İblis (lən) Hz Nuha (ə) dedi: Sən mənə yaxşılıq etdin mən də sənə nəsihət edim?!


◘Həzrət Baqir (ə) buyurub: \"Nuh (ə) öz ümmətinə nifrin etdikdən sonra şeytan onun yanına gəlib dedi: \"Sən mənə yaxşılıq etmisən, mən də gəlmişəm onun əvəzini verim.” Nuh (ə) buyurdu: \"Sənə xidmət etməkdən Allaha pənah! Mən sənə nə yaxşılıq etmişəm?!” Dedi: \"Sən nifrin etdin, Allah da sənin qövmünü qərq etdi və artıq mən çalışıb onları yoldan azdırma əziyyətindən xilas oldum. Bir də növbəti qövm gələnə qədər rahatam.” Həzrət Nuh (ə) buyurdu: \"İndi mənə nə əvəz verəcəkdin?” Dedi: \"Məni üç yerdə yad et. Bu üç yerdə mən insana hər zaman olduğundan daha yaxınam; qəzəblənən zaman, iki nəfər arasında hökm verən zaman və naməhrəm bir qadınla heç kəsin olmadığı bir yerdə oturduğun zaman.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter