Peyğəmbərdən (s) sonra Allah qatında ən çox sevimli şəxs kimdir? - Əhli-sünnə mənbələri


Bu mübarək hədisi Əhli-sünnə mənbəyinə əsasən nəql edirik: “Peyğəmbərin (s) azad etdiyi köləsi Səfinəh nəql edir: \"Peyğəmbərə (s) yemək üçün quş əti gətirildi. Peyğəmbər (s) buyurdu: \"İlahi! Ən çox sevdiyin şəxsi mənə yetir ki, bu quş ətindən mənimlə birgə yesin\". Bu zaman Əli (ə) gəldi. Həzrət Peyğəmbər (s) buyurdu: \"İlahi, o, mənim də (ən çox) sevdiyim şəxsdir\"”. (Mənbə: Ət-Təbərani, \"əl-Mucəmul-kəbir\", c. 7, s. 96, hədis 6437).

Bu hədisi hafiz əl-Heysəmi nəql etdikdən sonra, hədisin sənədilə bağlı deyib: “Əl-Bəzzar və Ət-Təbərani bu hədisi ixtisar şəkildə nəql etmişlər. Ət-Təbəranin nəql etdiyi hədisin sənədinin raviləri Fitr ibn Xəlifə istisna olmaqla, yerdə qalanlar \"əs-Səhih\"in (Buxari və Müslümün) raviləridir. Fitr ibn Xəlifə də güvənilən şəxsdir. (Yəni hamısı Hafiz əl-Heysəmiyə görə güvənilən ravilərdir)”.

(Mənbə: \"Məcməuz-zəvaid və mənbəul-fəvaid\", c. 9, s. 24, hədis 14727). Hazırladı: Allahverdi Əlizadə,/deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter