Məsumların söyüş söyməni tərk etmək üçün hansı göstərişləri buyurmuşlar?


Çox təəssüf ki, cəmiyyətin düçar olduğu ən pis əxlaqi rəzil sifətlərdən biri də söyüş söymək və pis söz deməkdir.
Bu, dilin bəlalarından biri hesab olunur. Bu rəzil sifət – möminə qətiyyən yaraşmayan sifətlərdəndir. Bəs söyüş söyməyə səbəb olan amillər hansılardır?

1. Qəzəb. O zaman ki, insan bir başqasına qəzəblənər, çalışar ki, ona əzab və əziyyət versin. Bu işi söyüş söyməklə yerinə yetirər.
2. Pis tərbiyə. İnsan əgər düzgün olmayan tərbiyə almışsa, ona yaxşısını-pisi düzgün başa salan olmamışsa, əlbəttə ki, onun dəyərlər sistemində xeyli problemlər olacaqdır. O cümlədən, insan pis söz deməyə sakit yanaşacaqdır.
3. Mühit. Mühitin insanın formalaşmasında böyük rolu vardır. Əgər insanın əhatəsində olanlar pis sözlərə loyal davranış sərgiləyirlərsə, həmin şəxs üçün bədağızlıq normal bir hal olacaqdır.
4. Vərdiş. O zaman ki, insan alçaq və rəzil insanlarla yoldaş olar, istər-istəməz onların pis sifətləri onun ruhuna da sirayət edər. Əvvəl onu dilinə gətirən zaman nə qədər çirkin olduğuna diqqət edər. Ancaq zaman keçdikcə ona adət edər və nə qədər alçaq söz olduğunu unudar. (Həvzəh)

Bəs bu bəladan necə nicat tapmaq olar?


1. İnsan qəzəbini kontol etməyi öyrənməlidir ki, söyüş kimi pis sözlərin dilindən çıxmasını da kontrol edə bilsin.
2. Bu rəzil sifətin nə qədər çirkin bir əməl olduğunu anlamağa çalışmalıdır. Ondan əl çəkmək üçün səylər göstərməlidir.

3. Rəzil və alçaq insanlarla yoldaş olmaq yerinə, alimlər və elm əhli ilə oturub-durar ki, onların fəzilətli sifətlərinə özü də yiyələnə bilsin və bu pis adəti aradan apara bilsin. Bəs bu rəzil sifətin günahı nə dərəcədədir?


1. İmam Sadiq (ə) buyurur: “Söyüş söymək – zülmdür və zalım cəhənnəm atəşində qərar tutar”.
2. Həzrət Peyğəmbər (s) buyurur: “Allah behişti haram etmişdir o söyüş söyənə ki, abırsız və həyasız halda dediklərinə və ona deyilənlərə qarşı qorxusu olmaz, ondan təsirlənməz və narahat olmaz”.

3. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Nə zaman bir insanı görsəniz ki, dediklərindən və ya onun haqqında deyilənlərə qarşı laqeyddir, deməli, o, ya zinazadədir, ya da şeytan onun şəriki olmuşdur”.

4. Həzrət Peyğəmbər (s) buyurur: “Möminə söyüş söymək – ölümə yaxın olmaqdır”.
5. Həzrət (s) yenə buyurur: “Möminə söyüş söymək – fəsad, onunla vuruşmaq isə küfrdür”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter