Hz Peyğəmbər (s) gecə namazının dəyər və təsiri haqda nə buyurmuşdu?


İslam Peyğəmbəri (s) buyurur: “Gecə namazı Allahın razılığını, mələklərin məhəbbətini qazanmaq üçün bir vasitədir. Gecə namazı peyğəmbərlərin sünnəsi, mərifət nuru, imanın köküdür... O, düşmənlər əleyhinə çəkilən bir silah, duaların və əməllərin qəbul olunması üçün bir vasitədir. İnsanın ruzisinə bərəkət verir, ölüm mələyi ilə namaz qılan arasında şəfaətçi olur. O, qəbrin çırağı və döşəməsi, Münkirlə Nəkirin cavabıdır, qiyamətə qədər qəbirdə namaz qılanın ziyarətçisi və munisi olacaqdır. Qiyamət bərpa olan zaman namaz onun başına kölgə salacaqdır.

Onun başında bir tac, bədənində bir paltar olacaqdır, onun qarşısındakı bir nur onunla cəhənnəm atəşi arasında bir pərdə salacaqdır. Mömin üçün Allahın yanında bir höccət, əməl tərəzisinin ağırlaşma vasitəsi, siratdan keçmə hökmü, Cənnətin açarıdır, çünki namaz təkbir, həmd, təsbih, təqdis, təzim, qiraət və duadan ibarətdir. Həqiqətən, vaxtında qılınan namaz əməllərin ən fəzilətlisidir.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter