İmam Sadiq (ə) hansı növ məclislərdə iştirak etməyi sevərdi?!


İMAM SADİQİN (ƏLEYHİSSƏLAM) SEVDİYİ MƏCLİSLƏR.

Bəkr ibn Məhəmməd Əzdi nəql edərək deyir: “İmam Sadiq(əleyhissəlam) soruşdu: “Siz yığışıb söhbət edirsiniz?”. Mən dedim: “Canım sənə fəda olsun! Bəli”. İmam buyurdu: “Həqiqətən, mən bu yığıncaqları sevirəm.
Bizim əmrlərimizi dirildin. Kim bizi yad etsə, kimin yanında bizdən söz düşsəvə onun gözündən milçəyin qanadı boyda da olsa yaş gəlsə Allah onun günahlarını bağışlayar, hətta onun günahları dəniz köpüyü qədər olsa belə”.

ِ
Eyni isnadla: “İmam Sadiq (əleyhissəlam) buyurdu: “Bizə (Əhli-Beytə) məhəbbət – güclü küləyin ağacdan yarpaqları qopardığı kimi günahları da bəndələrdən qoparar”.

(Şeyx Səduq, Səvabul-Əmal və İqabul-Əmal, səh 250.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter