Evlərimizi bərəkətli etmək üçün İmam Sadiq (ə) hansı əməli tövsiyə edir?


Xeyir bərəkət tək çoxluq, maddı imkanın bol olması demək deyil. Xeyir bərəkət bütün bunlarla yanaşı aramlıq, isti mühit və mənəviyyat deməkdir. Allahın lütfü, inayəti, məhəbbəti, ehsanı, nuraniyyəti deməkdir.

İslaminSesi.info – Ev, ailə kiçik cəmiyyətin kiçik modelidir. Daha doğrusu cəmiyyətin əsas bünövrəsidir. Fərdlər ailədə yetişib sonra cəmiyyətə inteqrasiya edir. Elə bu səbəbdən ailə sabitlik və bütövlük baxımından çox önəmlidir.

Quranda aləmlərin rəbbi olan Allah buyurur: “De: Əsl ziyan çəkənlər (axirəti əldən verənlər) qiyamət günü özlərini və ailələrini (özlərinə bağlı olanları) ziyana uğradanlardır. Bax, açıq-aşkar ziyan budur!” (Zümər-15)

Bəli Quran evin, ailənin sabitliyində, övladların gələcəyində ailə başçılarını məsul bilir və ailə başçılarını Quran əxlaqına, Quran xeiyr bərəkətinə çağırır. Ailənin düçar olduğu pis aqibətinin səbəbini valideynlərin Allahdan, ilahi əxlaqdan uzaq düşmələrində ğörür. Əgər hər kəsdə Allahı tanımaq hissi həqiqi olsa heç kim bir biri ilə ixtilaf və düşmənçilik etməz. Çünki imanı buna yol verməz.

Ailədə Allaha təvəkkül və iman hissi olrsa, o zaman bu əxlaqi dəyərlərlə formalaşar, qarşıya çıxan hər bir maneəni Allaha etimadla dəf edər.

İmam Sadiq (ə) Allaha iman və etimad əsasında olmayan, Quran əxlaqı olmayan evi əmin ev bilmir və buyurur: “Allahın Quranı oxunmayan, Allahın adı zikr olunmayan ev bu 3 giriftarçılığa düçür olar:

Evin bərəkəti azalar
Allahın (xeyir) mələkləri ordan uzaqlaşar
Şeytan ora müsəllət olar (ailəyə nizamsızlıq, ixtilaf düşər). (Kafi- 2/499)

Xeyir bərəkət tək çoxluq, maddı imkanın bol olması demək deyil. Xeyir bərəkət bütün bunlarla yanaşı aramlıq, isti mühit və mənəviyyat deməkdir. Allahın lütfü, inayəti, məhəbbəti, ehsanı, nuraniyyəti deməkdir. Hər bir ailə başcısı ailənin geyim, ərzaq, dolanışıq işlərinə məsul olduğu kimi, ailənin aramlığına, sabitliyinə, əxlaqi-mənəvi, dini dəyər və düşüncələrinə, dünyaya düzgün baxışına da məsuldur.

Elə isə xeyir bərəkətin tək yolu Allaha iman və Onun “Kitabına” möhkəm tutunmaqdır!/Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter