Hz Peyğəmbər (s) və İmam Sadiq (ə) duaların qəbul olunmamasını necə izah edirlər?!


-Həzrət Peyğəmbər (s) buyurur: \"Hər bir müsəlman dua edib Allahı çağırsa, əlbəttə yaxınlarla (qohum-əqrəba ilə) əlaqəni kəsmək və gümandan başqa (hallarda) bu üç nemətdən biri ona veriləcəkdir.
1-(Allah-təala) onun duasını (istəyini) tezliklə həyata keçirər. 2-Onun (hacətini) Axirət zəxirəsi qərar verər. 3-Pis hadisəni ondan uzaqlaşdırar...
- İmam Əli (ə) buyurub: \"Dua möminin bəlalar qarşısında qalxanıdır. Bir evin qapısını çox döysən, nəticədə (evin qapısı) üzünə açılacaqdır. Allah- təala öz bəndələrinin ondan xaiş etməsini sevir və Qiyamət günündə onların duasının savabını sair (yaxşı) əməllərinin (savabı) kimi verəcəkdir.\" (Vəsailuş-şiə)...


İmam Sadiq (ə) dünya məsələlərində narahat olmayın dedikdə hansı nöqtələrə işarə etdi?!


Nәyә lаzım? = Bir kişi İmаm Sаdiqdən (ә) оnu mоizә еtmәyini istәdikdә, Hәzrәt buyurdu:
- \"Әgәr Аllаh ruziyә zаmindirsә, bәs оnu әlә gәtirmәkdәn ötrü dәrd çәkmәk nәyә lаzım?
- Ruzi bölünübsә, hәrislik nәyә lаzım? qiyаmәtdә hеsаb-kitаb hаqdırsа, mаl tоplаmаq (hаrаm yоllа) nәyә lаzımdır?
- Аllаh еhsаnın әvәzini vеrirsә, hәsәd nә üçündür?
- Аllаhın vеrdiyi әzаb аtәşdirsә, niyә günаh еdәk?
- Әmәllәrin Аllаhа göstәrilmәsi düzdürsә, hiylә nәyә lаzımdır? Әgәr ölüm hаqdırsа, şаdlıq (günаhlа birlikdә) nәyә lаzımdır?
- Әgәr sirаt körpüsündәn kеçmәk hаqdırsа, хudpәsәndlik nәyә lаzımdır? Әgәr bir şеy tәyin оlunubsа, qәm nәyә lаzım?...


Hansı saleh əməllərin nəticəsi insanı qəbirdə qoruyar?! İmam Sadiqin (ə) hədisi


Əbu Bəsir İmam Sadiqdən (ə) nəql edir ki, buyurur: “O zaman ki, möminin cənazəsini qəbrin ortasına qoyarlar, onunla birlikdə qəbrə 6 gözəl sima daxil olar.
Onlardan biri sağ tərəfində dayanar. Biri sol tərəfində dayanar. Üçüncüsü üzü ilə üzbəüz dayanar. Dördüncüsü başının arxasında dayanar.
Beşincisi ayaqlarının yanında dayanar. Onlardan altıncısı ki, hamısından daha gözəldir – başının üstündə dayanar. Bu yolla qəbir sahibini qoruyarlar.
O sima ki, hamısından daha gözəldir, qalan beş simadan soruşar: “Siz kimsiniz? Allah sizə xeyir versin”.
O sima ki, meyitin sağ tərəfində olar – deyər ki, “mən – namazam”...


Həzrət Fatiməni (s) bu qədər ucaltmağa nə ehtiyac var?!


Cavab: Nəzərdən qaçırmayın ki, Allahın övliyalarında, ilk növbədə isə məsumlarda məhəbbətin əsası Allaha məhəbbətdir. Çünki dərin mərifət sahibi olan bu insanlar yalnız və yalnız Allahı sevmiş və Onun razılığı üçün yaşamışlar. Əgər məsumların dualarına nəzər salsanız, Allah sevgisindən başqa bir istək tapmazsınız. İmam Səccad (ə) “Muhibbin” münacatında deyir: “Pərvərdigara, Səndən məhəbbətini istəyirəm”.
İmam Hüseyn (ə) “Ərəfə” duasında deyir: “Öz dostlarının qəlbindən əğyarı çıxarıb məhv edən Sənsən.” “Kumeyl” duasında həzrət Əli (ə) deyir: “Pərvərdigara! Tutaq ki, əzabına səbr etdim, bəs ayrılığına necə dözüm?”...


Behiştin 8 qapısının üzərində nə yazılıb? Hz Peyğəmbərin (s) övladı ölənə nəsihəti


Həzrət Peyğəmbərin (s) bu haqda buyurduqlarına nəzər salmaq üçün hədislərin sorağına gedək. Belə ki, Həzrət (s) nəql edir: “Merac gecəsində məni səmaya aparan zaman mən behişti gördüm ki, 8 qapısı var idi. Hər bir qapısının üstündə dörd kəlmə yazılmışdı ki, hər bir kəlməni bilib əməl edən üçün bütün dünya və onda olanlardan daha yaxşıdır.
1=Birinci qapının üzərinə yazılmışdı:
“Yeganə Allahdan başqası yoxdur və Muhəmməd (s) - Onun rəsulu və Əli (ə) - Allahın yer üzündə olan vəlisidir. Hər bir şeyin yolu və çarəsi vardır. Rahatlığa çatmağın yolu - dörd sifətdir: qənaət, haqq toxumu səpmək, kini tərk etmək, xeyir əhli ilə yoldaş olmaq”...


Axirət aləminə səyahət - Bədənimiz bir pərdədir!


Bədənimiz bir pərdədir - Tamamilə aydındır ki, təbiət aləminin maddi cismi insanın gözünə çökmüş qalın hicab, keçilməz və möhkəm pərdədir. Yalnız ölmək, bu maddi dünyadan çıxmaqlabu pərdə kənara çəkilə bilər və insan bu vaxtadək görmədiklərini görə bilər. \"Sən bundan qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük.
Sən bu gün sərrast görürsən.”
Mən bir halda dünyadan getdim ki, gördüm dayanmı şam və bədənimdəki xəstəlik yox olub, sağlamam. Yaxınlarım cənazəmin ətrafında mənim üçün ağlayır, mən də onlar ağladıqları üçün qəmginəm. Onlara deyirəm ki, \"mən ölməmişəm, xəstəlikdən qurtulmuşam.”Amma kimsə mənim sözlərimə qulaq asmır. Sanki məni görmürlər, səsimi eşitmirlər. Anladım ki, onlar məndən uzaqdırlar...


Hz Peyğəmbər (s) İmam Sadiq (ə) göz dəyməyə qarşı hansı tapşırığı verirlər?!


Həzrət Peyğəmbər (s) buyurur: “Göz dəyməsi həqiqətdir. (Göz dəyməsi) kişini qəbirdə və dəvəni qazanda qərar verər”.
İmam Rza (ə) buyurur: “Nə zaman sənə göz dəysə, əllərini üzünün qarşısında qərar ver və sonra “Həmd” (“Fatihə”), “Tövhid” (“İxlas”), “Nas” və “Fələq” surələrini oxu. Hər iki əlini üzünə çək. Allah səni onun ziyanından qoruyar”. İmam Əli (ə) buyurur: “Sehr və göz dəyməsi həqiqətdir”.
İmam Sadiq (ə) buyurur: “Əgər sizlərdən kimsə qardaşındakı nəyəsə təəccüb edərsə, 3 dəfə desin: “Maşəallah lə həvlə və lə quvvətə illə billahil-aliyyil-azim”...


Həzrəti Zəhra (ə.s) İmam Əliyə (ə) hansı məsələni deməkdən utandı?!


Əbu Səid Xudradan nəql olunur: Bir gün həzrəti-Əli(ə.s) acımışdı. Evə gəlib xanımından yemək istədi. Fatimə (s.ə) ərz etdi:
–Atamı Peyğəmbər, səni isə onun vəlisi qərar verən Allaha and olsun ki, evdə yeməyə bir şey yoxdur. İki gündür, yeməyimiz qurtarıb. Əgər olsaydı, onu özümdən və oğullarım Həsənlə Hüseyndən qabaq sənin üçün saxlayardım.
Əli(ə.s) buyurdu: – Fatimə, bəs niyə mənə xəbər verməmisən ki, sizin üçün yemək tapım?
Fatimə (s.ə) belə cavab verdi: – Ey Əbülhəsən, mən Allahımdan utanıram ki, səndən qüdrətində olmayan bir şeyi tələb edim. Ev və çöl işlərinin bölünməsi.


Hz Zəhra (ə.s) hansı xüsusiyyətlərinə görə bütün xanımlara örnək ola bilər?!


Həzrət Siddiqeyi-Kubra (s.ə) bütün dünya insanları üçün örnək həyata malik olmuşdur. Xanımın (s.ə) mübarək həyat tərzi ilə tanış olaq:
1. İctimai həyatı. Xanım (s.ə) kamil bir insan kimi ictimai həyatda fəal olmuşdur və cəmiyyətin böhrana düşdüyü hallarda əlindən gələni etmişdir ki, onu ayaqda saxlasın. Bu sahədə həm atasına və həm də həyat yoldaşına möhkəm dayaq olmuşdur.
2. Xanım (s.ə) – kamil insandır. Həzrət Peyğəmbər (s) buyurur: “Mən sizin üçün iki dəyərli şey buraxıram: biri Quran və o birisi itrətim olan Əhli-Beytdir (ə). Siz o zamana qədər ki, bu ikisinə söykənərsiniz – yolunuzu azmayacaqsınız”.
Həzrət Rəsuli-Əkrəm (s) bu hədisdə buyurur ki, Həzrət Zəhra (s.ə) – kamil bir insandır və hər kim onun davamçısı olar – səadət yolunda irəliləmiş olar...


Məsumların hədislərində Həmişə dəstəmazlı olmağın bərəkətləri hansı nələr buyurulmuşdur?!


Həmişə dəstəmazlı olmaq – elə bir İlahi tövfiqdir ki, ardınca çoxlu xeyirlər gətirər. Bu xeyirlər ilə tanış olaq:
1. Bütün bədənin pak olar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim dəstəmaz alan zaman Allahın zikrini deyərsə, bütün bədəni pak olar”.
2. Günahları yuyular. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, namazqılan dəstəmaz alar, ardınca təsirləri və bərəkətləri olar. O zaman ki, üzünü yuyar – günahın təsirləri üzündən gedər. O zaman ki, əllərini yuyar – əli vasitəsilə etdiyi günahlar aradan gedər. O zaman ki, başına məsh çəkər – başı vasitəsilə yerinə yetirdiyi günahlar məhv olar. O zaman ki, ayaqlarına məsh çəkər – ayaqları vasitəsilə etdiyi günahlar aradan gedər”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter