Nə edək ki, həm Allahın və həm də insanların sevimlisi olaq?


Bir nəfər Peyğəmbərdən (s) soruşur ki, hansı şey insanlar arasında məhbub olmağa səbəb olar? Həzrət (s) buyurur: “İnsanların malik olduqlarında gözün olmasın ki, insanların məhbubu olasan”. Allahın və insanların məhbubu olmaq üçün bir neçə tövsiyə:

1. Zahiriniz həmişə təmiz və səliqəli olsun.

2. Daha çox sükut etməyə meyil edin.

3. Danışan zaman mülayim olun.

4. Hörmət qazanan insan olun.

5. Çox zarafat etməyin, ancaq çox gülümsəyin.

6. Sözünüzün ağası olun, qulu deyil. Yəni, verdiyiniz vədlərə əməl edin.

İmam Sadiq (ə) buyurur: “Üç şey məhəbbəti ardınca gətirər: dindarlıq, təvazökarlıq, əli və ürəyi açıq olmaq”.
İmam Əli (ə) buyurur: “Üç şey məhəbbətə səbəb olar: gözəl əxlaq, yaxşı yoldaşlıq və təvazökarlıq”./Deyerler.



© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter