İmam Hüseyni (ə) uzaqdan necə ziyarət edək?


İmam Hüseyni (ə) uzaqdan necə ziyarət edək? Şeyx Tusi İmam Baqirdən (ə) nəql edir ki, buyurub: “Hər kim Hüseyn ibn Əlini (ə) Aşura günü ziyarət edər və onun qəbrinin yanında ağlayar, Qiyamət günü Allah ilə iki min həcc, iki min ümrə və iki min cihad ilə görüşər. Həmin həccin, ümrənin, cihadın savabı Peyğəmbərin (s) və Məsum İmamların (ə) xidmətdə olan həcc, ümrə və cihadın savabıdır”.
Hədisi nəql edən İmama (ə) sual verir ki, o kəs ki, başqa şəhərdə və ya başqa ölkədədir və özünü həmin günü ora çatdıra bilmirsə, savabı nədir?
Həzrət (ə) buyurur: “Əgər belə olarsa, səhraya və ya evin damına qalxsın, Həzrətin qəbrinə işarə edib, salam versin. Həzrətin qatillərini lənətləməkdə ciddiyyət göstərsin və sonra iki rükət namaz qılsın. Bu işi zöhrdən əvvəl etsin və Həzrətin müsibətinə göz yaşı töksün. Ailəsinə də əmr etsin ki, o Həzrətə ağlasın. Evində müsibət məclisi bərpa etsin. Həzrət Seyyidi-şühəda (ə) müsibətinə görə bir-birinə başsağlığı versin. Mən zaminəm ki, hər kim bu işi görər, Allah bütün bu savabları ona inayət edər”.
Hədisi nəql edir ki, bəs necə başsağlığı verim? İmam (ə) buyurur: “Allah bizim Hüseyn (ə) əzadarlıq əcrimizi artırsın, bizi və sizi onun qanının intiqamını alanlardan İmam Məhdi (ə.f) ilə bir yerdə qərar versin! ...


İmam Hüseynin (ə) Kermanlı Ağa Maşallahla danışması ibrətli əhvalatı.


İmam Hüseynin (ə) Kermanlı Ağa Maşallahla danışması ibrətli əhvalatı. İmam Hüseyn Ehsani:
Ağa Maşallah yoluxan xəstəlik keçirirdi. Anası və özü ƏHli-Beyt (ə) aşiqi idi. Anası dua etdi İlahi Hüseyn ibn Əlinin (ə) təziyəsi gəlir oğluma ağlamaq istəmirəm, bəlkə Hüseyn İbn Əliyə! Ya tez oğlum şəfa tapsın ya da tezliklə onu məndən al qəmim Əhli-Beyt (ə) qurbanı üçün olsun.
Oğlu Ağa Maşallah da dua etdi ilahi sağalım İmam Hüseynə (ə) hər məhərrəm təziyələrində camaata xidmət edəcəm və ehsan süfrələri düzəldəcəm. Şəfa tapdı və 70 yaşını atdadı sağ qaldı. bir halda ki həkim ona cavanlığında baxanda demişdi ki, tez bir zamanda ölməlidir! ...
İmam Hüseyn (ə) ağa maşallahla danışdı: \" Ağa Maşallah, bu gecə məclisin yoxdur? Qalx! Süpür evi məclisin üçün təmizlik apar\" Mən gördüm ki, Hüseyn İbni Əli (ə) süpürgəni götürdü və bağçani süpürməyə başladi... Mən durdum və dedim:\"Ey Peyğəmbərin nəvəsi! Ver onu mənə, Sənin əvəzinə ver mən edim bunu!\" İmam Hüseyn (ə) Buyurdu: \"Xeyr! Mən o kəslərdən olmaq istəyirəm ki, Anam Zəhraya (ə.s) ağlayan şəxslərin ayaqlarinin altin süpürüm\"


Imam Səccad (ə) Kərbəla hadisəsini bu yolla təbliğ edərdi!


Imam Səccad (ə) Kərbəla hadisəsini bu yolla təbliğ edərdi! İmam Səccad (ə) Kərbəla hadisəsini bu yolla təbliğ edərdi!
İmam Səccad(ə) Aşura hadisəsindən sonra qırx il ömür sürdü. Lakin bu 40 il ömrünün hamısını ağlamaqla başa vurdu. Çünki ona heç bir yerdə söhbət etməyə icazə vermirdilər. Ona heç cür imkan vermirdilər ki, Kərbəla barədə olan söhbətləri camaata çatdırsın. Yezidin adamları onu izləyirdi. Buna görə də o Həzrət hər sözünü camaata ağlamaqla çatdırırdı. Bəzən İmam gəlib qəssab dükanının yanında dayanıb ağlayardı. Qəssab ağlamağının səbəbini soruşanda buyurardı: Sən bu heyvanı kəsməzdən öncə ona su verdinmi? Qəssab deyərdi: Ağa bizlərdə adət belədir ki, heyvanı kəsməzdən öncə ona su verib sonra başını kəsərlər. İmam Səccad(ə) ağlayaraq buyurardı: Amma Kərbəlada atam Hüseynin(ə) başını kəsdilər su da vermədilər. Həzrətin bu sözləri qəssabda təsir qoyardı.
O Həzrət öz sözünü və təbliğini camaata ağlamaqla bildirərdi. Çünki o Həzrətə çıxış etməyə və söz danışmağa heç cür imkan vermirdilər. Hər dəfə İmam Hüseynin ziyarətinə gedərkən ağlaya ağlaya o Həzrətin ziyarətnaməsini oxuyurdı. Yezidin adamları da onu təqib edirdilər. İmam Səccad(ə) ziyarətnaməni oxuyarkən onlar içəri girəndə Həzrət sözü yavaş-yavaş dəyişərdi. Çünki onun hər dəqiqəsi belə bir vəziyyətdə idi. Ona görədə o Həzrət çox sözünü ağlamaqla camaata təbliğ edirdi.


Əhli-Beyt (ə) əzadarlıqlarına uyğun əzadarlığın hansı xüsusiyyətləri olmalıdır?


Əhli-Beyt (ə) əzadarlıqlarına uyğun əzadarlığın hansı xüsusiyyətləri olmalıdır? Əhli-Beyt (ə) əzadarlıqlarına uyğun əzadarlığın xüsusiyyətləri:
Əzadarlığa iki baxımdan yanaşmaq lazımdır. Bir məzmun, digəri forma baxımından. Məzmun baxımından şərt budur ki, əzadarlıqda haram işə yol verilməsin, yalan və şişirtmə olmasın, məzhəbi gözdən salacaq işlərə yol verilməsin, İmam Hüseyn (ə) və məsumların məqamı uca tutulsun, eyni zamanda möminlər və əzadarların şəxsiyyəti alçalmasın. Yəni əzadarlıq məzmunca Əhli-Beyt (ə) etiqadına zidd olmamalıdır, icazə verilməyən musiqi kimi haram işlərə yol verilməməlidir. Əzadarlıqda elə iş görməməliyik ki, düşmənin əlinə bəhanə düşsün, bu işlərdən Əhli-Beyt (ə) məktəbinin ziddinə istifadə olunsun. Bütün bunlar Əhli-Beyti (ə) razı salacaq nöqtələrdir.


Qədiri-Xum bayramı günündə bəyənilən (savablı) əməllərdən yazın?


Qədiri-Xum bayramı günündə bəyənilən (savablı) əməllərdən yazın? Qədiri-Xum bayramı günü bəyənilən əməllər:
1-Bu cümlənin bayramlaşmalarda təkrarlamaq \"Əlhəmdulillahilləzi cəələna minəl mütəməssikinə bi vilayəti Əli ibn Əbi Talib (ə)\"
2-Evin gözəlləşdirilməsi ilə məşğul olmaq,
3-Mömin qardaşlarla qardaşlıq duasını oxumaq,
4-Qədir-Xum bayramında müsəlmanların bir-birinə kömək etməsi,
5-Qədir-Xum hadisəsinin əsas hədəfini təbliğ etməyə çalışmaq,
6-Ailələrdə həddi-büluğa çatmış uşaqların mükəlləflik bayramını bu günlərdə keçirməyə çalışmaq,
7-Tanışlar üçün təbriklər yazı və sözlə təbrikləri göndərmək,
8-Bu günün münasibəti ilə bayramlıq payı paylamaq,
9-Sileyi-Rəhm (qohumlara get-gəl etmək) xüsusi ilə seyyidlərlə,
10-Evlərdə bayramlıq süfrələri təşkil etmək, ...


Həzrət Zəhranın (s) şəxsiyyətinin hansı cəhətləri var?


Həzrət Zəhranın (s) şəxsiyyətinin hansı cəhətləri var? Həzrət Zəhranın (s) şəxsiyyətinin müxtəlif əzəmətli cəhətləri var ki, onu bütün genişliyi ilə yalnız, çox dərin təhqiqat, təfəkkür və araşdırmadan sonra ələ gətirmək olar. O Həzrətin mənəviyyat və ilahiyyat sahəsindəki elm, rəftar, əxlaq və siyasi mübarizələri araşdırmaqla hədəfimizə çata bilərik. Şiə və sünnü alimlərinin kitablarının təsdiqinə əsasən, xanımlar xanımı Həzrəti Zəhranın (s) mənəvi və insani xüsusiyyətlərini qısa da olsa belə izah etmək olar: 1-Rifah və yüksək səviyyəli həyat tərzi keçirməyə imkanı olan halda, ən çox qənaət, az sərvət və xalis ibadətlə həyat tərzi sürməsi; 2-Özünün şiddətlə təama və sair şeylərə ehtiyacı olan halda, onları Allaha xatir möhtaclara verməklə fədakarlığı və səxavəti; 3-Allah-Taalanın dərgahında xalisanə şəkildə çox ibadət və itaətlə məşğul olması; 4-Qadınlar üçün iffət və həya nümunəsi; İslami örtüyün və örpəyin riayət olunmasında ən kamil qadın nümunəsi; 5-Bütün aləmlərin qadınlarının seiyyidəsi olmaqla, ən yüksək səviyyəli ilahi elmə və agahlığa malik olması. Nümunə üçün \"Fatimənin müshəfi\" adlı dərin mənalı ilahi kitabının olması; 6- Atası, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) vəfatından sonra İmam Əlinin (əleyhissalam) vilayəti və İmaməti uğrunda ən yüksək səviyyədə siyasi və ictimai mübarizə aparması;


İmam Rza (ə.s)-ın pak hərəminə girən zaman hansı dua oxunmalıdır?


İmam Rza (ə.s)-ın pak hərəminə girən zaman hansı dua oxunmalıdır? İmam Əli ibn Musa-Rza (ə.s)-ın pak hərəminə girən zaman oxunulan dua:
Duanın oxunuşu: Girişdən qabaq bu duanı oxuyursan.
\"İlahi, mən Peyğəmbərin qapılarından birində durmuşam ki Sənin salamların ona və əhlibeytinə olsun, Sən özün insanlara o qapıya icazəsiz daxil olmağı qadağan etdin və buyurmusan-Ey iman əhli Peyğəmbərin evinə daxil olmayın, məgər ki sizə giriş icazəsi verilə. İlahi, həqiqətən bu şərəfli məşhəd sahibinin qayibinə və həmçinin hüzuruna imanım var və yəqinim var sənin göndərdiklərin və canişinlərindir (Allahın salamı olsun onlara) ki sənin yanında diridirlər və ruzilənirlər, bizim məqamımızı görürlər, bizim sözlərimizi eşidirlər, bizim salamımıza cavab verirlər və sən onların kəlamını-sözünü eşitməyimə pərdə çəkib ləziz münacat yolumu açmısan. İlahi, əvvəl Səndən və sonra sənin Rəsulundan (Allahın rəhməti ona və əhlibeytinə olsun) icazə istəyirəm və üçüncü dəfə sənin canişinin ki onun itaəti bizə vacibdir Əli ibn Musa-Rza (ə.s)-dan və o mələklər ki bu bərəkətli torpağın keşikçilərindədirlər, icazə istəyirəm. Ey RəsulAllah daxil olummu? Ey Allahın höccəti, daxil olummu? Ey bu mübarək Məşhəddə sakin olan, Allaha yaxın olan mələklər, daxil olummu? Ey mövlam, mənə daxil olmaq icazəsin versən, o icazə ki ən yaxın dostlarına mərhəmət etmisiz, əgər mən o icazəyə layiq olmasam, siz mərhəmət sahibisiniz\". Allah bütün istəyənlərə bu ziyarəti qismət etsin. Amin!


İmam Hüseynin (ə) hərəmini ziyarət etməyin 15 fəziləti nələrdir?


İmam Hüseynin (ə) hərəmini ziyarət etməyin 15 fəziləti nələrdir? Məsum İmamların (ə) bizlərə evrdiyi tövsiyələrindən biri də İmam Hüseyn (ə) hərəmini ziyarət etməkdir. Bu ziyarət üçün çox sayda fəzilət bəyan etmişdilər ki, onlardan bəsinizə işarə edək: 1. “O zaman ki, insan ziyarət üçün qəsd edər, Allah onun günahlarını bağışlayar. 2. O zaman ki, Həzrət Hüseynin (ə) ziyarəti üçün lazım olan şeyləri hazır edər və alar, xərclədiyi hər dirhəmə görə Ühüd dağı qədər ona savab verilər. 3. O zaman ki, mənzilindən çıxar, altı tərəfindən ona 600 mələk yoldaşlıq edər. 4. İmam Hüseyn (ə) hərəminə yollanan zaman hər nəyə və hər yerə addım qoysa, onun üçün dua edərlər. 5. Yolda günəşin şüası üzərinə düşən zaman, onun günahlarını, atəş odunu yandırdığı kimi yandırar və məhv edər. 6. O zaman ki, Fərat suyu ilə qüsl alar, bütün günahları tökülər. 7. Havanın şiddətli hərarətindən tərləyər və yolun əziyyətindən yorular. Hədislər deyir ki, onun bu tərindən 70 min mələk meydana gələr, 8. Ziyarət qüslu alıb hərəkət edəndə hər atdığı addıma görə qəbul olmuş yüz həcc və yüz ümrə və Peyğəmbərlə (s) birgə edilən yüz cihadın savabını qazanar. 9. Hərəmə yaxınlaşan zaman mələklərin müxtəlif dəstələri və hər dəstədə on min nəfər onu qarşılamağa gedər. 10. O zaman ki, zəvvar Həzrət İmam Hüseynin (ə) hərəmini mərifətlə (elmlə) ziyarət edər, o əziz ona nəzər salar və onun üçün dua edər. 11. O zaman ki, evinə tərəf qayıdar, mələklər onu müşayiət edərlər, Cəbrail (ə), Mikail (ə), İsrafil (ə) onu yola salarlar. 12. Bu ziyarətdən bir və ya iki il sonra ölərsə, mələklər cənazəsini müşayiət etmək üçün hazır olarlar. Onun üçün Allahdan bağışlanma istəyərlər. 13. Əgər zəvvar yolda dünyasını dəyişərsə, mələklər bədənini müşayiət edərlər. Behiştdə onun üçün kəfən gətirərlər və kəfəni ona geyindirərlər. 14. O zaman ki, zəvvar yolda həbsə düşər və zərbə alar, İmam Sadiq (ə) buyurur: “Hər həbs olunduğu və ya zərbə aldığı günə görə Qiyamət günü şadlığı və mükafatı olar. 15. İmam Sadiq (ə) buyurur: “Əgər Hüseyn (ə) zəvvarı ziyarət yolunda öldürülərsə, ilk damcı qanı ilə bütün günahları bağışlanar.


Əli (ə) hansı ayda çox ibadət edərdi?


Əli (ə) hansı ayda çox ibadət edərdi? Həzrətin kənizi Ümmü-Səiddən soruşurlar ki, həzrət Əli (ə) Ramazan ayında çox ibadət edir, yoxsa başqa aylarda? Kəniz deyir: «Həzrət Əli (ə) hər gecə öz Allahı ilə raz-niyazdadır. Onun üçün ramazanayı ilə başqa aylarda fərq yoxdur».
Həzrət (ə) zərbə aldıqdan sonra məsciddən evə gətirilərkən qızarmaqda olan üfüqə baxıb buyurur: «Ey sübh, şahid ol ki, Əlini (ə) yalnız indi uzanmış vəziyyətdə görürsən».
İbn Əbil-Hədid deyir: «Həzrət Əli (ə) hamıdan çox ibadət edirdi. Əksər günlər oruc idi, bütün gecələri namaza məşğul olurdu. Savaş zamanı da namazı tərk etməzdi. O bildiyinə əməl edən alim idi. Xalqa nafilə namazları, dualar, gecə ibadətləri öyrədirdi». ...


Həzrət Məhdinin (ə.f) zahiri nişanələrindən işarə edin?


Həzrət Məhdinin (ə.f) zahiri nişanələrindən işarə  edin? Həzrət Məhdinin (ə.f) batini xüsusiyyətlərindən və kamallarından çox söz açılmışdır. Lakin biz Həzrətin zahiri nişanələrini tanımağa çalışaq. O həzrətin zahiri siması haqqında bəzi əlamətlər ibarətdirlər: 1. Gözəl sima. 2. Üzündə qara xalı var. 3. Boyu ortadır. 4. Siması cavandır və dəyişməzdir. 5. Güclü bədən qüvvəsinə malikdir.
6. Xoş ətirlidir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter