Ayə və hədislərə əsasən günahın insan həyatın vurduğu ziyanlar...


1. Günah qəlbləri paslandırar. Günah ürəyi qaraldar və nurunu aradan aparar. “Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində (qəflət) pərdə(si) vardır. Onlara böyük bir əzab veriləcəkdir”. (“Bəqərə” 7). Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Çoxlu günah insan qəlbini fasid edər”.

2. Günah nemətlərin aradan getməsinə səbəb olar. İmam Sadiq (ə) buyurur: “Allah bəndəsinə verdiyi heç bir neməti geri qalmaz, məgər o halda ki, günah edər və ona xatir nemətin aradan getməsinə layiq olar”.

3. Günaha görə ölənlərin sayı çoxdur. İmam Sadiq (ə) buyurur: “Onlar ki, günaha görə ölərlər, öz təbii əcəlləri ilə ölənlərdən çoxdurlar”.

4. Günah cəmiyyəti viran edər. “Və dedim ki; «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır». «Göydən (buluddan) sizə bol yağış göndərsin». «Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın». (“Nuh” 10-12).

5. İlahi ayələri inkar edər. Günahın vurduğu ən ağır ziyan odur ki, uzun müddət İlahi ayələrin inkar olunmasına səbəb olar.“Sonra isə çirkin işlər görənlərin aqibəti Allahın ayələrini təkzib etmək və onlara istehza etmək oldu”. (“Rum” 10).

6. Saleh əməllər rədd olar. İnsanların saleh əməlləri dinə bağlılıqlarına və etiqadlarına görə qəbul olar. Günahkar insanın saleh əməlləri rədd olar. «Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir». (“Maidə” 27).

7. Axirət nemətlərindən məhrum olar. Allah behişt nemətlərini o kəslər üçün qərar vermişdir ki, üsyankar və fəsad əhli olmasın. “(Gözəl) aqibət (ancaq) təqvalılara məxsusdur”. (“Qəsəs” 83).

8. Özünü unutmaq. “Allahı unutduqlarına görə, Allahın da onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar həmin fasiqlərdirlər!”. (“Həşr” 19)./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter