Məsumların hədisində var-dövlətdə qənaətçiliyin meyvəsi nələrdir?


Qənaətin meyvəsi.
1- Allahın Peyğəmbəri (s): «Sənə verilənə qane ol ki, sorğu-sualın yüngül keçsin.»
2- İmam Əli (ə): «Özünü islah etmək üçün ən yaxşı köməkçi qənaətdir.» - «Qənaətcil olan, qəmgin olmaz.» «Baş ucalığı qənaətin hesabına əldə olunur.»

3- İmam Əli (ə): «Ən gözəl həyatı, Allah-taalanın qənaətcillik verdiyi və pak, ləyaqətli həyat yoldaşı nəsib etdiyi bəndələri yaşayır.»
4- İmam Hüseyn (ə): «Qənaət canın rahatlığıdır.»
5- İmam Sadiq (ə): «Kim Allahın verdiyi az güzərana (və ruziyə) qane olsa, Allah onun az əməlinə şad olar.»/ehliwie-samux


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter