İmam Əliyyən-Nəqidən (ə) Mütəvəkkilin \"çoxlu\" müəmmasının necə həll etdi?


Bir dəfə Mütəvəkkil (o dövrün xəlifəsi - islam.az) bərk xəstələnir. O nəzir edir ki, əgər sağalsa, Allah yolunda çoxlu qızıl sikkə paylayacaq.

Sağaldıqdan sonra fəqih və alimləri yığıb soruşur ki, “çoxlu” hesab olmaq üçün neçə qızıl sikkə verməliyəm? Onlar müxtəlif fətvalar verirlər. Mütəvəkkil məcbur olub İmam Əliyyən-Nəqiyə (ə) müraciət etməli olur. O Həzrət buyurur ki, “çoxlu” hesab olmaq üçün səksən üç qızıl sikkə verməlisən.

Fəqih və alimlər İmamın bu fətvasından təəccüblənib deyirlər ki, ondan soruşun, görək bu fətvanı hansı əsasa görə deyir?

Mütəvəkkil İmam Əliyyən-Nəqidən (ə) verdiyi fətvanın əsası barədə soruşduqda, o Həzrət buyurur: “Allah-taala Quranda buyurmuşdur: “Allah sizə (müsləmanlara) bir çox yerlərdə kömək etmişdir.” Bütün Əhli-beytimiz də buyurur ki, Peyğəmbərin (s) dövründə səksən üç döyüş olmuşdur.”

(Təzkirətül-xəvass, səh.360).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter