İslam tibb elmini bir cümlədə xülasə etmişdir?!

Sələbi öz təfsirində nəql edir: Harun ər-Rəşidin Bəxtişu adlı xristian, ancaq tibb elmində çox məharətli bir xüsusi həkimi idi. Bir gün Harun ər-Rəşidin hüzurunda Əli ibn Vaqidə dedi: - Sizin Quranınızda tibb elmi barəsində heç bir söz yoxdur. Halbuki, elm iki qismə ayrılır:

1. Din elmi.
2. Bədən elmi.

Vaqid dedi: - Allah-taala bütün tibb elmini Qurani kərimin yarım ayəsində xülasələndirib və buyurub: “Yeyin, için, israf etməyin”.
Təbib dedi: - Peyğəmbərinizdən tibb barəsində hədis varınızdır?

- Əlbəttə! Peyğəmbər (s) bütün tibb elmini bir neçə qısa cümlə ilə bəyan edib: “Mədə bütün xəstəliklərin evidir. Pərhiz isə bütün sağlamlıqların başı. Hər bir bədənə adət etdirdiyinizi çatdırın!”

Həmin xristian təbib dedi:
- Sizin Quran və Peyğəmbəriniz, daha Calyənus üçün tibb qoymayıb./nur.az

Fİkrİnİzİ bİldİrİn: