Loğman (ə) dünyanın ləzzəli yemək, yataq və saraylarında yaşa nəsihətini necə başa düşək?!


Bir gün Loğman oğluna “Sənə üç nəsihət vermək istəyirəm!” deyir:
–Birincisi, çalış həyatın boyu dünyanın ən ləzzətli yeməklərini yeyəsən.
–İkincisi, çalış dünyanın ən rahat yataqlarında yatasan.
–Üçüncüsü, çalış dünyanın ən yaxşı saraylarında yaşayasan.

Loğmanın oğlu nəsihətlərdən təəccüblənərək “Ata, bizim kiçik və kasıb bir ailəmiz var. Bu kasıb vaxtımızda bunlara mən necə nail ola bilərəm?” – deyir.

Cavabında Loğman buyurur: “Oğlum, əgər gec və az yemək yesən, o yemək sənin üçün dünyanın ən ləzzətli yeməyi olar. Əgər çox çalışıb gec yatsan, yatdığın hər hansı bir yer sənin üçün dünyanın ən rahat yeri olar. Əgər insanlarla mehriban davranıb onların qəlblərində özünə yer tapa bilsən, demək dünyanın ən gözəl evlərinə, saraylarına sahibsən.”/ahliman.info


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter