Dini maariflərə görə hansı insanlarla görüşmək belə ibadət və savabdır?


... İbadət Allaha bəndəçilik mənasındadır. Niyyətində, qəlbində Allahın olmasıdır. İbadətdə Allahın rizası, xeyr bərəkəti vardır.

Bir neçə şəxs vardır ki, Həzrət Peyğəmbər (s) onların üzünə baxmağı, ibadət, Allahın rizası, xeyir bərəkəti hesab etmişdir:

“Alimin üzünə baxmaq ibadətdir,

Ədalətli rəhbərin üzünə baxmaq ibadətdir,

Valideynlərin üzünə rəhmət və şəfqətlə baxmaq ibadətdir,

Allah yolunda sevdiyi qardaşının (mömin) üzünə baxmaq ibadətdir”

(Əmali Tusi 454)



Allah Rəsulunun (s) bu kəlamı insanlıq üçün böyük əhəmiyyətə malik olan 4 dəyəri özündə cəm edib, insanlara çatdırır. Bunlar elm, ailə, rəhbər, Allah yolunda qardaşlıq və vəhdətdir. Bunlar insanlığın həyat əhəmiyyətli məsələləridir. Bir cəmiyyət və toplumda bunlar olmasa, hətta biri olmasa belə, həmin cəmiyyət davamlı olmaz, məhvə və fəsada məhkum olar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter