İmam Hüseyn (ə) əzadarlığının hikməti nədir?


Bu məclislər kamil insan tərbiyəsində, ictimai quruculuqda, şiə mədəniyyətinin təbliğində mühüm rol oynayır. Aşura bəyanatlarını, söhbətlərini və şüarlarını nəzərdən keçirməklə əzadarlıq mərasimlərinin əhəmiyyətini anlamaq olar. Kərbəla ibadət, fədakarlıq, şücaət, təvəkkül, səbr, əmr be məruf və nəhy əz münkər məktəbidir. Xalqlar öz dinlərinin, namuslarının, torpaqlarının müdafiəsi yolunda candan keçməyi bu məktəbdə öyrənirlər.

İmam Hüseyn (ə) əzadarlığının ümumiləşdirilmiş şəkildə üç faydası vardır:

1. Dövrün zalımlarına etiraz və dünya məzlumlarının himayəsi;
2. Ədalət hissinin oyanışı və zalımlardan intiqam almaq arzusunun güclənməsi;
3. Haqqa çatmaqda və onun müdafiəsində şiələrin ictimai birliyinin təlimi./nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter