İmam Həsən (ə) həqiqi dostluğu hansı meyarlarla tanıtdırır?


Hər bir kəsin dostu onun xislətinin göstəricisidir. Hər kəsin dostluğ və yoldaşlığ etdiyi adamla onları birləşdirən eynilikləri vardır.
İslaminSesi.info- Dostluq, yoldaşlıq insan övladı üçün önəmli məsələlərdəndir. Bu məsələ əsas iki möhtəvada əhəmiyyət kəsb edir: biri dünya işlərində, digəri isə mənəviyyat və əxlaq baxımından.

Dostluğun dünya işlərindəki əhəmiyyətinə gəlincə, hər bir insan dünyada yaşadığı müddətcə ünsiyyətə, münasibətə, çətin anında arxalanacaq, xoş günündə sevincini paylaşacaq birinə ehtiyacı vardır. Bu səbəbdən insanlar arasında dostuğ və yoldaşlıq münasibətlərinin olması çox önəmli məsələdir. Çünki insanın ünsiyyət və içtimai əlaqəsiz yaşaması qəbul olunmaz və məşəqqətlidir. Bu cür münasibətlərin sağlam və davamlı olmasının əsas şərti sədaqət, etimad və fikir birliyidir.

İnsanlar arasında dostluq və yoldaşlığın yaranmasının və dəvamiyyətinin əsas amillərindən biri də mənəvi dəyərlərin və fikir birliyinin olmasıdır. Atalar, müdriklər əbəs yerə “dostunun kim olduğunu de sənin kim olduğunu deyim” söyləməmişlər. Hər kəsin dostluğ və yoldaşlığ etdiyi adamla onları birləşdirən eynilikləri vardır. Dostluğ və münasibətlər bu eyniliklər qaldığı müddətcə davamlıdır.

İmam Həsən (ə) dostluq və yoldaşlığın davamiyyətini qoruyacaq bir neçə xüsusiyyətə işarə edərək buyurur:

“Eləki birisi ilə dostluq, yoldaşlıq münasibəti qurdun diqqət et:

1-Sənə zinət (yaraşan) olsun.
2- Onun üçün bir şey etdikdə diqqətcil olsun.
3- Hər vaxt ona müraciət etdikdə əsirgəməsin.
4- Ona bir söz deyəndə (haqq) təsdiq etsin.
5- Düşmənlə üz-üzə olduqda yanında olsun.
6- Xeyir üçün əlini uzatsan, o da uzatsın.
7- Çətinki üz verdikdə dəstək olsun.
8- Sındən bir xeyir, yaxşılıq gördükdə unutmasın.
9- Ondan bir şey istədikdə əsirgəməsin.
10- Sən səssiz qaldıqda o danışsın (Sənə dəstək olsun).
11- Özünə bəla və çətinlik üz verdikdə səni narahat etsin (səni düşünsün, yaxud sənə müraciət etsin).

İmam bu kəlmələri ilə dost və ya yoldaşlıq edəcəyin insanı sənin üçün formalaşdırır. Həmçinin unutmaq lazım deyil ki, sən bu xislətləri başqalarında görmək istədiyin kimi, digərləri də səndə görmək istəyir. Sən digərindən tələb etdiyin kimi digəri də səndən tələb edir. Hər kəsin dostluğ və yoldaşlığ etdiyi adamla onları birləşdirən eyniliklərin olması zəruridir. Dostluq və yoldaşlıq yalnız bu eyniliklər qorunub saxlandığı müddətdə davamlı olur./Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter