Hədislərə əsasən beş ilahi ruzi olanlar nələrdir?!


Maddi və qeyri maddi olan ruzilər:
1. Allahın məhəbbətini qəlbində daşımaq. Bunu yəqin bilin ki, qəlbində Allahı sevmək - o ruzidir.
2. Yaxşı işlərə meyil etmək. Yaxşı işlərə meyil etmək – ruzidir. Bu zaman siz kiminsə qəlbini şad edirsiniz və ya işinin düyününü açırsınız, ya əlindən tutursunuz – bütün bu əməllər ruzidir.
3. Dost. Əgər elə dostunuz varsa ki, sizin tərəqqi etməyinizə yardım edir – bunun özü də ruzidir.
4. Müəllim. Hər kim sizin həyat tərzinizə müsbət təsirlər qoya bilirsə, o, sizin üçün müəllimdir və bu müəllimin olması – ruzidir.
5. Halal qazanc. Hər kim halal yolla maddi qazanc əldə edərsə, bu onun üçün ən böyük nemət və ruzi hesab olunar...


Əməlin Allah üçün olub-olmamasını bilmək üçün asan test necə edilməlidir?!


...O alim dedi: “Mən o zaman ki, Nəcəfdə Məsnəvini şərh etməyə başlamışdım, mərifət əhlindən biri mənə buyurdu: “Filankəs, əgər yazdığın bu şey bir gün başqa birinin adı ilə nəşr olunarsa, ya misal üçün desələr ki, filan dağın arxasından tapılmışdır və kimin tərəfindən yazıldığı məlum deyildir – daxilində narazı olarsanmı?
Əgər görsən ki, narazısan – o zaman bu vərəqləri yu və kənara at. Zəhmətin yersiz olmuşdur.
Ancaq görsən ki, sənin üçün fərqi yoxdur və səni narahat etmir – deməli bu işi Allah üçün etmisən”.
Mən də o gündən niyyət etdim ki, bu işi Allah üçün görürəm və əgər başqasının adı ilə nəşr edilərsə, məni narahat etməyəcəkdir”...


Qurani Kərimi Əbd olmaq istəyən mömin üçün hansı 4 göstərişləri buyurmuşdur?!


Ubudiyyət – bir insan üçün bəndəliyin ən zirvəsi və insanın təkamül nöqtəsidir. Ubudiyyət – Allahın pak zatı qarşısında təslim olmaqdır.
Ubudiyyət – heç bir şərt olmadan Məbuda tabe olmaqdır. Onun əmrlərini soğru-sualsız yerinə yetirməkdir. Bu cür insan həqiqi Məbudundan başqa bir şey düşünməz. Ancaq Onun yolunda addımlayar. Ondan qeyrisini unudar. “Ey (Bizim peyğəmbərimiz Muhəmmədə (s)) iman gətirənlər! Rüku və səcdə edin, Rəbbinizə ibadət edin və xeyir iş görün ki, bəlkə nicat tapasınız. (Bu ayə bütün şəriətlərin və ictimai xeyir əməllərin xülasəsidir)”. (“Həcc” 77).
Bu ayə möminlərə dörd göstəriş verir: 1. Rüku edin. 2. Səcdə edin. 3. Allaha ibadət edin. 4. Yaxşı əməl yerinə yetirin ki, nicat tapasınız...


Müsəlmanın Qeybətini eşidənin vəzifəsi nədir?


Qeybət elə bir kəbirə günahdır ki, qeybət edən tənha halda onu yerinə yetirə bilməz. Ona görə də qeybəti eşidən də bu günahı yerinə yetirməkdə şərikdir.
O hal istisnadır ki, qeybəti eşidən, qeybət edənlə müxalif olar. Onu qeybət etməkdən saxlayar. O yerdə ki, onunla müxaliflik edə bilməz, gərək qeybəti eşitməkdən çəkinsin. Qəlbində qeybət edənə qarşı müxalif olsun.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim insanları, qardaşının olmadığı yerdə abırını aparmaqdan saxlayarsa, Allahın üzərindədir ki, Qiyamət günü onun abırını saxlasın”.
Ancaq əgər insan müxaliflik etmək yerinə, həmin insanın dedikləri ilə razı olarsa, qeybət edənin günahına şərik olar. Qiyamət günü onu da qeybət edən kimi cəzalandırarlar...


Peyğəmbərimiz (s.ə) nə buyurdu ki, Həzrət Zəhra (s.ə) əvvəlcə ağladı, sonra şad oldu?


Allah dərgahında insanların dəyəri təbii ki, bərabər deyildir. Bəziləri Allahın yaxın mələklərindən belə üstündürlər, bəziləri isə vəhşi heyvandan da alçaqdırlar.
İnsana dəyər verən şey – elm, iman, təqva və üstün əxlaqi fəzilətlərə bəzənməkdir.
Bu meyarlara əsasən, iki cahan xanımı olan Həzrət Fatimə (s.ə) ən ütsün insan idi. O zaman ki, Peyğəmbər (s) ölüm ayağında idi, qızı taqətsizliq edirdi.
Həzrət (s) onun bu halını görən zaman buyurmuşdu: “Ey Fatimə! Məgər razı deyilsənmi ki, sən dünya qadınlarının ən üstün banusu, bu ümmət qadınlarının banusu, imanlı qadınların banusu olasan?”. Bu hədisdə Həzrət (s) qızının malik olduğu üstün məqamları bir-bir sayır və onun nə qədər üstün olduğunu bəyan edir...


Hz Peyğəmbər (s) qızı Fatimənin başına gələcək müsibətlər haqda nələr buyurmuşdur?!


Peyğəmbər (s) Xanım Zəhra (ə.s) və onun başına gətiriləcək müsibətlərdən danışır! Peyğəmbəri-Əkrəmin (s) öz sevimli qızı xanım Fatimeyi-Zəhraya (ə.s.) məhəbbət və ehtiramı yalnız atalıq hisslərindən qaynaqlanmırdı. O həzrət qızına böyük gözlə baxır, böyük məqam sahibi bilirdı. Çünki onda bir çox məziyyət və fəzilətlər müşahidə etmişdi.
Peyğəmbəri-Əkrəmin (s) qızı Fatimeyi-Zəhraya (ə.s.) olan məhəbbətini öz dilinə gətirməsi və “Fatimətu əhəbbul-xəlqi iləyyə! Fatimətu əəzzun-nasi ələyyə!” (Mənim üçün ən sevimli və ən əziz kəs Fatimədir!) – deyə buyurması ilə onun uca məqamını insanlara tanıtdırmaq istəyirdi. Çünki o həzrət özündən az sonra əziz qızının başına olmazın zülmlərinin gətiriləcəyini yaxşı bilirdi. Peyğəmbər (s) insanlara höccəti tamamlamaq istəyirdi ki, heç kim bəhanə gətirə bilməsin, heç kim deyə bilməsin ki, Zəhranı (ə.s.) tanımadıq...


Peyğəmbər (s) və yer üzərinə səcdə etməsi haqda səhabələrdən hədislər gəlmişdirmi?!


Hz Peyğəmbərin (s) həyat tərzinə diqqət yetirsək, görərik ki, o həzrət ibadətlərində yer üzərinə səcdə etmiş və hamıya məhz bu cür səcdəni əmr etmişdi.
\"Səhih Buxari\'\' də qeyd edilmiş bir hədisə Əbu Səid əl-Xidri belə deyir (Namazdan sonra) gözlərim Peyğəmbərə (s) sataşdı. Onun burnunda su ilə torpaq izləri görünürdü.
Bəli, bu Allahın Rəsulunun səcdəsidir.
Bizlərə mənim yerinə yetirdiyim namazı nə cür görmüsünüzsə, siz də namazınızı məhz o cür yerinə yetirin - kəlmələrini xitab edən Peyğəmbər (s) səcdəsi.Qurani-kərimdə də bizlər üçün belə bir əmr və tövsiyə vardır: \"Həqiqətən, Allahın Rəsulu (Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün) gözəl nümunədir...


Əmr be məruf və nəhy əz münkər etməyə əzab nazil ola bilərmi?!


İmam Sadiq (ə) buyurub: Allah taala iki mələyə bir şəhəri alt-üst etməyi əmr edir. Mələklər həmin şəhərə çatdıqda gördülər ki, bir abid Allah taala ilə razu-niyaz edir.
Mələklərdən biri digərinə dedi: Bu dua edən abidi görürsən? O biri mələk dedi: Bəli görürəm, amma sən öz vəzifəni icra et (yə’ni şəhəri alt-üst et).
Əvvəlki mələk dedi: Mən Pərvərdigarıma müraciət etməyincə bir iş görən deyiləm. Sonra həmin mələk Allahın dərgahına qayıdaraq xitab etdi: Pərvərdigara! Mən şəhərə çatdıqda gördüm ki, filan bəndən sənə dua və razu-niyaz edir. Əmrinə əməl edək, yoxsa əmr dəyişib...


Həzrət Əli (ə) Fədək bağının Əhli-Beytə (ə) aid olmasını demişdirmi?!


Qəsbkarların Fədəyin qəsb etməmişdən qabaq Əli (ə)-a sual verməsi: Əbubəkr və Ömər Fədəyi qəsb etməmişdən qabaq, öz zahiri rəftarlarını tənzimləmək üçün Əli (ə)-ın yanına gəlib, dedilər:Peyğəmbərdən qalan mülk barəsində nə deyirsən? Əli (ə) buyurdu: Biz, Peyğəmbərdən qalan mülkə yiyələnməyə daha da layiqiq.
Dedilər: Hətta Xeybərdə olanlara da yiyələnməyə layiqsiz? Həzrət buyurdu: Bəli, hətta Xeybərdə olanlara da yiyələnməyə layiqiq.
Dedilər: Hətta, Fədəkdə olanlara da? Həzrət buyurdu: Hətta Fədəkdə olanlara da. Onlar Əli (ə)-ın bu sözlərini eşitməklə narahat oldular və dedilər: ...


Allahın nemətləri qarşısında şükür etməyin mümkün olub-olmaması haqda Hz Davud (ə) nə buyurmuşdur?!


Həzrət Davud (ə) belə ərz edir: «Pərvərdigara! Sənə necə şükür edim ki, şükür etməyim özü də bir nemətdir və ikinci bir şükrə ehtiyaclıdır ...» Allah buyurdu: «Ey Davud! Əgər hər bir nemətin mənim tərəfimdən əta olunduğunu anlamısansa, elə şükür etmisən».
Yuxarıda deyilənlər dil şükrünə aid idi. Şükrün ən üstün mərtəbəsi isə əməli şükürdür. Həqiqi iman qazanmaq, saleh işlər görmək, gözəl əxlaqa sahib olmaq, bütün haramlardan çəkinmək əməli şükrün nümunələridir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter