Tanınmış səhabə İbni-Abbasın ən çox bəhrələndiyi hədis hansı rəvayətdir?


Tanınmış səhabə İbni-Abbasın ən çox bəhrələndiyi hədis hansı rəvayətdir? İslaminSesi – İnsanlar həyatda sevinc və kədərlə qarşılaşırlar. Onların sevinc meyarı, kədər və narahatçılıq meyarı da şəxsiyyətlərinə görə dəyişir. İnsanları əksəriyyətinin sevinc amili dünya və dünya malıdır. Bunu əksi də doğrudur. Onların kədər amillərinin əksəriyyəti də dünya və dünya malına görədir.
Bəs Allaha inanclı olan şəxs hansı işlərə sevinməli və hansı işlərdə kədərlənməlidir. Nəhcül-Bəlağədə 221-ci xütbədə deyilir:
“İbni Abbas deyir: Əmirəl-möminin Əli ibni Əbi-Talib həmişə bunu deyərdi və mən peyğəmbərin kəlamlarından sonra bunun qədər heç bir hədisdən bəhrə ala bilməmişəm. O (İmam) deyərdi: Bəzən kişi elə bir şeyin əldə edilməsinə görə sevinir ki onsuzda onu əldə edəcəkdi və bəzən də elə bir şeyə görə narahat olur ki onsuzda onu əldə edə bilməyəcəkdi (yəni insanın dünya malına görə boş yerə canfəşanlıq etməsi əbəsdir). Ey ibni Abbas sənin sevincin axirət üçün nəyisə əldə etdiyinə görə olsun! Və təəssüfün də axirət yolunda nəyisə itirdiyinə görə olsun”


Bütün şəhidlərin qibtə etdiyi insan kimdir?


Bütün şəhidlərin qibtə etdiyi insan kimdir? Abbasın Ulu Allah yanında elə bir məqamı vardır ki qiyamət günündə şəhidlərin hamısı onu görüb qibtə edərlər! İslaminSesi xəbər verir ki bu hədisi Şeyx Səduq əl-Əmali əsərində İmam Səccaddan (ə) nəql edibdir.
İmam buyurur ki həzrət Əbul-Fəzl Abbas Kərbəlada etdiyi şücaətlər və fədakarlığa görə Allah ona özünəməxsus dərəcə veribdir ki bu bütün şəhidlər üçün əlçatmazdır
On ikinci İmam həzrət Əbul-Fəzlə belə salam göndərir: “Salam olsun Əbəl-Fəzlə! Salam olsun Əmirəlmöminin oğlu Abbasa! Qardaşının dərdinə şərik olan böyük şəxs ki canını ona fəda etdi. O dünənki günündə sabahkı gününü təmin etdi. Qardaşına fəda olub onu qoruyan insan. Suyu çatdırmağa çalışdı, amma əlləri qələm oldu.”
İmam Sadiq buyurur: “Əmim Abbasın bəsirəti və möhkəm imanı var idi. Qardaşı Hüseynlə cihada getdi. İmtahandan çox yaxşı çıxdı. Dünyadan şəhid getdi.”...


İmam Baqirin (ə) onu sevənlərə xüsusi tövsiyəsi nə olmuşdur?


İmam Baqirin (ə) onu sevənlərə xüsusi tövsiyəsi nə olmuşdur? İslaminSesi – Quranla yanaşı Əhli-beytə itaət etmək dinin əsaslarından biridir. Əhlibeytin fəzilətlərini inkar edən münafiq hesab edilirsə, onları sevmək də cənnəti müjdələyən vədlərdən biridir. Əhli-beyti sevmək Quranda və hədislərdə o qədər tövsiyə edilib ki, bəziləri bunu səhv anlayaraq, vacib əməllər olmadan sırf Əhli-beyt məhəbbətinin qiyamətdə insanı xilas edəcəklərini düşünüblər.
İ. Baqir (ə) Xeysəmə adlı səhabəsi vasitəsi ilə ondan uzaqda olan şiələrə xüsusi tövsiyəsi və sifarişini bu şəkildə göndərib. “Bizim şiələrimizə çatdır ki, Allahın yanında olanlara yalnız əməllə nail olmaq olar. Onlara çatdır ki, qiyamətdə ən çox həsrət çəkən insan ədalət etməyi tövsiyə edib, öz işlərində isə onun əksinə əməl edən adamdır”
Ümumiyyətlə İmamlardan və peyğəmbərin özündən şiələrə edilən xüsusi tövsiyələr müxtəlif hədislərdə yer almışdır. Məhəmməd peyğəmbər (s) həqiqi şiələr haqda İ. Əliyə (ə) buyurdu: “Ey Əli Sənin şiələrin həm aşkarda həm də gizlində Allahdan qorxanlardır. Ey Əli sənin şiələrin mənəvi dərəcələr məsələsində bir-birini qabağlayanlardır. Onlar Allahla mülaqat edəndə (görüşəndə) onların hesab-kitabı qalmaz. Ey Əli sənin şiələrinin əməlləri hər cümə mənə göstərilir. Sən onların saleh əməlləri ilə sevin! Pis əməllərinə görə isə onlar üçün istiğfar et!”


Cənnətin yolunu tapmaq üçün Həzrət Peyğəmbərin (s) tövsiyə etdiyi əməllər nələrdir?


Cənnətin yolunu tapmaq üçün Həzrət Peyğəmbərin (s) tövsiyə etdiyi əməllər nələrdir? -Behişt yolunda hərəkət etmək üçün İslam Peyğəmbərinin (s) əmli tapşırıqları:
-Cәnnәtin yоluBir nәfәr Pеyğәmbәrdən (s) sоruşdu: Cәnnәtә nеcә dахil оlа bilәrәm? Buyurdu: Bеş vахtın nаmаzlаrını qıl, Rаmаzаndа оruc tut, cәnаbәt qüslünü unutmа vә Әli (ә) vә övlаdlаrını sеv. Mәni pеyğәmbәrliyә sеçәn Аllаhа аnd оlsun, min rәkәt nаmаz qılsаn, min dәfә hәccә gеtsәn, min dәfә mühаribәdә iştirаk еtsәn, min qul аzаd еdib, dörd sәmаvi kitаbı охusаn, bütün pеyğәmbәrlәrlә görüşüb оnlаrlа ibаdәt еtsәn vә hәr bir pеyğәmbәrlә min mühаribәyә gеdib, min hәcc vә ümrә еtsәn dә, әgәr qәlbindә Әli (ә) vә övlаdınа mәhәbbәtin оlmаsа, cәhәnnәmliklәrlә birlikdә cәhәnnәmә dахil оlаcаqsаn. Bu хәbәri burаdа оlаnlаr оlmаyаnlаrа çаtdırsınlаr. Çünki bu sözü Cәbrаil Аllаh tәrәfindәn gәtirmişdir.


İmam Rizanın (ə) ziyarətçisinə hansı müjdə verilmişdir?


İmam Rizanın (ə) ziyarətçisinə hansı müjdə verilmişdir? İmam Rza (ə) buyurub:\"Hər kəs məni uzaq evimdə ziyarət edərsə, mən üç yerdə onun köməyinə çataraq onu (o) yerlərin çətinliklərindən xilas edərəm:
1. Xalqın əməl kitabları özlərinə verildikdə.
2. Sirat körpüsündən keçdikdə.
3. (Bəndələrin əməlləri) hesablanan halda.(Biharul-ənvar, cild 99, səh. 34)
-Yasir Xadimdən nəql olunub ki, İmam Rza (ə) buyurmuşdur:\"Agah ol və bil ki, mən məzlum halında zəhərlə öldürülüb qərib bir yerdə dəfn olunacağam. Beləliklə hər kəs məni ziyarət etmək üçün səfərə çıxarsa, duası qəbul olub, günahı bağışlanar.\"(Biharul-ənvar, cild 99, səh. 36)


İslamda dəyərli gün hesab olunan cümə gününün xüsusi namazı vardırmı?


İslamda dəyərli gün hesab olunan cümə gününün xüsusi namazı vardırmı? Həzrət İmam Həsən Əskəri(ə.s) buyurmuşdur: \"Hər kəs həftənin Cümə günündə dörd rükət namaz qılsa və onun hər bir rükətində \"Həmd\" , \"Mulk\" və \"Fussilət\" surələrini oxusa, mütəal Allah onu cənnətə daxil edər, onun öz ailəsinə şəfaət verməsini qəbul edər, qəbir əzabından və Qiyamətin günün qorxulu, vəhşətli hadisələrindən amanda saxlayar\".
Ravi İmam Həsən Əsgəri(ə.s)soruşdu: \"Bu namazları günün hansı vaxtlarında qılaq\"? Həzrət (ə.s) Buyurdu : \"Gün çıxandan batana qədər olan fasilədə\".


Peyğəmbərin (s) sualı: səhəri necə açmısan?


Peyğəmbərin (s) sualı: səhəri necə açmısan? Bir gün Həzrət Peyğəmbər (s) səhabələrdən biri ilə rastlaşdıqda ondan: \"Səhəri necə açmısan?\" (yəni, əhvalın necədir?)-deyə soruşur. Səhabə: \"Yaxşıdır\" - deyə cavab verir. Lakin Peyğəmbər (s) onun bu cavabı ilə razılaşmayıb, sualını bir daha təkrar edir. Səhabə həmin cavabı verir. Peyğəmbər (s) üçüncü dəfə də eyni sualı təkrarladıqda səhabə eyni cavabı verib əlavə edir ki, Allaha həmd olsun, şükr edirəm Ona! Həzrət Peyğəmbər (s) dərhal buyurur ki, bax bu idi səndən eşitmək istədiyim!


İmam Əli (ə) namazı bərəkətləri haqda nə buyurur?


İmam Əli (ə) namazı bərəkətləri haqda nə buyurur? Namazın çox sayda bərəkətləri vardır. Bu bərəkətləri İmam Əlinin (ə) mübarək dilindən eşidək:
1. Namaz - imanın əlamətidir. Həzrət Peyğəmbər (s) buyurur: “Namaz - imanın bayrağı və əlamətidir. Hər kim ürəyini namaza hazır edərsə, həddinə riayət edər mömindir”.
2. Namaz - təkəbbürdən ayrılmaqdır. İmam Əli (ə) buyurur: “Allah təkəbbürdən xilas olmaq üçün namazı, ruzinin cücərməsi üçün isə zəkatı təyin etmişdir”.
3. Namazın başqa işlərə təsiri. İmam buyurur: “Bil ki, hər bir başqa iş öz dəyərində namaza tabedir”.
4. Namaz - rəhmətin nazil olmasıdır. “Əgər namaz qılan bilsəydi ki, Allah Cəlalından onu hansı halət əhatə edir, heç bir zaman başını səcdədən qaldırmağını istəməzdi”.
5. Namaz - günahların islah olmasıdır. “Hər kim namazı haqqına vaqif olaraq yerinə yetirərsə, bağışlanar”.


Əhli-Sünnət mənbələrində Həzrət Zəhranın (ə) fəziləti haqda hansı hədisləri gəlmişdir?


Əhli-Sünnət mənbələrində Həzrət Zəhranın (ə) fəziləti haqda hansı hədisləri gəlmişdir? Əhli-Sünnət kitablarında Fatimeyi-Zəhranın (ə) fəzilətlərini bəyan edən Peyğəmbərdən (s) hədislər:
1-Peyğəmbər (s) buyurmuşdur: \"Aləmlərdə seçilmiş xanımlar dörddür: Məryəm, Asiyə, Xədicə və Fatimə. \" Əl-isabə fi təmyizis-səhabə, cild/4, s/378\"
2-Nazil olundu Quranın Əhzab surəsinin təthir (günahlardan paklıq) ayəsi beş şəxsin haqqında: Mənim, Əlinin barəsində, Həsən-Hüseynin və Fatimənin.\" Səhih Müslim, Səhabələrin fəziləti bölümü.
3-Peyğəmbər (s) buyurur: \"Fatimə mənim canımın parəsidir, məni əziyyət etmiş olar o kəs ki Fatiməni qəzəbləndirə, və onu çətinliyə salan şəxs mənə qarşı bunu etmiş olar.\" Sünən Ət-Tirmizi, cild/3, Fatimənin (ə) fəziləti bölümü, s/240.
4-Peyğəmbər (s) buyurur: \"Bir ananın bütün övladı atalarına nisbət verilərlər, Yalnız Fatimənin (s) övladlarıdır ki, Mənə nisbət verilirlər.\" Kənzül-Ümmal, cild/13, s/101.


Həzrəti Əlinin (ə) məqamı haqqında Peyğəmbərdən (s) hansı hədislər gəlmişdir?


Həzrəti Əlinin (ə) məqamı haqqında Peyğəmbərdən (s) hansı hədislər gəlmişdir? Həzrət Əli (ə) haqqında Peyğəmbərin (s) hədisləri:
1. «Qədir» hədisi: «Peyğəmbər (s) Qədire-Xumda dayanıb buyurdu: «Mən hər kəsin ixtiyar sahibiyəmsə, Əli (ə) də onun ixtiyar sahibidir».
2. «Mənzələt» h. «Peyğəmbər (s) buyurdu: «Sən (Əli (ə)) mənim üçün Harun Musa üçün olduğu kimisən».
3. «Yəvmul-inzar» h. «Peyğəmbər (s) buyurmuşdur: «Sən (Əli (ə)) mənim qardaşım, vəzirim, varisim və məndən sonra canişinimsən».
4. «Səqələyn» h. «Peyğəmbər buyurdu: «Mən sizin aranızda iki böyük və ağır əmanət qoyuram: Allahın kitabı və itrətim (Əhli-beyt). Bu iki şey behiştdə mənə çatanadək bir-birindən ayrılmaz».
5. «Səfinə» h. Peyğəmbər (s) buyurdu: «Mənim ailəmin misalı Nuhun gəmisinin dastanı kimidir. Ona süvar olan nicat tapdı, ondan üz çevirən qərq oldu».
6. «Haqq» h. «Əksər firqələrdən olan alimlər nəql edirlər ki, həzrət Peyğəmbər (s) buyurdu: «Əli (ə) həmişə haqla olub, haqda Əli (ə) ilə». Bu sayaq hədislər şiə və sünni mənbələrində kifayət qədərdir. Biz qeyd etdiyimiz hədislərlə kifayətlənirik.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter