Qurana bir neçə sualımız və onun ayələrinin bizə cavabı?


Qurana bir neçə sualımız və onun ayələrinin bizə cavabı? Qurani Kərimdə Allahın bizə cavabı:
1-Dedim: Çox tənhayam. Dedi: Mən ki sənə çox yaxınam. (\"Bəqərə\",186)
2-Dedim: Bilirəm SƏN mənə yaxınsan, amma mən SƏNDƏN uzağam. Kaş ki mən də SƏNƏ yaxın ola biləydim. Dedi: Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində RƏBBİNİ yad et. (\"Əraf\", 205)
3-Dedim: Bu da SƏNİN köməyini istəyər. Dedi: ALLAHIN sizi bağışlamasını istəməzsinizmi? (\"Nur\", 22)
4-Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm. Dedi: (Elə isə) RƏBBİNİZDƏN bağışlanmağınızı diləyin və ONA tövbə edin. Həqiqətən, RƏBBİM (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! (\"Hud\", 90)
5-Dedim: Çox günahkaram, bu qədər günahla mən nə edim? Dedi: Məgər onlar bilmirlər ki, ALLAH qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar. Və ALLAH tövbələri qəbul edəndir, rəhmlidir?! (\"Tövbə\", 104) ...


Peyğəmbərdən (s) qadınlar haqda bir neçə rəvayətə işarə edin?


Peyğəmbərdən (s) qadınlar haqda bir neçə rəvayətə işarə edin? İslam Peyğəmbəri (s) Qadınlarla rəftar və başqalarının namusuna hörmətsizliyin nəticələri haqda belə buyurur: 1-\"Kim naməhrəm bir qadınla qucaqlaşsa, ALLAH-u Təalanı qəzəbləndirər\".
2- \"Bir yerdə, zina və sələm çoxalırsa, o yerin xalqı, bəlaya məruz qalır\".
3-\"ALLAH qadın paltarını geyən kişiyə və kişi qılığına girən qadına lənət etsin\".
4-\"Qadın zərər görməyə uyğun bir varlıqdır, şeytan onun azdırar. Onun üçün ya çölə çıxmamalı, ya da çıxdığında çox diqqətli olmalıdır


Görəsən nəyə görə Məhərrəmliyi əziz tutmalıyıq?


Görəsən nəyə görə Məhərrəmliyi əziz tutmalıyıq? Bu sualın cavabı elə də mürəkkəb deyildir. Hər hansı bir yeniyetməyə çox asanlıqla başa salmaq olar ki, bütün cəmiyyətlərdə baş verən mühüm hadisələr, həmin xalqın gələcək həyatında, müqəddəratında böyük izlər qoyub, mühüm rol oynaya bilər. O xatirələrin yad edilməsinin səbəbi, həqiqətdə həmin hadisələrin bir daha bərpa edilib, xatirələrdə yenidən canlandırılmasıdır. Bu kimi tarixi hadisələrin təkrar-təkrar yad edilməsi həmin olayların həqiqi mahiyyətini üzə çıxarır, qarşılaşdıqları problemlərin həllində, gələcək həyatın düzgün qurulmasında xalqa yardımçı olur. Məlum məsələdir ki, həmin hadisə tarixin faydalı və şanlı səhifəsidirsə, onun yenidən yad edilib, canlandırılması insanlara şərəf, ləyaqət və ruh yüksəkliyi aşılayacaq.


Nə üçün imam Hüseyn (ə) Yezidin hakimiyyətini İslamın fatihəsi (sonu) kimi tanıtdırdı?


Nə üçün imam Hüseyn (ə) Yezidin hakimiyyətini İslamın fatihəsi (sonu) kimi tanıtdırdı? İmam Hüseyn (ə) irtica təhlükəsi barədə xəbər verirdi. Həmin vaxt müsəlmanlar üçün ən böyük təhlükə şirk, bütpərəstlik və cahiliyyətə qayıdış idi. Bəni-üməyyə irticası İslam ayinlərini, dini şüarları təhqir edirdi.
İslam dünyası, xüsusi ilə böyük dini şəxsiyyətlərin yaşadığı Məkkə, Mədinə, Kufə, Bəsrə kimi şəhərlər səsini udmuş, ölüm sükutuna qərq olmuşdular. İbn Ziyad, Müğeyrə kimi zalım hakimlər günahsız insanları qətlə yetirir, müsəlmanların əqidəsini təhqir edirdilər. Əməvilər İslam mənəviyyatını, dindar təbəqələri əzir, xalqın ehtiramını qazanmış din alimlərini sıxıntıda saxlayırdılar.


Niyə İmam Hüseyn (ə.s) şəhid olacağını bilə-bilə qiyam etdi?


Niyə İmam Hüseyn (ə.s) şəhid olacağını bilə-bilə qiyam etdi? Mümkündür ki, İmam Hüseyn (ə.s) haqqında olan şübhələrdən biri eşidən və ya oxuyanların zehnini özünə məşğül etsin ki, görəsən İmam Hüseyn (ə.s) bu işlə özünü həlakətə atıb halbuki Allah Quranda bu işi nəhy emişdir:“Özünüzü öz əllərinizlə təhlükəyə atmayın!” Bu suala cavab vermək üçün əvvəlcə müqəddimə ünvanı ilə”haram olan həlakət” müəyyən olunsun deyə ayədə olan “həlakət”in mənasına işarə edək, sonra isə görək bu məsələ İmam Hüseynin (ə.s) qiyamına da aid ola bilər ya yox?
Allah Təala buyurur: Bəqərə:195 Allah yolunda infaq edin, öz əllərinizlə özünüzü təhlükəyə atmayın və yaxşılıq edin ki, Allah yaxşılıq edənləri sevir.
Bu ayədə “təhlükə” “həlakət” mənasındadır. Bundan məqsəd adi halda dözülməz dərəcədə insanın özünə zərər verməsidir. Məsələn fəqirlik, xəstəli, ölüm... kimi.
Amma İmam Huseynin (ə) hərəkəti: 1-İslamı qorumaq üçün idi, 2-İmamın qurbanı uca hədəf yolunda idi bu fədakarlıqdır təhlükəyə atmaq deyildir, ki quranın ziddinə bir addım olaraq dəyərləndirilsin...


Xanımı hicabsız olan imam camaata iqtida etmək olarmı?


Xanımı hicabsız olan imam camaata iqtida etmək olarmı? O halda ki, İmam camatlıq şəraitinə malik olsa, və xanımının bu işi kişin laqeydliyi ucbatından olmasa, və ehtimal olunsa ki o əmr be məuf və nəh əz münkər edib, və xanımın hicabsız olmasına razı deyil, bu halda namazda ona iqtida etmək olar.


Dünyanı dəyişən 10 kitab hansılardır?


Dünyanı dəyişən 10 kitab hansılardır? Yəqinki çoxlarınızda bu kitablarin hansilar olduğu haqda təsəvvür yaranır. İstər müqəddəs istərsədə digər elmi kitablar haqqinda qısa da olsa əsas məlumatlar yazılıb. Ümumiyyətlə kitab müasir dünyanın bir parçasıdır. Hər gün bütün dünyada milyonlarla kitab çap edilir, satılır, müzakirə edilir və s. Amma bəzi kitablar var ki, onlar insanların, xalqların həyatında mühüm rol oynayıb və belə kitablar dünyanı dəyişib. Bu gün sizə dünyanı dəyişə 10 kitabı təqdim edirik: 1. “Quran” 1 milyarddan çox müsəlman, 2. “İncil” Bu kitab yaranmasından 2 əsr sonra bütün Roma İmperiyasını bütpərəstlikdən xristianlığa çəkmişdir, 3. “Kommunist Manifesti” – bu traktat tarixdə ən çox iz qoyan siyasi əsərlərdəndir. 4. “Millətlərin sərvəti” – Bu kitab müasir dünya iqtisadiyyatı anlayışını formalaşdırıb – azad iqtisadiyyatı və rəqabəti.5. “Növlərin Mənşəyi” – kitab növlərin təkamülünün öyrənilməsində əvəzsiz rol oynayıb. 6. “Riyaziyyatın prinsipləri” – Nyutonun 1687-ci ildə yazdığı bu əsər müasir fizika və riyaziyyat elmlərinin təməlini qoyub. 7. Qalileyin Dialoqu, Bu kitab əsrlər boyu müzakirə ediləcək “din, yoxsa elm” mübahisələrini başlatmışdır, 8. “Tarix” – qədim dünya haqda biliklərimizin mənbəyi və Qərbdə tarix elminin əsasını qoyub. 9. “İkinci cins” – kitabda Bovuar qadınlarla tarix boyu “ikinci cins” kimi davranıldığını iddia edir. 10. “Yuxu Yozmaları” – Freydin psixoanalizə ən böyük töhvəsi hesab olunur.


Hansı məhsulların tərkibində xolesterin çoxdur?


Hansı məhsulların tərkibində xolesterin çoxdur? Əgər hər bir insan, xolesterinin hansı məhsullarda çox, hansılarda az olduğunu bilsə, o zaman orqanizmdə onun səviyyəsini kontrol edərək,özü orqanizminin infark və insultdan profilaktikasını təmin edə bilər. Xolesterin — bir çox daxili proseslərin baş verməsi üçün orqanizmin istehsal etdiyi çətin kimyəvi birləşmədir ki, çoxlu bədən orqanizmlərində prablemlər yaradan amildir. Bunu yadan yeməklər:
— yağ və marqarinin qəbulu, — yağlı ət növləri, paştetlər, şorabalar, hisdə qurudulmuş məmulatlar və konservantlar, — qatılaşdırılmış süd, yağlı kəsmik və əridilimiş pendirlər, — paçkada olan hazır suplar, — qızardılmış kartof, — un məmulatları, — kako, qəhvə, mayonez, spirtli içkilər və ədviyyatlar ...


İmam Zaman ağanın (ə.f) dostlarının 6 mühüm xüsusiyyəti hansılardır?


İmam Zaman ağanın (ə.f) dostlarının 6 mühüm xüsusiyyəti hansılardır? İmam Zaman ağa (ə.f) zühur edərkən, bütün dünya insanlarına xitab edəcək və İslamın şüarını və müraciətini hamıya çatdıracaqdır. O insanlar ki, İmamın (ə.f) sözlərini qəbul edəcək - onlar İmamın (ə.f) dostları olacaqlar. (Tebyan)
İmamın (ə.f) dostlarının elə xüsusiyyətləri vardır ki, başqalarından fərqləndirər. Onların ən mühüm xüsusiyətləri bunlardır:
1. Dərin baxış və dərkə malik olmaq, 2. İbadət. İmamın (ə.f) dostları öz rəhbərlərindən nümunə götürür və gündüz və gecələrini zikrlə keçirirlər. 3. Məhəbbət. İmam Zaman ağanın (ə.f) dostları ona sevgi bəsləyərlər. 4. İtaət. Həzrətin (ə.f) istəyini öz istəyindən üstün bilmək, 5. Şücaət. Onlar bu yolda möhkəm əzmə və iradəyə malikdirlər. 6. Səbir. Bu insanlar təvazökar və ixlaslı olduqları üçün öz əməllərini heç sayarlar. Çətinliklərin hücumuna baxmayaraq, Allaha minnət qoymazlar.


Dəstəmazi vacib olan əməllər hansılardır?


Dəstəmazi vacib olan əməllər hansılardır? Altı şey üçün dəstəmaz almaq vacibdir:
1. Meyit namazından qeyri-vacib namazlar üçün; müstəhəbbi namazlarda isə dəstəmaz, namazın səhih olması üçün şərtdir. 2. Unudulmuş səcdə və təşəhhüd üçün; əgər onunla namaz arasında bövl etmək kimi dəstəmazı pozan bir hədəs baş vermişdirsə; amma səhv səcdəsi üçün dəstəmaz almaq vacib deyil. 3. Həcc və ümrə əməllərindən olan Kəbə evinin vacib təvafı üçün. 4. Dəstəmaz alacağına dair nəzir, əhd və and etmişdirsə. 5. Məsələn; Qurani-Şərifi öpəcəyinə nəzir etmişdirsə. 6. Nəcisə bulaşmış Quranı suya çəkmək üçün,


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter