Quran ayələrinə əsasən «Zikr əhli» kimələrdir?


Qurani kərimin buyuruğuna əsasən: İnsan onu maraqlandıran məsələ barədə mütəxəssisə müraciət etməlidir
«Nəhl» surəsində «bilmədiyinizi zikr əhlindən soruşun» buyurduğunda, kimə müraciət olunması nəzərdə tutulur?
İmam Əli ibn Musa ər-Riza (ə) buyurur: «Zikr əhli bizik və bizdən də soruşmalısınız». İmam Baqir (ə): «Zikr Quran, zikr əhli isə, Peyğəmbərin (s) Əhli-beytidir. Onlardan da soruşmaq lazımdır». («Nurus-səqəleyn», 3-cü cild, səh. 55.)

İbn Abbas uyğun ayənin təfsirində deyir: «Zikr əhli Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyndir».
Zikrin mənası agahlıq və xatırlama olduğundan, bu sözün Qurani-kərimə aid edilməsi tam məntiqəuyğundur. Quran zikr hesab olunduğu təqdirdə, Peyğəmbər (s) və onun əhli-beytinin (ə) zikr əhli olması inkaredilməzdir.

Təəccüblü də olsa, bəziləri «zikr əhli»ni «kitab əhli» kimi tərcümə etmişdir. İmam Əli ibn Musa ər-Riza (ə) «zikr əhli» ifadəsini yəhudi və məsihi alimlərinə aid edənlərə belə buyurur: «Sübhanəllah! Məgər belə bir şey mümkündürmü?! Əgər biz yəhudi və məsihi alimlərinə müraciət etsək, onlar bizi öz məzhəblərinə dəvət edərlər. Zikr əhli bizik!». («Nurus-səqəleyn», 3-cü cild səh. 57.)

Yuxarıda deyilənlərdən aydın oldu ki, insan onu maraqlandıran məsələ barədə mütəxəssisə müraciət etməlidir. Hər bir şəxs öz xəstəliyinin müalicəsi üçün etibarlı həkim axtardığı kimi, dini məsələlərdə də ən ədalətli və ən alim müctehidə üz tutmalıdır.
Facebook


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter