Şeytan (lən) sədəqənin əhəmiyyəti barədə nələri dedi?!


Lənətlik şeytan sədəqə verməklə müxalifdir və həmişə sədəqə vermək istəyən insanlara mane olmağa çalışır. Ondan sədəqə haqqında soruşanda, o məlun sədəqənin faydasını insanlara bəyan etməyə məcbur olur.

Bir zaman Peyğəmbər (s) şeytana bir neçə sual verir. O da həmin sualların cavabını verir. Həzrətin (s) suallarından biri bu idi: “Ey Məlun! Mənim ümmətimin sədəqə verməsi sənin üçün necədir və sədəqənin faydası nədir?”. Şeytan cavab verir: “Ya Rəsulallah! Sənin ümmətinin sədəqə verməsində altı xüsusiyyət və mənfəət vardır.

Əvvəl budur ki, sədəqə və bəxşiş etməklə nəinki insanın malı azalmaz, əslində sədəqə verənin malı hər gün artar.

İkincisi budur ki, sədəqə verməklə ömür uzanar və ani ölümlər və xoşagəlməz hadisələr aradan qalxar. Bu haqda gələn hədisdə oxuyuruq ki, sədəqə insanı 70 növ bəladan qoruyar.

Üçüncüsü budur ki, sədəqə verməklə insan zəngin olar və yoxsulluğu aradan gedər.

Dördüncüsü – sədəqə, onu verənə bədən sağlamlığı verər, müxtəlif dərd və ağrılardan nicat tapar.

Beşincisi budur ki, sədəqə verənin əməl tərəzisi Qiyamət günü ağır olar. Sirat körpüsündən qorxusuz keçər.

Altıncısı budur ki, sədəqə Qiyamət günü cəhənnəm atəşi ilə onu verən arasında bir divar olar və cəhənnəm atəşi ona əziyyət verə bilməz”.

Ona görə də Həzrət Rəsuli-Əkrəm (s) buyurur ki, sədəqə şeytanın belini sındırar.|Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter