Hz Zəhra (ə.s) həyat yoldaşla rəftar haqda nə öyrədir?


Fatimə (s.ə)-nin həyat yoldaşı ilə davranışından bir nümunə.
Əbu Səid Xudradan nəql olunur: Bir gün həzrəti-Əli(ə.s) acımışdı. Evə gəlib xanımından yemək istədi. Fatimə (s.ə) ərz etdi:

–Atamı Peyğəmbər, səni isə onun vəlisi qərar verən Allaha and olsun ki, evdə yeməyə bir şey yoxdur. İki gündür, yeməyimiz qurtarıb. Əgər olsaydı, onu özümdən və oğullarım Həsənlə Hüseyndən qabaq sənin üçün saxlayardım.

Əli(ə.s) buyurdu: – Fatimə, bəs niyə mənə xəbər verməmisən ki, sizin üçün yemək tapım?

Fatimə (s.ə) belə cavab verdi:– Ey Əbülhəsən, mən Allahımdan utanıram ki, səndən qüdrətində olmayan bir şeyi tələb edim./ehliwie-samux


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter