İxtilafların və ikitirəliyin kökü nədədir? - Həzrət Fatimeyi-Zəhradan (s) hədis


“İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi ki, insanlar arasındakı ixtilafları ayırd etmək üçün. O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi… (Bəqərə-213)
İslaminSesi.info- Həm dini məntlər, həm tarixi mənbələr, həm də təcrübələr göstərir ki, insan var olandan ixtilaf və fikir ayrılığı olmuşdur. Bu ixtilaf və ayrılıqların da tək bir səbəbi vardır, o da insanın şəxsi rəyi və mənafe güdməsidir.

İnsanı, bütün varlığı yaradan Mütəal Allah insanlar arasında ixtilaf və problemlərin həlli üçün kitablar və peyğəmbərlər göndərmiş, bu ixtilaf və çəişmələrin yeganə həlli yolunu Allahın “ipinə” möhkəm sarılmaqda, peyğəmbərlərin (ə) həyat və yaşamında axtarmağı əmr və tövsiyə etmişdir. Quran ixtilafların həlli yolunu peyğəmbərlərə (ə) tabe olmaqda, onların (ə) həyatını araşdırmaqda görür:

“İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi ki, insanlar arasındakı ixtilafları ayırd etmək üçün. O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi… (Bəqərə-213)

Həmçinin rəvayət edilmiş bir hədisdə Həzrət Fatimə (s.ə) Quranın bu mətləbini təsdiq edir, bütün insani ixtilafların səbəbini tək bir şeydə görür: Allahdan qorxmamaqda!

Xanım (s.ə) əmisi Hz. Həmzənin (r) məzarı başında ona (s.ə) sual verən bir şəxsə belə cavab verir:

“And olsun Allaha əgər insanlar haqqı (Allah dinin haqqını) öz əhlinə qaytarsaydılar və öz peyğəmbərlərinin (s) itrətinə (Əhli-Beytinə) tabe olsaydılar, Allah və din barəsində bir nəfər belə digəri ilə ixtilafda olmazdı. Hətta Hüseynin (ə) doqquzuncu övladı Qaimin (ə.f) zühuruna qədər belə” (Kifayətul-əsər 199) ( Bihar 36/352) /Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter