Həzrəti peyğəmbərin (s) bezar olduğu axirəzzaman valideynlər kimlərdir?


Qurani Kərimin insanlara bir neçə müraciət forması vardır ki, ayədə məhz ey iman gətirənlər deyə müraciət edir:
“Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir). (Təhrim-66)

Allah Rəsulu da (s) övlad tərbiyəsində valideynin əvəzsiz roluna işarə edərək buyurub:

“Mən övladlarının üzünə səadət qapılarını bağlayan, onların xoşbətliklərinə mane olan valideynlərdən bezaram.”

Həçminin peyğəmbər buyurur: “Vay olsun axirəzzaman valideynlərinə!”

Soruşurlar: Ey Allahın peyğəmbəri (s): Müşrik, kafir valideynlərdən?

Peyğəmbər (s) buyurdu: Xeyr! İnanan valideynlərdən. O valideynlər ki, Allahın vacib buyurduqlarından övladlarına heçnə öyrətmirlər. Hətta uşaqlar özləri bir şey öyrənəndə onlara mane olurlar. Onlar üçün keçici dünyanı düşünürlər. Mən onlardan, onlar da məndən uzaqdırlar.”

(Mustədrəkul-vəsail və Mustənbitul-məsail 15/164)/Yaşar Nuriyev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter