir, belə olan şərtlər haramdır. Çünki qumar oynu adını özündə cəmləşdirir. (bir sözlə tatalizator kimi oyunlar bunun hökmündə olur) udsam verirsən uduzsam mən malımdan sənə bir miqdar verirəm.


Bilyard oynamağın hökmü necədir?


Bilyard oynamağın hökmü necədir? İmam, Xamenei, Fazil, Məkarim, Təbrizi və Nuri həzrətləri buyururlar: Ürf baxışında əgər bilyard oynamaq qumar vasitəsi ilə tanınsa onunla oynamağa icazə verilmir, baxmayaraq ki, bilyardı pulsuz oynasınlar. Sistani həzrətləri buyururlar: Bilyard hər halda əgər qumar aləti olsa onunla oymaq ehtiyat vacibə görə haramdır. Behcət (rəhmətullah): Bilyard oynamaq haramdır.


Haram mahnını tanımaq ürf baxışıdır yoxsa şəxsin təyin etməsidir?


Haram mahnını tanımaq ürf baxışıdır yoxsa şəxsin təyin etməsidir? Bütün mərcələr deyirlər: Musiqilərin haram olmasını təyin etmək dindar və mömin şəxslərin baxışı ilə tanınır, şəxsin tanıması onun halal və haram olmasını təyin edə bilmir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter