İşin ən yaxşı başlanğıcı və sonu nədədir? İmam Huseynin (ə) izahı


Həzrət İmam Hüseynə (ə) sual verirlər ki, insanın fəzilət və kəraməti nədədir?
Həzrət (ə) buyurur: “Dili nəzarətdə və ixtiyarda saxlamaqda və səxavətə malik olmaqda”.
Sual verirlər ki, bəs insanın naqisliyi nədədir?
Buyurur: “Özünü faydalı olmayan şeyə məcbur etməkdə”.
Özünü lazımsız yerə əziyyətə salmamaq barədə Həzrət Mövladan (ə.f) da buyuruş var. Belə ki, İmam Zaman ağa (ə.f) buyurur:“Sizdən istənilməyən şeyləri öyrənməyə görə özünüzü əziyyətə salmayın”...


İslam dini 6 cümlədə - İmam Baqirin (ə) mübarək dilindən


Əbi Carud nəql edir: “İmam Baqirə (ə) dedim: “Məni sizin və nəslinizin o dinindən agah et ki, ona əsasən Allaha ibadət edirsiniz? Mən də ona əsasən Allaha dindarlıq edim”.
İmam (ə) buyurdu: “Kiçik cümlə ilə böyük sual verdin. Allaha and olsun ki, mən və atalarımın Allaha dindarlıq etdiyimiz dini sənə söyləyirəm:
1. Allahın yeganəliyinə və Peyğəmbərin (s) risalətinə şəhadət vermək.
2. Peyğəmbərin (s) Allah tərəfindən gətirdiklərinə etiraf etmək.
3. Bizim dostumuza məhəbbət göstərmək və düşmənimizə düşmənçilik etmək...


Su içəndə İmam Hüseyni (ə) yada salmağın savabı haqda hədislərdə nə buyurulmuşdur?!


Davud Rəqqi nəql edir: “Həzrət İmam Sadiqin (ə) xidmətində idim və Həzrət (ə) su istədi. Suyu içən zaman gördüm ki, İmamı (ə) ağlamaq tutdu. Mübarək gözlərinin ikisi də göz yaşına qərq oldu. Sonra mənə buyurdu: “Ey Davud! Allah Hüseynin (ə) qatilinə lənət etsin. Elə bir bəndə yoxdur ki, su içsin, Hüseyni (ə) yada salsın və qatilini lənətləsin, məgər o halda Mənnan Allah onun üçün yüz min həsənə yazar, yüz min günahını məhv edər və dərəcəsini yüz min dərəcə qaldırar. Sanki yüz min qul azad etmişdir. Allah Təala onu Qiyamət günü aram və əmin qəlblə məhşur edəcəkdir”.


Beş şeyin qədrini beş şeydən əvvəl bil hədisindən hansı mühüm işarələr vardır?!


Ey Əbazər! Beş şeyin qədrini beş şeydən əvvəl bil: 1. Cavanlığın qədrini qocalıqdan əvvəl 2. Sağlamlığını xəstəlikdən əvvəl. 3. Zənginliyi yoxsulluqdan əvvəl.
4. Boş vaxtını məşğuliyyətdən əvvəl. 5. Həyatını ölüm yetişməzdən əvvəl. Həzrət Peyğəmbər (s) bu nurani hədisdə cavanlara tövsiyələr vermişdir ki, onlara işarə edək:
1. Həzrətin (s) ilk tövsiyəsi budur ki, cavanlar Allahın onlara verdiyi iki nemətin – yəni salamatlığın və boş vaxtlarını necə keçirəcəklərinin qədrini bilməlidirlər.
2. İkinci tövsiyəsi budur ki, insan gəncliyinin qədrini bilməlidir. Qocalan zaman deməli deyildir ki, ey kaş, yenə gənc olaydım. Əgər qocalıqdan qabaq həyatını qura bilsə və hədəflərini həyata keçirə bilsə, qocalan zaman onun meyvəsini yeyəcəkdir.
3. Həzrət (s) buyurur ki, ey zəngin insanlar, bu nemətin qədrini bilin. Çünki sizi qarşıda yoxsulluq gözləyir. Əgər neməti hədər versəniz və Allah buyuran kimi xərcləməsəniz – sizi yoxsulluq gözləyir...


İmam Rza (ə): Mömini sevindirmək ibadətdir!


İnsan ictimai varlıq olduğundan, təbii ki, qarşılıqlı kömək və həmkarlığa möhtacdır və onsuz ictimai həyat mümkünsüzdür. İnsan həyatının bütün sahələrini ehtiva edən İslam dini uyğun mövzuya da xüsusi yer ayırmış, onu fitri ehtiyacla yanaşı, mənəvi ölçülərlə düyünləmişdir. Möminin qəlbini sevindirmək, qəm-qüssəsini aradan qaldırmaq başqalarına yardım məsələsində daha geniş və dolğun bir təbirdir. İmam Rza (ə) mömini sevindirmək haqda belə buyurur: “Allah-Taalanın dərgahında vacib əməllərdən sonra möminin qəlbini sevindirməkdən dəyərli əməl yoxdur.” (“Əl-fiqhul-mənsub iləl-İmamir-Riza (ə)”, səh.339.) Bu məsələnin əhatəsi uyğun zarafatdan tutmuş maddi və mənəvi yardımlar, maddi və mənəvi çətinliklərin aradan qaldırılmasına qədər genişdir. Necə ki, İmam Rza (ə) başqa bir hədisdə buyurur: “Hər kim bir möminin qəmini aradan qaldırsa, Allah-Taala qiyamət günü onun qəlbinin qəmini aradan qaldırar.” (“Əl-kafi”, 3-cü cild, səh.510.)


İmam Rza (ə) izahı: Yeddi şey olmadan 7 şeyi arzulamaq ahmaqlıqdır?!


İmamın (ə) apardığı üçüncü islahat cəmiyyətdə olan rabitələr ilə bağlı idi. İmam (ə) buyurur: “7 şey, 7 şey olmadan məsxərə olunasıdır.
1. Hər kim dili ilə istiğfar edər, ancaq qəlbində peşman olmaz.
2. İnsan Allahdan tövfiq istəyər, ancaq səy göstərməz.
3. İnsan ehtiyat istəyində olar, ancaq günah etməkdən qorxmaz.
4. Hər kim Allahdan behişt istəyər, ancaq giriftarlıqlara səbir etməz.
5. O kəs ki, cəhənnəm atəşindən Allaha pənah aparar, ancaq dünya şəhvətini tərk etməz...


Namaza etinasız yanaşanlar bilsinlər...


“Xalq arasında ən oğru şəxs namazını azaldan şəxsdir.” (“Bihar”, 84-cü cild, səh.242.) “Namaza yüngül yanaşanlar və onu zay edənlər namaz qılmayanlardan daha çox ziyan görəcəklər.” (“Vəsailuş-şiə”, 3-cü cild, səh.19.) İmam Sadiq (ə) buyurur: “Namaza yüngül yanaşanlar bizim şəfaətimizə nail olmazlar.”
İslam Peyğəmbəri (s) buyurur: “Namazını puç edən şəxs qiyamətdə Qarun və Hamanın yanında olacaq. Vay olsun öz namazını qorumayan şəxsə...” (“Vəsailuş-şiə”, 3-cü cild, səh.19.) “Allah namaza yüngül yanaşan şəxsin ömür və malından bərəkəti, xeyri kəsər. Onun işlərinin mükafatı məhv olar, duaları qəbul olunmaz, ölüm zamanı aclıq, susuzluq və xüsusi bir zillət hiss edər, bərzəxdə işgəncə, zülmət, sıxıntı dadar və qiyamətdə ciddi hesaba çəkilər.” (“Səfinətul-bihar”, 2-ci cild, səh.43.)


Hansı dəstə insanların namazı qəbul olunmaz?! Əhli Beytdən (ə) hədislər


Hədislərdə bəzi şəxslərin namazlarının dəyərsiz olduğu və qəbul edilmədiyi bildirilir:
1. Etinasızlar: İmam Sadiq (ə) buyurur: “Cəmiyyətin yoxsullarına etina göstərməyənlərin namazı qəbul deyil.” (“Biharul-ənvar”, 84-cü cild, səh.242.)
2. Haramxorlar: Həzrət Peyğəmbər (s) buyurur: “Haramxorların namazı çınqıl üzərində tikilmiş bina kimidir.” (“Biharul-ənvar”, 84-cü cild, səh.258.)
3. Evdə məsuliyyətsizlik edənlər: Allahın Rəsulu (s) buyurur: “Ərinin qazancından faydalanan, lakin öz ilahi göstərişlərinə əməl etməyən qadının namazı qəbul deyil.” (“Nəhcül-fəsahə”, 54-cü kəlam...


Müsəlman şəxs gərək ömrünün bir qismini ibadətə ayırsın?!


İslamda ömür sərmayəsindən layiqincə bəhrələnmək və doğru-düzgün proqram üzrə hərəkət etməyə xüsusi əhəmiyyət verilir. Mövla Əmirəlmöminin Əli (ə) buyurur:
“Mömin öz həyatını üç qismə bölməlidir: bir qismini Allahla raz-niyaz və münacata, bir qismini məişətə, bir qismini isə halal və bəyənilən ləzzətlərə həsr etməlidir.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 390.)
Əgər bəzi şəraitlərdə ibadət imkanı azdırsa, imkan daxilində daha azad mühitə gedib Allaha pərəstiş etmək lazımdır. Çünki məkan və zaman darlığı Allaha pərəstişdən uzaqlaşmaq üçün bəhanə deyil: “Ey iman gətirən bəndələrim, şübhəsiz ki, mənim yerim genişdir. Buna görə də mənə ibadət edin!” (“Ənkəbut” surəsi, ayə 56; “Namazın sirləri” əsərindən, Ustad Möhsün Qəraəti, səh.21.)


Haram qazanc halal ruzini aradan aparırmı?! Qudsi hədisin izahı


İslamın təkidlə vurğuladığı əsas göstərişlərdən biri də haram qazancdan üz çevirmək və halal ruzi qazanmaqdır. Haram qazanc axirət əzabına səbəb olmaqla yanaşı, dünyada da acı təsirləri vardır. Məxsusən, ağır ötüşən və haram qazancların artdığı bu zəmanəmizdə iman əhli halal ruzi qazanmaq üçün diqqətli və tədbirli olmalıdır. “Qüdsi hədis”də belə oxuyuruq: “Həqiqətən, Allah-Taala yaratdıqları arasında ruzini halal şəkildə bölüşdürdü. Əgər bir kəs haramla qidalanarsa, bir o qədər halaldan məhrum olacaq və qiyamət günü də ağır cəzalara məruz qalacaq.” (“Üsuli-kafi”, (Darul-hədis) 9-cu cild, səh.547.) Bir gün gələcək ki, adətən, yemək, içmək, geymək və digər gündəlik tələbatımıza xərc çəkdiyimiz qazanc, onun haradan qazanıldığı və hara xərclənildiyi haqda sorğu-suala tutulacağıq. Kaş insan həmin günü unutmayaydı: “(Yadınıza salın ki,) o gün (qiyamət günü) hər kəs öz canının hayında olacaq, hər kəsə əməlinin əvəzi veriləcək və onlara heç bir haqsızlıq edilməyəcək!” (“Nəhl” surəsi, ayə 111.)Haram qazancla dolanan insanın o gün vəziyyəti ağır olacaq: “Onların gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Bu onlara vəd olunmuş həmin qiyamət günüdür!” (“Məaric” surəsi, ayə 44.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter