Həzrəti Əli (ə) ruhun xəstələnməsi barədə nə buyurmuşdur?!


Həzrət Əli (ə) öz kəlamlarının birində ruhun da cisim kimi xəstə ola biləcəyini, onun da qidaya və müalicəyə ehtiyaclı ola biləcəyini vurğulayır. Təbii ki, özünə məxsus müalicə və qida ilə!

İmam (ə) belə buyurdu: “Bədənin 6 haləti vardır. Bunlar: sağlamlıq, xəstəlik, həyat, ölü, yatmaq və oyanmaqdır. İnsan ruhu da bu belədir:

Elm ruhun həyatıdır
Cahillik onun ölümüdür

Şəkk onun xəstəliyidir
Yəqin (qətilki) ruhun sağlamlığıdır

Qəflət ruhun yuxusudur
Hifz və yaddaş ruhun oyanışıdır.” (Tohid Səduq-300)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter