İmam Sadiq (ə): İnsana misilsiz sayda savab gətirən sadə zikr!!


İmam Cəfər Sadiq (ə) buyurur: “Hər kim hər gün 25 dəfə bu zikri deyərsə, Allah keçmişdə yaşamış və Qiyamətə qədər yaşayacaq bütün möminlərin sayı qədər ona həsənə yazar, günahını məhv edər və onun dərəcəsini qaldırar: اَللّهُمَّ اِغْفِر لِلْمؤمِنینَ وَالموْمِناتِ وَالْمُسْلِمینَ وَالْمُسْلِماتِ
(“Əllahum-məğfirlil-mu’mininə vəl-mu’minət vəl-musliminə vəl muslimət”(Deyerler.


İnanclı insan gərək nəyi daha çox şad günü olaraq bayram etməlidir?!


Allah-Taala (c.c) tərəfindən tövbə fürsəti verilməsi insan həyatında ən böyük gündür! \"Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhimlidir.\" (Tövbə, 118).
Hədis: İslam peyğəmbəri (s): “Allahın bəndəsinin tövbəsinə sevinməsi sonsuzun dünyaya uşaq gətirmə sevincindən, bir şey itirənin itiyini tapma sevincindən və susuzun su tapma sevincindən daha çoxdur.” (Kənzül-ümmal, c. 4, səh. 205, hədis: 10165).


İmam Həsən (ə)-ın hədisinə əsasən Məscidə get-gəl getməyin nə belə faydaları vardır?!


İmam Həsən (ə) məscidə get-gəl etməyin səkkiz faydası və əhəmiyyəti, başqa sözlə, məscid əhlinin səkkiz xüsusiyyətindən danışaraq buyurur: Daim məscidə gedən insan səkkiz faydadan birini əldə edər:
1. “Möhkəm ayə və nişanə”: Məscidə get-gəl edən insan həmin məscidin ruhanisi, İmam camaatı və yaxud digər məscid əhlindən ilahi ayə və nişanələr dinləyəcək və onların məna, məfhumunu dərk edəcəkdir.
2. “Bəhrələnə biləcəyi dost”; İnsanın cismani və ruhi-psixoloji sağlamlığında yaxşı dostun təsiri danılmazdır. Məscid fürsət və imkan yaradır ki, cismani və psixoloji sağlamlığımıza təsir göstərə, bizi ilahi aramlığa çatdıra biləcək yaxşı dost tapaq. Dostundan boş vaxtını doldurmaq və xoş güzəran keçirmək məqsədilə istifadə edənlər yanılırlar.
3. “Yeni elm və bilik”: İslamda elm və elm əhlinə xüsusi yer ayrılır. Sözsüz, Quran təlimlərinə əsasən, elm əhli olmaq imtiyazdır, Quran ayələrində bilənlə bilməyən bərabər tutulmur. İnsan məscidə get-gəl etməklə İslam alimlərinin elmindən istifadə edəcək, yeni-yeni mətləblər eşidəcək, öyrənəcəkdir...


İmam Səccad (ə) hədisində İmanı kamil edən günahları bağışladan əməllər hansılardır?!


İmam Zeynəlabidin (ə) buyurmuşdur: “Dörd xüsusiyyətə sahib olan şəxsin imanı kamil olar, günahları bağışlanar və Allah-Taalanın razılığını qazandığı halda Onun hüzuruna gedər (dünyadan köçər); 1. ilahi qorxu, belə ki, heç bir təvəqqesi olmadan xalqa xidmət etmək; 2. insanlarla doğru danışmaq; 3. Allah-Taalanın və insanların nəzərində (şəri və ürfi baxımdan) çirkin sayılan işlərdən uzaq olmaq; 4. əhli-əyalı ilə xoş rəftar etmək.” “Mişkatul-ənvar”, səh.172; “Biharul-ənvar”, 66-cı cild, səh.385, hədis 48.


Şaban ayında hansı günlərdə oruc tutmaq insana dünya və axirətdə 40 hacət qazandırar?!


Şəban ayında ən çox tövsiyə olunan ibadətlərdən biri də orucdur. Bəndə bu ayda oruc tutaraq, ruhunu və canını paklayar və bu halda Ramazan ayına daxil olar.
Həzrət Peyğəmbər (s) buyurur: “Şəban ayının hər cümə axşamı günündə səmanı bəzəyərlər. Mələklər deyərlər: “Pərvərdigara! Bu gün oruc tutanları bağışla. Onların duasını yerinə yetir!””.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Şəban ayının bazar ertəsi və cümə axşamı gününü oruc tutarsa, 20 dünya hacəti və 20 axirət ehtiyacı yerinə yetər”. (Beytutə)
Əmirəl-möminin (ə) buyurur: “Şəban ayının orucu daxili vəsvəsələri və qəlbin pərişanlığını və təşvişini aradan aparar”.


Allah-Taalanın (c.c) bəyəndiyi orucun 3 xüsusiyyəti hansılardır?!


Həzrət Peyğəmbər (s) buyurur: “Nə qədər oruc tutan vardır ki, oruclarından aclıq və susuzluqdan başqa bəhrə olmaz”. Allah bəyənin orucun 3 xüsusiyyəti:
1. Çox yeməyi tərk etmək. Çox yemək tibbi cəhətdən bədənə ziyanlı olduğu kimi, ruhi cəhətdən də mənfi təsirlər qoyar. Allah yanında dolu mədədən daha xoşagəlməz heç nə yoxdur.
2. Allah qorxusuna malik olmaq. Oruc tutan insan orucunun qəbul olub-olmayacağına görə qorxmalı və ümid bəsləməlidir. Çünki əməlinin qəbul olacağından agah deyildir.
3. Ürəyini Allahdan qeyrisindən təmizləmək. Əgər oruc tutanın ürəyi dünya işləri ilə məşğludursa və fikirləri ancaq dünya ilə bağlıdırsa, orucunun mənəvi fəzilətini azaltmış olar. Çünki ürəyi Allahdan qeyrisi ilə məşğul olar. Lakin əgər bəndənin bütün diqqəti Allahda olarsa və gün ərzində ancaq Allahın razılığını qazanmaq üçün səy edərsə, bu cür orucun fəziləti və məqamını sözlərlə bəyan etmək mümkün deyildir...


Müsəlman Dörd əməlindən hansı dörd bəhrəni qazanar?! İmam Əli (ə) hədisi


İmam Əli (ə) buyurur: “Hər kim dörd şeyin tövfiqini əldə edər, dörd şeydən məhrum olmaz:
1. O kəsin ki, dua etmək tövfiqi olar, duanın yerinə yetməsindən məhrum olmaz.
2. O kəsin ki, tövbə etmək tövfiqi halına şamil olar, tövbənin qəbul olmasından məhrum olmaz.
3. O kəs ki, istiğfar etmək tövfiqi əldə edər, bağışlanmaqdan bəhrəsiz qalmaz.
4. O kəs ki, şükür etmək tövfiqi əldə edər, ruzisinin artmasından məhrum olmaz”./Deyerler.


Ömrün son nə cürə dua etmək lazımdır?! Peyğəmbərin (s) hədisi


Həzrət Peyğəmbər (s) bu mənzərəni görən zaman narahat olur və üzünü Əzrayilə (ə) tutub buyurur: “Ey Əzrayil! Bu kişiyə fürsət ver, onunla söhbət edim”.
Həzrətin (s) Əzrayil (ə) ilə söhbəti bitəndən sonra hamı gördü ki, xəstə yavaş-yavaş özünə gəlir və adi halına dönür. Həmin kişi gözlərini açır və görür ki, Peyğəmbər (s) kənarında əyləşmişdir və Həzrətə (s) salam verir. Peyğəmbər (s) dodaqlarında təbəssüm ilə ona buyurur: “Nə xəbər? O halda nələri gördün?”. Kişi deyir: “Ey Allahın Rəsulu! Qəribə bir səhnə idi. O halda qaranlıqları görürdüm ki, mənə tərəf gəlir”. Bu kişinin günahları çox idi və ölüm anında qaranlıqlar kimi qarşısında zahir olmuşdu.
Həzrət (s) bu cavabı eşidən kimi üzünü ona çevirib, buyurur: “Mənim oxuduğum bu duanı oxu: “Allahım! Mənim çoxlu günahlarımı bağışla və az olan yaxşı əməllərimi qəbul et!”.Həmin kişi bu duanı zümzümə etdi və yenə də huşdan getdi. Həzrət Peyğəmbər (s) gözləyir ki, bu şəxs yenə huşa gəlsin. Kişi özünə gələn zaman Həzrət (s) soruşur ki, indi nə gördün? Kişi deyir: “Ey Allahın Rəsulu! Gördüm ki, mənə tərəf ağ rəngli nur gəlir”...


İmam Cavadın (ə) uydurulmuş 7 hədisə cavabı nə oldu?!


Yəhya ibn Əqsəm, İmam Cəvad (əs)-a belə sual etdi: “Rəvayət edildiyinə görə bir gün Cəbrail (ə.s) Peyğəmbərin (s) hüzuruna gələrək belə buyurur: “Ey Muhəmməd! Allah sənə salam göndərir və belə buyurur: “Mən Əbu Bəkrdən razıyam, görəsən o da məndən razıdırmı? Bu rəvayət haqqındakı görüşünüz nədir?”
İmam Cəvad (ə.s) buyurur ki: “Bu xəbəri rəvayət edən kəs, Peyğəmbərin (s) vida həccindəki bu sözünü də xatırlamaq məcburiyyətindədir: “Mənim adımdan yalan söyləyənlər olduqca çoxalmışdır, məndən sonra da çox olacaqdır. Hər kəs mənim adımdan bilərəkdən yalan söyləyərsə yeri cəhənnəm atəşi olacaqdır.” İmam Cəvad (ə.s) sözünə belə davam etdi: “(Əbu Bəkr haqqındakı) bu rəvayət Allahın kitabı ilə uyğun gəlməməkdədir. Çünki Allah (Qurani-Kərimdə) belə buyurur: “And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!” [Qaf surəsi. 16]. Görəsən Əbu Bəkrin (Allahdan) razı olub olmadığı Allaha gizliydimi ki bunu Peyğəmbərindən soruşur?! Bu əqlən mümkünsüzdür...”



Rəcəb ayında yüz ilin oruc savabına bərabər iki rikət namaz necə qılınmalıdır?!


... Hz.Əli(ə) buyurur: “Rəcəb mənim ayım, Şəban Peyğəmbərin (s) ayı, Ramazan ayı isə ALLAH-taalanın ayıdır”.
Əziz islam peyğımbəri Həzrəti Məhəmməd (s) dən nəql olunur: “Hər kim mübarək Rəcəb ayının bir gecəsində iki rikət namaz qılsa və namazın iki rikətində “Həmd” surəsindən sonra yüz dəfə “İxlas” surəsini (hər rikətdə 50 dəfə) desə – Yüz il oruc savabı verilər.Bu namaza görə, ALLAH təala ona cənnətdə yüz ədəd hər biri bir peyğəmbərin kənarında olan saray əta edər.” Qeyd edək ki,bu namazın qılınma vaxtı məğrib və işa namazlarından sonradır. Mənbə: Şeyx Abbas Qummi “Məfatihul-Cinan”(“Rəcəb ayı” bölməsi)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter