Məsumların hədislərinə əsasən möminə hansı davranış yaraşmaz?


Özünü xar etmək möminə yaraşmaz:
1- Allahın Peyğəmbəri (s): «Kim itaətkarcasına xarlığı və zəlilliyi qəbul edərsə, biz Əhli-Beytdən deyil.»

2- İmam Sadiq (ə): «Allah-taala möminə, özünü xar etməyin ixtiyarından başqa, hər bir işin ixtiyarını vermişdir.»

3- İmam Sadiq (ə): «Möminə özünü xar etmək yaraşmaz.» Ərz etdilər:«Mömin özünü necə xar edər?» Buyurdu:«Bacarmadığı bir işə baş qoşar və bununla da, özünü xar və başıaşağı edər.» -Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter