İmamlar (ə) Allahın iznilə ölü diriltməyə qadir olublarmı?


Əbu Bəsir nəql edir: \"Əbu Cəfərin (İmam Baqirin (ə)) yanına getdim və ona dedim ki: \"Siz Allah Rəsulunun varislərisiniz?\".

İmam Baqir (ə) dedi: \"Bəli\".

Dedim: \"Allah Rəsulu (s) bütün nəbilərin varisi və onların bildiyi hər şeyi bilən şəxs idimi?\".

İmam Baqir (ə) dedi \"Bəli\".

Dedim: \"Onda siz ölüləri diriltmə, korluğu və cüzamı sağaltmaq gücünə sahibsiniz?\".

İmam (ə) dedi: \"Bəli, Allahın izniylə\".

Sonra mənə dedi: \"Yaxına gəl, ya Əbu Muhəmməd!\".

Mən ona yaxınlaşdım, üzümə və gözlərimə əl çəkdi. Və mən (korluğumdan şəfa taparaq) günəşi, göyləri, yeri, evləri və şəhərdə olan hər şeyi gördüm.

Sonra mənə dedi: \"Belə qalmağı və Qiyamət günü insanların savab və günahlarına ortaq olmağı istəyirsən, yoxsa keçmiş halına qayıdaraq, yaşayıb birbaşa cənnətə getməyi?\".

Dedim: \"Əvvəlki halıma qayıtmaq istəyirəm\".

İmam Baqir (ə) mənim gözlərimə əl çəkdi və əvvəlki vəziyyətimə qayıtdım.

Bu hadisəni İbn Əbu Umeyrə danışdım.

Mənə belə dedi: \"Gündüzün haqq olduğu kimi, bunun da haqq olduğuna şahidlik edirəm\"”.

Mənbə: Şeyx Kuleyni, \"Üsuli-kafi\", c.1, s.470

Əllamə Məclisi,\"Miratul-Uqul\" kitabı, cild, 6 səh 19-da bu hədisin sənədinə həsən (mötəbər) deyib./“Dəyərlər


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter