Həzrət Zəhranın (ə) mübarək məzarının yeri ilə bağlı 3 nəzər hansılardır?


Həzrət Zəhra (s.ə) vəfat edən zaman İmam Əliyə (ə) buyurur ki, onu gecə dəfn etsin və qəbrinin yerini gizli saxlasın. Xanımın (s.ə) qəbrinin yerini ancaq yaxınları bilirdilər. Həzrət Zəhra (s.ə) qəbrinin yerinin gizli saxlanmasını istədiyi üçün, heç bir övladı onun yerini bəyan etməmişdir. İndiyə qədər də gizli qalmaqdadır.

Ona görə də Xanımın (s.ə) qəbrinin yeri ilə bağlı nəzər ayrılıqları vardır.

Bu nəzərlər ibarətdir:

1. Bəzilərinin dediyinə görə, Peyğəmbərin (s) rövzəsində dəfn olunmuşdur. Rövzə deyildikdə, Peyğəmbərin (s) evi ilə minbəri nəzərdə tutulur. Məclisi Muhəmməd ibni Həmmamdan nəql edir: “İmam Əli (ə) Fatiməni (s.ə) Peyğəmbərin (s) rövzəsində dəfn etdi. Ancaq qəbrin izini tamamilə aradan apardı”.

Məclisi Fizzədən nəql edir ki, Xanımı (s.ə) Peyğəmbərin (s) rövzəsində dəfn etdilər və ona namaz qıldılar.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Mənim qəbrimlə minbərim arasında rövzə vardır ki, behişt rövzələrindəndir”.

İmam Sadiq (ə) buyurur: “Fatimənin (s.ə) qəbri Peyğəmbərin (s) qəbri ilə minbəri arasındadır. Həzrət Fatimənin (s.ə) qəbri – behişt bağlarındandır”.

Həmçinin nəql edirlər ki, İmam Əli (ə) Peyğəmbərin (s) rövzəsində namaz qılır və buyurur: “Mənim və sənin ətrafında dəfn olunan qızının salamı sənə olsun, ey Rəsulallah!”.

2. Məclisi ibni Babaveyhdən nəql edir: “Mənə səhih xəbər gəlib çatıbdır ki, Fatiməni öz (s.ə) evində dəfn ediblər. O zaman ki, Bəni-Üməyyə məcsidi genişləndirdi, Xanımın (s.ə) qəbri məsciddə qərar tutdu”.

3. Sahibi “Kaşəfil-ğəma”da yazır: “Məşhur xəbərə görə, Həzrət Fatiməni (s.ə) Bəqidə dəfn ediblər”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter