İnsanın daxilində kin yaradan 6 əsas amil və müalicəsi nələrdir?


İnsanın daxilində kin yaradan 6 əsas amil və müalicəsi nələrdir? Əxlaqın rəzil sifətlərindən biri də kindir. Kin qəlbin elə bir halıdır ki, zahirdə düşmənçilik edərək aşkar olar. Kin bəsləyən insanlar həmişə əzabdadırlar. Çünki fikirləri bu mövzu ilə məşğuldur ki, qarşı tərəfdən necə intiqam alsınlar. Lakin qafildirlər ki, başqasına əziyyət vermək istəyən insan əvvəl özünə əziyyət verər. Bu insanların bütün həyatı intiqam almağa sərf olunduğu üçün, qətiyyən kamala çata bilmirlər. Onlar kifayət qədər imana malik deyildirlər.
İnsanda kin yaradan əsas amillər: 1. Qəlbin xəstə olması. 2. Şeytanın (lən) vəsvəsələri. 3. Gözləntinin çox olması. 4. Fəzilətə malik olmamaq. 5. Söz gəzdirmək və yersiz zarafatlar. 6. Başqaları ilə mübahisə etmək və xırdaçılıq etmək.
Quranda kinin müalicəsi. 1. Pisliklərə yaxşılıqlarla cavab verin. 2. İmanı gücləndirmək. 3. Təqva.


Bu 17 günahdan çəkinərək kiçik günahlarımızı əfv etdirək!


Bu 17 günahdan çəkinərək kiçik günahlarımızı əfv etdirək! Peyğəmbəri-Əkrəm (s) ümmətini hidayət etmək üçün iki şeyi irs qoymuşdur. Biri Quran və o birisi də Əhli-Beyti (ə). İslam ümmətinin məsələlərinə bu iki dəyərli nemət cavab verə bilər. Müsəlmanlar özlərinin hidayət olması üçün gərək bu ikisinə müraciət etsinlər. Çünki Peyğəmbərimiz (s) bizə nəsihət edib ki, onların hər ikisindən də ayrı düşməyək. Yəni, həqiqi mömin olmağımız üçün bu iki nemətin bir yerdə olması vacibdir. Nə Quran tək olsun və nə də Əhli-beyt (ə). Məsumlar (ə) Quranın ən gözəl təfsirçiləri və Quran mütəxəsisləridir. Bu Məsumlardan (ə) biri də İmam Sadiqdir (ə).
Əmr ibni Əbid İmam Sadiqin (ə) yanına gedir və Həzrətə (ə) bu Quran ayəsini oxuyur: “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik”. (“Nisa” 31). Sonra deyir: “İstəyirəm ki, kəbirə günahları Qurandan eşidəm”. İmam Sadiq (ə) qəbul edir və buyurur: 1. Allaha şirk bəsləmək. 2. İlahi rəhmətdən ümidsiz olmaq. 3. Ağvalideyn olmaq. 4. İnsan öldürmək. (istər abrını tökmək və ya təhqir etmək olmuş olsun). 5. İffətli qadına töhmət vurmaq. 6. Yetimin malını yemək. 7. Müharibədən qaçmaq. 8. Sələm yemək. 9. Zina. 10. Yalandan and içmək. 11. Xəyanət. 12. Zəkat verməmək. 13. Yalandan şahidlik etmək. 14. Şəhadəti gizlətmək. 15. Şərab içmək. 16. Namazı tərk etmək. 17. Naşükürlük.


Nicat tapmaq üçün bu 4 yolu bilmək lazımdır.


Nicat tapmaq üçün bu 4 yolu bilmək lazımdır. Qurani-Kərim səma kitabı olaraq insanın təkamül və hidayət yolunu müəyyən edir. Quran bizlərə ya birbaşa və ya dolayı yollarla haqq yolunu tanıdır. Bəs Quranın nəzərində kimlər nicat tapmışdır?
1. Allah Təala və Peyğəmbərə (s) iman gətirənlər. İslamın nəzərinə görə hər kim Allaha və Peyğəmbərə (s) iman gətirməzsə, behiştə getməz. Lakin dildə sadəcə “Allahu Əkbər” deməklə müsəlman olmaq olmaz. Mömin o kəsdir ki, həm iman gətirər və həm də saleh əməl yerinə yetirər. İmanı, onun həyatının hər bir sahəsinə təsir qoyar. 2. Allah yolunda cihad etmək. Cihad sözünün ümumu və xüsusi mənaları vardır. Ümumi mənada səy, çalışma, əziyyətlərə səbir etmək şamil olur. Lakin cihadın ən ali dərəcəsi Allah yolunda şəhid olmaqdır. 3. Təqva. İslam dini nəfsi islah etmək haqqında çox sayda göstərişlər vermişdir. Ruh və canı pak etmək gözəl və bəyənilən sifətlərin inkişaf etməsinə səbəb olar. 4. Əhli-beyt (ə) davamçıları. O kəslər ki, vilayəti qəbul edər, onların ardıcılı olar, nicat taparlar.


Gözəl əxlaqlı olmaq üçün nə etmək lazımdır?


Gözəl əxlaqlı olmaq üçün nə etmək lazımdır? İmam Sadiq (ə) gözəl əxlaqın tərifində buyurur: “Xoş əxlaq odur ki, rəftarını mülayim edəsən, sözlərini pakizə edəsən, qardaşınla xoş üzlə görüşəsən”.
İslam dini daima öz davamçılarını rəftar və danışıqda mülayim və xoş olmağa dəvət edir. Kobudluğu və pis rəftarı həmişə məzəmmət etmişdir. Çünki bu yol - insanın müvəffəqiyyət və səadət yoludur. Bütün İlahi peyğəmbərlər (ə) insanların ürəyini məhz bu yoldan cəzb etmişdilər. Xoş əxlaq, gülər üz, mülayim və ürəyə yatan danışıq - İlahi övliyaların bariz sifətləri olmuşdur. Həzrət Peyğəmbər (s) özü bu sifətlərin ən bariz nümunəsidir. “Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar”. (“Ali-İmran” 159).
Bəs necə edək ki, gözəl əxlaqa malik ola bilək? 1. Gözəl əxlaqın dəyərinə və təsirlərinə diqqət etmək. 2. İnsanlıq hissini gücləndirmək. 3. Gözəl əxlaqı təmrin etmək. 4. Zarafatcıl olmaq.


Qadınlar ideal ərlərindən nəyi gözləyir?


Qadınlar ideal ərlərindən nəyi gözləyir? Hər hər bir kişi üçün ideal qadın o qadındır ki, ev işlərindən xəbəri var və onu ən gözəl şəkildə yerinə yetirə bilir. Bundan başqa hər axşam işdən evə gələndə dadlı şam yeməyi ilə yanaşı, isti ailə mühitini də hiss etmək istəyər.
Qadın isə arzu edir ki, həyat yoldaşı ona aşiq olsun və onu himayə etsin. O zaman ki, işdən evə gəlir, ona bir gül alsın və ya bir şirin söz desin.
Bu gün qadınların ideallıq meyarları dəyişmişdir. Belə ki, bu gün qadınlar evdən xaricdə çalışdıqları üçün ərlərindən gözləntiləri daha çoxdur. Onlar istəyir ki, ərləri onlara ev işlərini yerinə yetirməkdə yardım etsin. İndi kişilərin aldığı əmək haqqı bəzən evin ehtiyaclarını təmin etmədiyinə görə, qadınlar da çalışmağa məcbur olurlar. Belə olan zaman həm bayırda və həm də evdə ağır vəzifə altına girmək onları sarsıdır. ...


Müvəffəq həyat yoldaşı olmaq üçün sadə addımlar nələrdir?


Müvəffəq həyat yoldaşı olmaq üçün sadə addımlar nələrdir? Bütün kişi və qadınlar istəyir ki, bir-biri ilə səmimi rabitə qursunlar. Lakin bu hədəfə çatmaq yollarını bilmirlər. Bəzən də elə düşünürlər ki, bu, əlçatmaz bu hədəfdir. Mütəxəssislərin bizə tövsiyə etdiklərinə işarə edək:
1. Gözləntiniz olmadan bir-birinizin yanında yaşayın. Əgər həyat yoldaşınızdan gözləntiniz olmasa, onun sizi şad etmək üçün etdiyi hər bir səy sizin üçün qiymətli olar. 2. İradlarınızı aradan qaldırın. Həyat yoldaşınıza irad tutmazdan əvvəl, öz eyblərinizə diqqət edin. 3. Sakitliyinizi qoruyun. O zaman ki, həyat yoldaşınız hansısa işi ilə sizi narahat edirsə, fasiləsiz reaksiya göstərməyin. 4. Özünüzü unutmayın. Bəzi insanlar ailə qurandan sonra özlərini unudurlar. Şəxsi həyatda inkişaf etmək üçün səy göstərin. 5. Həyat yoldaşınızın ehtiyaclarına qarşı həssas olun. Bir-birinizlə söhbət etmək üçün vaxt ayırın.


400 peyğəmbərə (ə) xidmət edən şəxsin tövsiyələri nələrdir?


400 peyğəmbərə (ə) xidmət edən şəxsin tövsiyələri nələrdir? Loqmanın (ə) ovladına buyurduğu nəsihətlərindən:
Oğul! Mən 400 peyğəmbərin qulluğunda dayandım, onların sözlərindən 4 sözü seçmişəm:
1-Namaza duran halda, qəlbinin namazı dərk etməyə hazırlığına diqqət et,
2-Süfrə arxasında əyləşəndə boğazını (haramlardan) qoru,
3-Başqasının evinə gedən zaman, gözüvü (naməhrəmə baxmaqdan) qoru,
4-İnsanların arasında olanda isə dilini qoru,


Yeni doğulmuş uşağla bağlı sünnətlərdən yazın?


Yeni doğulmuş uşağla bağlı sünnətlərdən yazın? İslam dinində insanın həyatına aid olan məsələlərdə xoşbəxtlik və nəticəsi faydalı olan qanunlar gəlmişdir. Yəni insanın özünə və ailəsini hidayət edən dusturların hamısını ehtiyacları təmin etmək üçün əldə etmək mümkündür. Eləcə də, ailədə yeni doğulmuş uşağla bağlı İslam maarifində sünnətlər gəlmişdir, bir neçəsinə işarə edirik: 1-Yeni doğulmuş uşağın iki qulağın azan və iqamə demək müstəhəbdir. 2-Müstəhəbdir ki, uşağın qulaqlarına azan və iqamə oxunmazdan öncə körpənin ağzının dadını xurma ilə tanış etsinlər. 3-Yeni doğulmuş uşağ üçün əqiqə (yəni qurban kəsmək) müstəhəbdir. 4-İmam Sadiq (ə) buyurur: Əqiqənin (kəsilmiş qurban ətinin) ətini valideyinlərin yeməsi bəyənilmir. 5-İslam təlimlərinə əsasən oğlan uşağı doğulmasından 7 gün sonra sünnət olunmalıdır. 6-Oğlan uşağın sünnət olunan vaxtda nəql olunan duanın oxunması bəyənilir. 7-Uşağı dünyaya gətirən ana üçün müstəhəbdir ki, birinci yeməyi xurma olsun. 8-Yeni doğulmuş uşağı ağ parçaya bükülməsi müstəhəbdir, 9-Müstəhəbdir ki, uşağın saçı 7 ci günündən sonra qırxılsın. Saçının çəkisi qədərində gümüş və ya qızıl Allah yolunda sədəqə verilsin. 10-Müstəhəbdir ki, əgər körpə qızdırsa 7-ci günündə qulağının yumşaq tikəsində sırğa üçün dəlik açılsın.


Övlad tərbiyəsinə dair Loğmanın 10 tövsiyəsi nələrdir?


Övlad tərbiyəsinə dair Loğmanın 10 tövsiyəsi nələrdir? Quran dini tərbiyəni Loğmanın dilindən bəyan edir və Loğman öz oğluna 10 dəyərli nəsihət verir:
1. Rəhman Allahla gözəl rabitə. 2. Valideynə ehtiram qoymaq. 3. Məadı unutmamaq, 4. Namaz qılmağa tövsiyə, 5. Əmr-be-məruf və nəhy-əz-münkər. ”Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirməyin zərurəti). 6. Səbir çətinliklər qarşısında, 7. İnsansevərlik (cammata təhqirgözlə baxmamaq). 8. Təvazökarlıq. (lovğalıq zəlilik gətirəndir dərsini öyrətmək). 9. Mötədil olmalı. (artıq istəməkdən çəkinib, geridə qalmamağa çalışmaq). 10. Sakit danışmaq. (heyvani rəftat və danışıq Allahsevən deyil),


Həzrət Məhdinin (ə.f) 313 səhabəsinin neçəsi qadın olacaq?


Həzrət Məhdinin (ə.f) 313 səhabəsinin neçəsi qadın olacaq? Həzrət Məhdinin (ə.f) 313 səhabəsinin 50-si qadın olacaq. İmam Zaman ağa (ə.f) zühur edən zaman 313 nəfərlə zühur edəcəkdir. Hədislərdə bu insanların xüsusiyyətləri və sifətləri zikr edilmişdir ki, onlardan bəzisinə işarə edək.
İmam Baqir (ə) buyurur: “Bədr əhli qədər insan Qaimlə (ə.f) beyət edər. Onların içərisində Misir əhlindən olan nəciblər, Şam əhlindən olan xeyirxahlar, İraq əhlindən olan nəciblər vardır ki, dini Allah istədiyi qədər bərpa edəcəklər”. İmam Əli (ə) Həzrət Məhdinin (ə) dostlarının xüsusiyyətləri haqqında buyurur: “Məhdinin (ə.f) dostları cavandırlar. Onların arasında qoca yoxdur”. İmam Sadiq (ə) buyurur: “Qaim İmamın (ə.f) səhabələri anidən gecə yataqlarından qeyb olar və səhəri Məkkədə olarlar. Onların bəzisi küləklərin arasında hərəkət edər. Adları, atalarının adı, sima və qiyafələri tanınmış olar”. İmam Baqir (ə) buyurur: “Allaha and olsun ki, 313 nəfər onun yanına gələr ki, onun 50-si qadındır”. davamını oxuyun ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter