Məsumların hədisinə əsasən həyatı korlayan amillər nələrdir?


Həyatı korlayan amillər.
1- İmam Sadiq (ə): «Üç şey həyatı korlayır: zalım hökmdar, pis qonşu və acıdil həyasız arvad.»

2- İmam Sadiq: «Hər kimdə bu beş şeydən biri olmasa həmişə həyatı ləng, ağlı mə‘yus, fikri məşğul olar: birincisi sağlamlıq, ikincisi təhlükəsizlik, üçüncüsü ruzinin böyüklüyü, dördüncüsü həmdəm.» Rəvayətçi deyir ki, uyğun həmdəmin nə olduğunu soruşdum. Buyurdu: «Yaxşı arvad, yaxşı övlad və yaxşı yoldaş. Beşincisi, bunların cəmi olan asayiş.»

Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter