Şirkin gətirdiyi dünya və axirət bəlaları nələrdir?


Şirkin gətirdiyi dünya və axirət bəlaları nələrdir? Şirk tələsinə düşmək insanı dünya və axirət səadətindən məhrum edər və axirətini yandırar. Bu cür insan İlahi rəhmətdən məhrum olar, insanlıqdan süqut edər, batini nəcis olar. Şirkdən xilas olmaq üçün əqli və nəqli yollar vardır. Onlardan biri də insanın öz zəif olması haqqında düşünməsidir. Allahın ona əta etdiyi nemətlərə diqqət etməsidir. (Tebyan) “Şirk” sözünün lüğətdəki mənası “nəsib qərar vermək”dir. Quran maarifində şirk dedikdə Allah Təalaya şərik qoşmaq nəzərdə tutulur. Şirk tələsinə düşən insanları həm dünyada və həm də axirətdə çox sayda bəlalar gözləyir: 1. İlahi rəhmətdən məhrum olmaq və cəhənnəmə düşmək. 2. Yar və yavərdən məhrum olar. Şirk insanı bədbəxt edər və üzərindən himayə çətirini götürər. 3. İnsanlıq dərəcəsindən süqut edər. 4. Batini çirkin olar. 5. Məzəmmət olunar. 6. Rahatlıqdan uzaq olar. Şirkin nümunələri: Riyakarlıq etmək, ücb yəni öz əməllərini dəyərli hesab etmək, nəfsi istəkləri əsasında hərəkət və ibadət etmək və ...


İblisə (lən) qarşı olan effektiv silahlar nələrdir?


İblisə (lən) qarşı olan effektiv silahlar nələrdir? İblis (lən) – insanın and içmiş düşmənidir. Ona görə də hər an onu izləyir və ona zərbə vurmağa hazırlaşır. İnsan da gərək bu döyüş meydanında əliboş olmasın. Onun da mübarizə üçün silahları olmalıdır. Əks halda şeytan fürsəti qənimət bilib, onun dünya və axirətini məhv edə bilər. (Tebyan) Bu silahlarla tanış olaq: 1. Allaha pənah aparmaq. “Və de: «Ey Rəbbim! Şeytanların vəsvəsə və təhriklərindən Sənə pənah gətirirəm». Quran. 2. Allahı zikr etmək. “Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar”. (“Əraf” 201). 3. Allaha təvəkkül etmək. “Çünki, onun iman gətirən və özlərinin Rəbbinə təvəkkül edən kəslər üzərində (vəsvəsə etməkdən savayı başqa) bir hökmranlığı yoxdur”. (“Nəhl” 99). 4. Niyyətin xalis olması. “(İblis) dedi: «İzzətinə and olsun ki, onların hamısını (kökü kəsilənə kimi Adəmin nəslinin hamısını) aldadıb doğru yoldan çıxaracağam. Onların arasından Sənin (ruh və bədənlərini küfr və günah çirkinliyindən təmizlədiyin) xalis və seçilmiş bəndələrin istisna olmaqla»”. (“Sad” 82-83). 5. Yalvarış. “Biz peyğəmbər göndərdiyimiz hər bir şəhər və kəndin əhalisini xəstəlik, çətinlik və yoxsulluğa düçar etdik ki, bəlkə (Bizim dərgahımıza) yalvarıb-yaxarsınlar”. (“Əraf” 94).


Əllamə Təbatəbainin baxışında içkilərin haram olunması fəlsəfəsi nədir?


Əllamə Təbatəbainin baxışında içkilərin haram olunması fəlsəfəsi nədir? Əllamə Təbatəbainin (əl-Mizan təfsinin müəllifi) baxışında içkinin haram olma fəlsəfəsi ibarətdir:
İslamın baxışında bilikləndirmə və tərbiyə etmək, əqli ölçülərlə qurulmuşdur. Bu quruluşun hədəfə çatması yalnız insani məqam və dəyərlərə əhəmiyyətlə yanaşmaq lazımdır. İnsan bu dəyərlərə əhəmiyyətli yanaşmaqla başqa heyvanlar və məxluqlardan üstün olur. Aydındır ki, spirtli içkilər və hər bir məst edici içəcəklər, bu insani dəyərləri ki insan həyatına məna verir, zay edir. Və içkili halda bu insani dəyərlərdən uzaqlaşmamağ imkanı olmadığından dini maarifləndirmə və tərbiyə məhv olur. Məst edici içkilər müxtəlif cinayətlərə səbəb, başqalarının haqlarına təcavüz və sair ziyanlar yol açdığında və eləcə də ruhi və cismi sağlamlıqlara ziyan verməsi və irsi mənfi təsirlər qoyması səbəbindən haram olunması zəruriliyinə göz yummaq hikmətsiz bir addım hesab olunar. İslam təlimləri də bu səbəbdən spirtli içkiləri haram etmişdir.


Quran ayələrinə əsasən kimlər cəhənnəmdə əbədi qalacaq?


Quran ayələrinə əsasən kimlər cəhənnəmdə əbədi qalacaq? Qurani-kərim ayələrindən məlum olur ki, qiyamətdə insanların bəzi təbəqələri əbədi cəhənnəm əzabına düçar olacaqlar. Ümumilikdə Qurani-kərimdə cəhənnəm və onun əhli barədə onlarla ayə mövcuddur. Bu ayələrdə cəhənnəm əhlinin əzabı rəngarəng boyalarla təsvir edilir. Bəzi ayələrdə isə müəyyən insanlar üçün cəhənnəm əzabının daimi və əbədi olacağı vurğulanır. Məsələn: -- 1-Kafirlər (Ali-İmran, 116; Maidə, 37). 2-Müşriklər (Allaha şərik qoşanlar) (Nəhl, 29). 3-Münafiqlər (Mücadələ, 17). 4-Mürtədlər (dindən dönənlər) (Ali-İmran, 88). 5-Allahın ayətlərini təkzib edənlər (Əraf, 36; Təğabün, 9). 6-Allahın və Peyğəmbərin düşmənləri (Tövbə, 63). 7-Zalımlar (Şura, 45; bax: Yunus, 52). 8-Günah içində batanlar (Bəqərə, 81). 9-Mömin şəxsi qətlə yetirənlər (Nisa, 93). 10-Sələmçilər (Bəqərə, 275). 11-Xeyir əməlləri yüngül gələnlər (Möminun, 102-103). 12-Allaha və Peyğəmbərə asi olanlar (Cin, 23). 13-Günahkarlar (Züxrüf, 74). (Burada tövbə etməyən günahkarlar nəzərdə tutulur).
 Cəhənnəm əzabının əbədi yoxsa müddətli olacağı barədə ənənəvi rəyə görə, yuxarıda adı çəkilən günahlar istisna olmaqla, başqa günah sahibləri cəhənnəmdə müvəqqəti əzab çəkdikdən sonra xilas olacaqlar. Lakin xilas olanlar cəhənnəmdə əbədi əzab çəkməyə məhkum edilənlərlə müqayisədə azlıq təşkil edəcək. ...


Hafizəni gücləndirən və zəiflədən amillər nələrdir?


Hafizəni gücləndirən və zəiflədən amillər nələrdir? 1)-İslamda da hafizəni gücləndirmək üçün bir çox tövsiyələr vardır ki, onlardan bəzilərinə işarə edək:
1-1- Peyğəmbərə (s) salavat göndərmək. 1-2- Misvak etmək. gündəlik təmizləmək, 1-3- Bal yemək. bədəndəki ağrını azaldar və fikri cəmləşdirər. 1-4- Səhər yeməyindən qabaq kişmiş yemək. Çünki onun təkibində fosfor çox olduğundan beyni gücləndirir. 1-5- Gündəlik işləri görmək üçün proqram tərtib etmək.

2) -Məsumlardan (ə) gələn hədislərdə hafizəni zəifləndirən amillərə işarə edilmişdir. Onlardan bəzisinə nəzər salaq:
2-1. Günah işlətmək. 2-2. Turşu yemək. 2-3. Hündürdən və çox gülmək. 2-4. Müəllimlərə hörmətsizlik etmək. 2-5. Həddən artıq pendir yemək. 2-6. Qəbirlərin üzərindəki yazıları oxumaq. 2-7. Cənabətli halda yeyib-içmək. 2-8. Qaynar yemək yemək. 2-9. Pis iyləri iyləmək.


Möminliyin əlamətlərini rəvayətlər baxımında yazın?


Möminliyin əlamətlərini  rəvayətlər baxımında yazın? İmam Həsən Əsgəri (ə) buyurur: “Möminliyin əlaməti beşdir:
1-Gecə-gündüz vaxtında 51 rəkət vacib və nafilə namazlarını qılmaq, 2-İmam Huseyin (ə) ərbəinində (İmamın qırxında) İmamı ziyarət etmək və ya əl çatmaza İmamın ziyarət naməsini oxumaq. 3-Sağ ələ üzük taxmaq, 4-Alını torpağa səcdəyə qoymaq, 5-Bismillahir-Rəhmanir-Rəhimi ucadan demək.
(Şeyx Səduq fiqhi kitabı olan “Təhzib”-ində və “Misbahuz-Ziyarədə” bu duanı İmam Sadiqdən (ə) ərbəinə aid olduğunu nəql etmişdir.


Naməhrəmə baxmaqda haram olunmuş baxışlar hansılardır?


Naməhrəmə baxmaqda haram olunmuş baxışlar hansılardır? İslam şəriəti baxımından müsəlmanlara bəzi baxışlar haram olunmuşdur:
1-Makiyajlanmış qadının üzünə baxmaq, 2-Qadının bəzərlərinə baxmaq, 3-Tanış olan qadının hicabsız şəkilinə baxmaq, 4-Ləzzət qəsdi ilə bir qadına baxmaq istərsə də şəkilinə, 5-Naməhrəm kişinin bədəninə baxmaq (üz və əllərindən başqa) 6-Naməhrəm qadının bütün bədənlərin baxmaq, (üz və əllərindən başqa) 7-Həvəsbazlıq üzündən baxmaq istər öz həmcisinə belə olsa.


Cəbrailin arzu etdiyi insanların əməlllərindən yeddi əməl nələrdir?


Cəbrailin arzu etdiyi insanların əməlllərindən yeddi əməl nələrdir? Cəbrailin arzu etdiyi insanların əməlllərindən yeddi əməl:
Həzrət Mühəmməd Peyğəmbər (s) İmam Əliyə (ə) buyurmuşdur: “Cəbrail mənə dedi: “Kaş bu yeddi əməli edə bilmək üçün insan olaydım: camaat namazında iştirak etmək, alimlərlə oturub-durmaq, iki küsülü adamın arasını düzəltmək, yetimlərə nəvaziş göstərmək, xəstələrin görüşünə getmək, dəfn mərasimlərinə qatılmaq, həcc zamanı Məkkədə hacılara su paylamaq”.


Tövbə namazı necə qılınır?


Tövbə namazı necə qılınır? Tövbə etməyi ibadətlə başlanmaqı tövsiyə olunur. Bu haqda Həzrət Peyğəmbər (s) buyurdu:
“Qüsl (tövbə qüslü) və dəstəmaz (tövbə dəstəmazı) alın. Sonra dörd rükətli namaz qılın. Hər rükətdə 1 dəfə “Həmd”, 3 dəfə “Tövhid”, 1 dəfə “Fələq” və 1 dəfə də “Nas” surələrini deyin. Sonda 70 dəfə istiğfar edin və onu “Lə həvlə və lə quvvətə illə billahil-əliyyil-azim” cümləsi ilə tamamlayın. Sonra isə bu duanı oxuyun: “Ya Əzizu, ya Ğəffar. İğfirli zunubi və zunubə cəmiyəl-muminin və muminat. Fəinnəhu lə yəğfiruz-zunubi illa ənt””. (“Ey Əziz, ey Bağışlayan! Ey Mehriban! Mənim günahlarımı, bütün mömin qadın və kişilərin günahlarını bağışla. Çünki Səndən başqa heç kim günahları bağışlamaz”). ...


Ər razı olmadığı halda qadın namaz qıla bilərmi?


Ər razı olmadığı halda qadın namaz qıla bilərmi? Vacib (fərz) ibadətləri yerinə yetirmək üçün kiminsə razılığı və narazılığı şərt deyil.
Bu, Allahın əmridir və insan ən əsası Allahın tapşırığını yerinə yetirməlidir. Yetkinlik yaşına çatmayan uşaq öz valideyninə, qadın da ərinə itaət etməlidir. Amma əgər bunlar Allahın buyurduğunun əksinə onu məcbur edirlərsə, yəni vacib (fərz) olan ibadəti icra etməyə mane olur və ya haram bir işi görməyə məcbur edirlərsə, bu məsələdə onlara itaət etmək lazım deyil. Başqa işlərdə (Allahın buyruqlarına zidd olmayan məsələlərdə) yenə onlara tabe olmaq və onlarla hesablaşmaq lazımdır. Suala gəlincə, ər öz arvadına gündəlik fərz namazları qılmağı qadağan edə bilməz. Bunu etsə böyük günah qazanar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter