Hz Peyğəmbər (s) hansı əməllərlə qiyamətə gələnə şəfaət edəcəyini buyurmuşdur?


“\'Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” (Bəqərə-156)
Bütün peyğəmbərlər (ə) və səmavi kitablar bizim Allahın hüzuruna “əliboş” qayıtmamağımız üçün göndərilib!

Həzrəti Peyğəmbər (s) buyurub: “Mənə (qiyamətdə) 6 şeyi gətirin ki, mən də sizə cənnəti verim (şəfaətçi olum)


1-Danışarkən yalan danışmayın,
2- Vədə verdiyiniz zaman xilaf çıxmayın,

3- Sizə bir şey əmanət edildikdə xəyanət etməyin,
4- Gözlərinizi yumun (harama),

5- Ayıb yerlərininzi hifz edin (bədəninizi,həyanızı və iffətinizi qoruyun),
6- Dilinizi və əlinizi qoruyun! (haramdan, yalandan, iftiradan, qeybətdən, oğurluqdan...)

“Mənə (qiyamətdə) 6 şeyi gətirin ki, mən də sizə cənnəti verim (şəfaətçi olum)”(Xisal 1/321)\\Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter