Şad yaşayışa nail olmaq üçün 7 məsləhət hansılardır?


Şad yaşayışa nail olmaq üçün 7 məsləhət hansılardır? Bəzi ailələrdə insanlar mal və dövlətə çatan zaman elə məğrur və təkəbbürlü olurlar ki, şad olmağın mənası onlar üçün əvəz olur. Yerini başqlarını məsxərə etmək və təhqir etmək alır. İslam dini şadlıq və sevinc dinidir. Lakin müsəlmana rəva bilmir ki, özünü şad etmək üçün başqasını təhqir etsin. Ancaq dini təlimlərin sayəsində insan həqiqi şadlığı dada bilər. (Tebyan)
Şad olmaqla bağlı bəzi tövsiyələr: 1. İlahi təqdirə razı olmaq. 2. Dünyaya bağlılığı azaltmaq, 3. Xoşbəxt insan o insandır ki, Allaha təvəkkül edir və hər bir yaxşı işi Ondan bilir. 4. Müsbət təfəkkürə malik olmaq – xoşbəxtliyin rəmzidir. Mənfi düşüncəli insanlar hər zaman hər bir şeydə pislik axtararlar. 5. Sevgini bildirmək hər bir ailəyə xüsusi səfa və təravət gətirər. 6. Şad olmağın amillərindən biri də gülərüz olmaqdır. Belə insanları bir-birinə yaxınlaşdırar. 7. İnsan həyatına sevinc qata bilən amillərdən biri də gəzməkdir, çünki insan ruhu gəzməyə ehtiyaclıdır. vardır.


imam Əli (ə) baxışında itdə olan hansı xüsusiyyətlərdir ki, insanda olsa xoşbəxtlik gətirər?


imam Əli (ə) baxışında itdə olan hansı xüsusiyyətlərdir ki, insanda olsa xoşbəxtlik gətirər? İmam Əli (ə) Buyurub: Xoş o kəsin halına ki, yaşayışı itin yaşayışı kimi olsun. Çünki itdə 10 xislət vardır ki o hər kimdə olsa xoşbəxt olar. 1.İtin məxluqat arasında layiqincə qədir-qiyməti olmaz və bu sifət miskinlərə məxsusdur. 2.İtin malı və dövləti olmaz və bu sifət dünya məhəbbətindən qırılana məxsusdur. 3.Yer kürəsi geniş olduğuna görə itin müəyyən yeri olmaz və bu sifət Aııaha təvəkkül edənlərə məxsusdur. 4.İt çox zaman ac qalar və bu sifət saleh bəndələrə məxsusdur. 5.İtin sahibi onu 100 dəfə vursa belə onun qapısını tərk etməz və bu sifət müridlərə məxsusdur. 6.İt gecələr çox az yatar və bu sifət aşiqlərə məxsusdur. 7.İti qovsalar və ona zülm etsələr belə onun qəlbində sahiblərinə qarşı kin qalmaz. Sahibləri onu çağıran zaman kin və küdurətsiz olaraq qarşı hərəkət edər və bu sifət ruhunda icad olan İlahi mənəviyyatın aradan getməsinə qorxu içində qalan bəndələrə məxsusdur 8.İtə nə yemək versəkər razı olar və bu sifət qane olan bəndələrə məxsusdur. 9.İt çox zaman sakit qalar və bu sifət Haqq-hesab günündən qorxanlara məxsusdur. 10.İt öləndən sonra ondan bir irs qalmaz və bu sifət zahidlərə məxsusdur.


Əllamə Təbatəbainin həyatından ibrətamiz əhavalat!


Əllamə Təbatəbainin həyatından ibrətamiz əhavalat! Əllamə Təbatəbai belə nəql edir: Kiçik yaşlarımda Təbrizdə olduğum illərdə çox qəribə bir əhvalat baş vermişdi.
Təbriz şəhərində \"Bidar Əli\" adlı bir dərviş yaşayırdı. Buğdayı rəngli, arıq cüssəli bu dərvişin əlində həmişə bir təbərzin olardı. Onun Bidar Əli adlı kiçik bir oğlu da var idi. Bu dərviş ara-sıra iştirak etdiyi rozə məclislərində təbərzinini göyə qaldırıb camaata deyərdi: \"Bidari Əli baş!\" (Əlidən qafil olma)
Mən özüm dəfələrlə onu belə məclislərdə görmüşdüm. Bir axşam Bidar Əlinin uzaq kəndlərin birində yaşayan dostlarından biri onun evinə qonaq gəlir. Bidar Əlinin arvadı qonağı layiqincə qarşılayır. ...


Paxıllığın yaranmasına səbəb olan amillər nələrdir?


Paxıllığın yaranmasına səbəb olan amillər nələrdir? Paxıl insan şeytandan (lən) və Firondan da daha pisdir. Belə ki, şeytanla Fironun söhbətinə nəzər salanda görmək olur ki, şeytan paxıl insanı Firondan və özündən də pis adlandırır. Firon şeytana sual verir: “Məndən və səndən də pisini yer üzündə tanıyırsanmi?”. Şeytan (lən) deyir: “Paxıl insan məndən və səndən də pisdir. Çünki paxıllıq insanın yaxşı əməllərini yeyər, necə ki, atəş odunu yeyər və yandırar”. (Tebyan)
Paxıllıq o qədər təhlükəli bir xəstəlikdir ki, sahibini həm zahirdə və həm də batində yeyib bitirər. Həm bu dünyasını və həm də axirətini məhv edər. İmam Sadiq (ə) buyurur: “Paxıl insanın üç nişanəsi vardır: insanın arxasınca qeybət edər, üzləşən zaman yaltaqlanar, başqalarının çətinliyə düşməsindən şad olar”. Paxıl insan həyatda heç bir zaman müvəffəq ola bilməz. İmam Əli (ə) buyurur: “Paxıl insan alicənab olmaz”. Həzrət Əli (ə) başqa yerdə buyurur: “Paxıllıq insanı qəm və qüssəyə düçar edər”. Bəs paxıllığı yaradan amillər hansılardır? 1. Düşmənçilik. 2. Təkəbbür. 3. Məqsədə çatmaq qorxusu. 4. Rəhbərlik etmək istəyi. 5. Zati paxıllıq.


Əraf haradır və Əraf səhabələri kimlərdir?


Əraf haradır və Əraf səhabələri kimlərdir? “O iki dəstənin arasında bir pərdə və arakəsmə vardır. Ə’rafın üstündə hər bir dəstəni simalarından tanıyan (Allahın övliyalarından olan) kişilər vardır. Onlar hələ daxil olmamış və ümid bəsləyən Cənnət əhlinə «Sizə salam olsun» (deyə) nida edərlər. Gözləri Cəhənnəm əhlinə tərəf dönən zaman deyərlər: «Ey Rəbbimiz, bizi zalım qövmlə birgə etmə». Və Ə’rafın üstündə olan kəslər üzlərindən tanıdıqları kişiləri səsləyər (və onları məzəmmət etmək məqsədilə) deyərlər: «(Gördünüz ki,) sizin toplum və cəmiyyətiniz və təkəbbür göstərməyiniz (sizdən heç bir əzabı) dəf etmədi!». (Və möminlərə işarə edərək deyərlər:) «Məgər bunlar Allahın Öz rəhmətinə qovuşdurmayacağını and içdiyiniz kəslər deyildirlər? (Sonra möminlərə deyəcəklər:) “Cənnətə daxil olun ki, sizə nə bir qorxu var və nə də qəmgin olacaqsınız”». (Əraf/ 46-49).
Əraf haradır və Əraf səhabələri kimlərdir? Bu haqda təfsirçilər arasında fikir ayrılığı vardır. Yuxarıdakı ayədən də aydın olur ki, Əraf səhabələri Qiyamət gününə aid bir məsələdir. Bəzi təfsirçilər deyirlər ki, Əraf behiştlə cəhənnəm arasında olan divar və ya pərdədir. Yəni, orada olan hər bir insan hər iki tərəfi görə bilir. (Tebyan)
Əraf səhabələrinin kimlər olduğu haqda nəzərlər müxtəlifdir. Bu nəzərləri üç dəstəyə bölmək olar: 1. Onlar böyük və şəxsiyyətli insanlardır ki, bütün xəlq olmuşlardan şərəflidirlər. 2. Orta həddə olan insanlardır ki, kafirlərdən və münafiqlərdən üstündür. 3. İnsan cildində Ərafda aşkar olan mələklər.


İmam Hüseyn (ə) üçün tökülən göz yaşının bərəkətləri nələrdir?


İmam Hüseyn (ə) üçün tökülən göz yaşının bərəkətləri nələrdir? İmam Hüseyn (ə) üçün tökülən göz yaşının çox sayda bərəkət və fəziləti vardır ki, onların bəzisi ilə tanış olaq: 1. İmam Hüseyn (ə) inqilabını ayaqda saxlayar və zülmə və zalıma qarşı hiss aşılayar. 2. İmam Hüseynə (ə) olan sevgi artar və düşmənlərinə qarşı nifrət hissini çoxaldır. 3. Dinin həqiqəti ilə tanış olmaq və dinə olan əlaqəsini gücləndirər və möhkəm edər. 4. Günahlar bağışlanar. -kiçik və böyük, az və çox günahlarını bağışlayar. 5. Behiştdə sakin olmaq. İmam Sadiq (ə) hədisinə istinadən. 6. Şəfa tapmaq və xowa gəlməz. 7. İmam Hüseynə (ə) göz yaşı tökən Qiyamət günü ağlamaz. 8. Can verən zaman amanda olar.


Zikrdən məqsəd nədir?


Zikrdən məqsəd nədir? Allahı zikir etmək insanın ruhiyyə və əxlqında böyük təsiri vardır ki, qarşılıqlıdır. Allahı yad etmək bəndədən və ürəyin aydın, saf və Allahın əmirlərinə əməl etməmək qorxusu, günahların bağışlanması, elm və hikmətin əta olunması isə Allah tərəfindəndir. Umumi olaraq zikri iki hissəyə bölmüşdürlər dildə və qəlbdə, dildə olan zikri “verd” də adlandırırlar. Bu nəzəriyyəyə əsasən hər bir varlıq öz məqamına uyğun bir dərəcədə Allahı yad edir və hər bir insanda öz dərəcəsində Rəbbini tanıyarıq bir dərəcədə Allahı zikr edir və yaxud öz məqamı dərəcəsində Allahı unudur; bunun ücün də insanın kamilliy məqamı allahı yad etməyə bağlıdır.
Verd və ya dildə zikr etmək də şəriət və irfanda xususi bir növdə diqqət altındadır, ondan məqsəd insanın Allaha diqqəti və onun vasitəsiylə qəlbin oyanmasıdir. Əlbətdə zikrin davamlı olması vasitəsiylə, zikir edən şəxslər Allah arasında olan hicablar kənar olur. Odur ki, irfanda da xikrin qaydaları da bu böyük hədəf ücündür ki, bir cox aləmlərin hicabını kənar etmək qabiliyyətini insanda yaradır.


Gözəl ailəyə malik olmaq üçün Məsumların (ə) 10 tövsiyəsi nələrdir?


Gözəl ailəyə malik olmaq üçün Məsumların (ə) 10 tövsiyəsi nələrdir? Müsəlman ailə: Gözəl ailəyə malik olmaq istəyən hər bir kəs ailədə sevgi, dostluq, qarşılıqlı anlaşma, hörmət, bir-birinin haqqına riayət etmək kimi mövzulara xüsusi əhəmiyyət verməlidir. İslam dini hər bir müsəlman qadın və kişinin xoşbəxt yaşaması üçün qanunlar təyin etmişdir ki, hər biri onu yerinə yetirməlidir.
İslami maariflərdə gözəl ailəyə sahib olmaq üçün 10 mühüm tövsiyələri görmək olar. İbarətdirlər:
1. Həyat yoldaşı ilə imanla rəftar etmək, 2. Həyat yoldaşı ilə düzgün rəftarı Əhli Beytin həyatından nümunə götürmək, 3. Həyat yoldaşı ilə mehriban olmaq, 4. Həyat yoldaşı ilə təkəbbür və kobud olmamaq, 5. Həyat yoldaşına cismi zərər yetirməkdən çəkinmək, 6. Mən səni sevirəm sözü ilə kişi qadınını özünə vəfalı etməyə çalışsın. (qadın da həyat yoldaşı səninlə fəxr edirəm deməklə müştərək həyatlarını daha da möhkəm etsinlər) 7. Kişi həyat yoldaşına münasib nəfəqə versin və dini məsələlərini öyrətsin və qadın da həyat yoldaşı ilə uyğunlaşmağa çalışsın. 8. Halal ruzi ilə ailəsini təmin etsin ki, düzgünlük ailəyə hakim olsun. 9. Həyat yoldaşına hədiyyə verməklə kişi qadınının dəyərli olduğunu göstərməlidir. və ailəsini də hədiyyələndirsin yəni övladlarını və ... 10. Bir-biriləri üçün gözəlləşsinlər, qadın yoldaşı üçün bəzənsin və kişi də qadınının söykənəcək olan həyat yoldaşını paklıq mənbəyi kimi görməlidir.


İmam Əli (ə) baxışında hansı əxlaqi xüsusiyyətlər bəzi insanlardan daha çox bəyənilir?


İmam Əli (ə) baxışında hansı əxlaqi xüsusiyyətlər bəzi insanlardan daha çox bəyənilir? İnsan dərki və düşüncəsində əxlaqi xüsusiyyətlər səadət səbəbi hesab olunur. İslam maarifində isə buna daha dərin baxış olaraq İmam Əli (Ə) hədisindən Bəzi əxlaqi xüsusiyyətlərin, seçilmiş insanlarda olması daha çox dəyərli və Allah dərgahında vacib olaraq tələb olunur. O əxlaqi xüsusiyyətlər ibarətdir:
1-Ədalətli olmaq bəyənilmiş xüsusiyyətdir, amma dövlət başçılarında olması dəyərli və tələb olunandır,
2-Səbirli olmaq gözəl xüsusiyyətdir, amma fəqirlərdən daha qiymətli və tələb olunandır,
3-Allah qorxusu, təqva bə günahlardan çəkinmək gözəl xüsusiyyətdir, amma alimlərdən daha dəyərli və tələb olunandır,
4-Günahlardan tövbə etmək gözəl əməldir, amma cavanlardan daha qiymətli və dəyərlidir,
5-Həyalı və iffətli olmaq gözəldir, amma qadınlardan daha gözəldir,
6-Əliaçıqlıq gözəldir, amma imkanlı şəxslərdən daha bəyənilən və istəniləndir.


İmam Zamanın (ə) qiyamı hadisəsinə aid üç şübhəyə cavab!


İmam Zamanın (ə) qiyamı hadisəsinə aid üç şübhəyə cavab! İmam Zamanının (ə) qiyamı hadisəsinə aid üç şübhə və cavablar ibarətdir:
A) İmam Zamanın (ə) qiyamı nə zaman başlayacaqdır?
cavab: İmam Zamanın (ə) 313 xüsusi səhabəsi Məkkədə o həzrətin yanına gəlməsi və köməkçilərinin 10 min nəfərə çatması ilə dünyaya elan olunacaqdır.
B) Sual: İmam Zamanın (ə) zühuru zamanı hansı qüvvələr o həzrətə kömək edər?
Cavab: İlahi möcüzələr və dünya cəmiyyətinin o həzrətin hədəflərinə inam gətirməsi o həzrətin ilahi hökumətinin qurulmasında kömək edəcəkdir.
C) Sual: İmamın qılıncla qiyam etməsi necə başa düşülür bir halda ki, dünya silah cəhətindən çox inkişaf etmişdir?
Cavab: İmamın qiyamı zamanı (ə) deyilən mühüm bir məsələ budur ki, İmam Cəddinin qılıncı ilə zühur edəcəkdir mənası budur ki, qılıncla qiyam kinayədir silahla zühur etmək və cihad etməyə əmr olunmaqdır. Eləcə də İmam Zaman (ə) zühur edən zaman əsrinin düşmənləri ilə mübarizə edərkən zamanında lazım olan silahlardan bəhrələnəcəkdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter