Imam Hüseynin (ə) hərəkatından öyrənə biləcəyimiz dərslər hansılardır?!


Kərbəla bir hadisə deyildir, bu, bir dərs meydanı idi. Bəs biz bu müsibətdən hansı dərsləri almışıq?
1. Bəndəlik yolunda əzm göstərmək. Allah bəndəliyi ilk olaraq onunla başlayır ki, insan Allahın bəyənmədiyi işlərdən qaçsın və bəyəndiyi əməlləri yerinə yetirsin. Misal üçün, günahı tərk etmək üçün tövbə etsin. Hürr kimi xaliscəsinə tövbə. Hürrün tövbəsi həqiqi tövbə idi. O, öz əməllərindən peşman olaraq, İmamın (ə) ayağına gəlir və İmamın (ə) onu bağışlamasını səmimi qəlbdən istəyir. İmam (ə) da onun bu halını görən zaman, onu əfv edir. Allah da onun tövbəsini qəbul edir. Bu hadisədə Hürrün tövbəsi bəndəlik yolunda etdiyi əzmdən xəbər verir...


Allah-Taala (c.c) İmam Hüseynə (ə) 5 xüsusi üstünlük vermişdir!


İmam Hüseynin (ə) müqəddəs varlığı bərəkət və fəzilətlə doludur ki, onlarla tanış olaq:
1. Nicat gəmisidir. İmam Hüseyn (ə) nəql edir: “Peyğəmbərin (s) xidmətinə getmişdim və Əbi ibni Kəəb də orada idi. Həzrət (ə) buyurdu: “Ey Əba Abdullah, sənə mərhaba olsun! Ey yerin və göyün zinəti!”.
Əbi dedi: “Necə ola bilər ki, o, yerin və göyün zinəti olsun, halbuki sizdən başqa insan belə deyildir?”. Peyğəmbər (s) buyurdu: “Ey Əbi! And olsun o Kəsə ki, məni haqq olaraq nəbi məbus etmişdir, Hüseyn ibn Əli (ə) səmada yerdən daha böyükdür. İlahi ərşin sağ tərəfində yazılmışdır ki, o, hidayət çırağı və nicat gəmisidir””.
2. İnsanların qəlbində İmam Hüseyn (ə) sevgisi gizlənmişdir. Həzrət Peyğəmbər (s) buyurur: “Möminlərin qəlbində məhəbbət gizlənmişdir ki, Hüseynə (ə) aiddir”. Elə insan yoxdur ki, İmam Hüseynin (ə) adını eşitsin və qəlbi qəmgin olmasın. İmamın (ə) sevigisi qəlbləri təlatümə salar və insan batininə atəş salar...


Gündə neçə salavat demək lazımdır ki, Allah-Taala (c.c) insanı bağışlasın?


Salavatın faydaları və bəhrələri barəsində hədislərimiz çox söz demişdir. Onun axirət bəhrələrinin bəziləri ilə tanış olaq.
1. Günahlar bağışlanar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim, hər gün mənə məhəbbətlə 3 dəfə salavat göndərərsə, Allah onun günahlarını həmin gündə və ya həmin gecədə bağışlayar”.
2. Qiyamət günü ağır əməl. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü mən əməl tərəzisiyəm. Yəni o kəsin ki, pis əməlləri yaxşı əməllərindən ağır gələrsə, mən, mənə göndərdiyi salavatları gətirərəm, həsənə gözünə qoyaram ki, həsənə gözü ağır gəlsin”.
3. Behişti görmək. Həzrət (s) buyurur: “Hər kim hər gün mənə 1000 dəfə salavat göndərərsə, dünyadan getməmiş behiştdəki yerini görər”.


Hz Fatimeyi Zəhra (ə.s) bu dünyada hansı üç savab əmələ üstünlük verərdi?!


Həzrət Zəhranın (s.əHəzrət Zəhra (s.ə) bütün müsəlmanlar üçün örnək və nümunədir. Onun həyat tərzinə nəzər salaraq, çox sayda ibrət dərsləri götürmək olar.
Xanım (s.ə) buyurur: “Sizin dünyanızdan üç şeyin məhəbbəti qəlbimə düşmüşdür: Quran tilavəti, Allah Peyğəmbərinin (s) üzünə baxmaq, Allah yolunda infaq etmək”.
Quran tilavəti. -- Biz müsəlmanların çox təəssüf ki, ən az diqqət etdiyimiz dəyərli əməllərdən biri Quran tilavətidir. Bu əziz kitabı alırıq və evimizin ən yuxarı yerinə qoyuruq, ancaq çox vaxt onu vərəqləyib oxumuruq. Halbuki, Allah Təala Quranda buyurmuşdur:“Ey (tarix boyu gələn bütün) insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir. De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır»”. (“Yunus” 57-58).) bu dünyada xüsusən sevdiyi 3 əməl!


İmamlar (ə) hədis buyurarkən, niyə mənbə göstərməyiblər?


Məsum İmamlar (ə) Peyğəmbərdən hədis nəql edərkən, hər dəfə hədisin sənədində “ata və babalarımdan belə eşitdim və onlar da Peyğəmbərdən (s) belə eşitdilər” kimi ibarələr işlətməyə lüzum görməyiblər. Çünki, onların ardıcılı olan və onları sevən şəxslər bilirlər ki, İmamlar (ə) hədisləri ata və babalarından, onlar da bilavasitə Həzrət Peyğəmbərdən (s) nəql ediblər. İndi isə keçək bu barədə İmamların (ə) hədislərdə öz buyuruşlarına. İmam Baqir (ə) buyurmuşdur: \"Ey Cabir, Allaha and olsun, əgər biz (Əhli-Beyt) camaatla öz rəyimizə əsasən danışıb hədis söyləsəydik, mütləq həlak olardıq. Biz (Əhli-Beyt) onlara Peyğəmbərdən (s) bizə qalan, camaat qızıl və gümüşü yığıb-topladıqları kimi, bizim də böyüklərimizin (ata və babalarımızın) miras apararaq yığıb-topladıqları rəvayətlərə əsasən hədis danışırıq\". İmam Sadiq (ə) buyurmuşdur: \"Əgər biz (Əhli-Beyt) camaata öz rəyimizlə və həvayi-nəfsimizdən fətva versəydik, mütləq həlak olardıq. Lakin bunlar (söylədiklərimiz) Peyğəmbərdən (s) olan rəvayətlər və elmin köküdür ki, böyüklər böyüklərdən (atamız babalarımızdan) miras aparır.


Əmirəl-mömininin (ə) təsbihatı necə əməl olunur?!


Həzrət Zəhranın (s.ə) təsbihatı kimi, Əmirəl-möminin (ə) də təsbihatı vardır. Bu təsbihin də fəzilətləri çoxdur və onunla tanış olaq.
Bu təsbihi yerinə yetirməyin yolu belədir: hər namazdan sonra: 10 dəfə “Subhənallah”. 10 dəfə “Əlhəmdulilləh”. 10 dəfə “Allahu Əkbər”.
10 dəfə “Lə iləhə iləllah” demək. Əmirəl-möminin (ə) Bəra ibni Azəmə buyurur: “Sənə elə bir əməl öyrədimmi ki, onu yerinə yetirən zaman İlahi övliyalardan olarsan?”.
Bəra deyir: “Bəli”. Həzrət Əli (ə) də ona yuxarıdakı təsbihi öyrədir və sonra buyurur: “Hər kim hər namazdan sonra bu təsbihi edərsə, Allah ondan min dünya bəlasını uzaq edər ki, onların ən asan olanı – dindən qayıtmaqdır. Axirətdə onun üçün min mənzil hazır edər ki, o mənzillərdən biri – Peyğəmbərin (s) qonşuluğundadır”. (Beytutə saytı)


İmam Kazım (ə)-ın sürgün olunması - Əhli-Beytə zülmün yeni mərhələsi


... Digər xəlifələrin zamanında İmam (ə) nəzarət altında olsa da həbs və sürgünə cürət edən Harun Ərrəşid olur. Harun Məkkə səfərində insanların İmama (ə) olan ehtiramını gözləri ilə görür və bundan çox narahat olur. Xəilfə İmamı (ə) bu şəhərdən sürgün etdirmək qərarına gəlir. Bundan ehtiyyat etdiyi üçün İmamı (ə) gizli şəkildə şəhərdən çıxarmaq göstərişi verir. İmam (ə) hicri təqvimi ilə bu günlərdə Mədinədən gizli şəkildə çıxarılaraq Bəsrəyə doğru aparılır və bir daha Mədinənəyə qayıtmır. Həmçinin bununla yanaşı digər Əhli-Beyt (ə) insanlarının sürgünü başlayır. Sonradan hicri 183-cü ilində Sindi bin Şahik adlı bir nəfər Harun Ər-Rəşidin və xilafətinin qazisi olan Yəhya bin Xalid Bərməkinin göstərişi ilə İmamı (ə) zəhərləyərək Bağdadda şəhadətə yetirir.


İMAM HƏSƏNİN (Ə) GÖZƏL ƏXLAQINDAN NÜMUNƏLƏR


İmam Həsən (ə) kamillik yolunu getmək istəyənlərə fərdi və ictimai siması ilə bənzərsiz bələdçi və bəşəriyyət simvollarından biridir. Bu haqda nəql edilən rəvayətləri ətraflı şəkildə burada qeyd edə bilmədiyimizdən, bir neçəsi ilə kifayətlənirik: O həzrətin ibadətdə parlaq siması bəşəriyyət tarixinə gözoxşayan bir gözəllik vermişdir. O həzrətin özü buyurmuşdur: “Allahın evinə piyada getmədiyim zaman Allahımla görüşməkdən həya edirəm.” Buna görə də, İmam Həsənin 20-25 dəfə Mədinədən Məkkəyə – həccə piyada getmişdir.
O həzrətin diqqətə çarpan ən önəmli xüsusiyyətlərindən biri də, tarixçilərin dilində dastan olmuş xeyirxahlığı və comərdliyi idi. Bir rəvayətdə belə deyilir: “Bir nəfər o həzrətin hüzuruna gələrək möhtac olduğunu bildirir. İmam “ehtiyacını yazıb gətir” – deyə buyurur. O, yazıb gətirdikdə, ehtiyacından ikiqat artığını ona əta edərək razı salır.
Başqa bir rəvayətdə də: “İmam Həsən (ə) həyatda olduğu müddətdə iki dəfə bütün var-dövlətini başqalarına infaq etmiş və bağışlamışdır.” – deyə nəql edilir. (“Tarixi-xuləfa”, Süyuti, s.73.)


Niyə İmam Əliyə (ə) Heydəri-Kərrar deyirdilər?


İmam Əliyə (ə) Kərrar ləqəbini Peyğəmbər (s) vermişdir. Belə ki, “kərrar” sözünün mənası odur ki, “döyüşdə davamlı olaraq hücum edən”. Həzrət Peyğəmbər (s) Xeybər qalasını fəth etmək üçün oraya çox sayda ordu rəhbəri göndərir, ancaq onlar müvəffəq ola bilmirlər. Bu zaman Həzrət (s) buyurur: “Sabah özüm kimi bir insanı onlara tərəf göndərəcəyəm. O, Allah və Rəsulunu sevir, həm də Allah və Rəsulu onu sevir. O, qaçmayan, hücum edəndir. Qayıtmaz o zamana qədər ki, Allah fəth və qələbəni ona verər”...


Həzrət İmam Rza (ə), zəvvarın məktubuna nə cavab verdi?


Mazandaran əhlindən olan Ağa Həsən nəql edir ki, mən İmam Rzanı (ə) ziyarət etməyi qəsd etmişdim və vəsiyyətnaməmi vermək, xüdafizləşmək üçün Əşrəfin böyük alimlərindən biri olan Hacı Molla Muhəmməd Əşrəfinin yanına getdim. Vəsiyyətnaməmi alimə verdim. Alim də mənə bir paket verib dedi: “Məşhədə çatdığın ilk gün bu məktubu İmam Rzaya (ə) təqdim et və qayıdan zaman cavabını mənə gətir”. Öz-özümə dedim: “Bu, nə deməkdir? Məgər İmam Rza (ə) həyatdadır ki, məktubu ona verəm və cavabını da alam?”. Ancaq alimin əzəməti mənə mane oldu ki, ona etirazımı bildirim. Məşhədə gəldiyim ilk gün hərəmə getdim və alimin məktubunu zərihə atdım. Bir neçə ay orada qaldım və xüdahafizləşmək üçün hərəmə getdim. Alimin məndən istədiyi şeyi tamamilə unutmuşdum...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter