Şeytan hansı İnsanlara vəsvəsə edə bİlmİr?


Batil və haram işlərin mənbəyi olan batil fikirlər bəzən şeytan tərəfindən təlqin edilir və bəzən də napak insanlar tərəfindən. Hər bir halda insan ancaq Allaha pənah apararaq, amanda qala bilər. İnsanı alçaq fikirlərə dəvət edən - şeytandır.


Dünya sevgİsİndən necə qurtulaq?


İslam dini dünya sevgisini həmişə məzəmmət etmişdir. Çünki bu fani dünyaya sevgi bəsləmək insana ancaq ziyan gətirər. Bəs necə edək ki, bu fani dünyaya bu qədər bağlanmayaq?


Mömİnİn qəzəbİ necə olmalıdır?


Qəzəb - insan üçün ən təhlükəli hallardan biridir. Əgər onun qarşısı alınmazsa, insan hər cür ruhi xəstəliklərə düçar ola bilər. Bir çox cinayətlər əsəbi kontrol etməməyə görə baş verir. Nəticədə də insan bir ömür boyu onun kəffarəsini verər.


Hər bİr bədən üzvünün zəkatı nədİr?


İmam Sadiq (ə) buyurur: “Hər bir üzvün zəkatı vardır.
Gözün zəkatı - ibrətlə baxmaq və günaha göz yummaqdır.


Mömİnİ necə sevİndİrək?


İslam dininin bizə ən çox tövsiyə etdiyi əməllərdən biri - mömin qardaş və bacımızı sevindirməkdir. İmam Baqir (ə) buyurur: “Həqiqətən, Allah Təala yanında ən sevimli əməl möminin qəlbini sevindirməkdir”. Başqa bir yerdə buyurur: “Allaha möminin qəlbini sevindirmək kimi sevimli bir şeylə ibadət edilməmişdir”. Peyğəmbərimiz (s) bu əməlin Allahı və Rəsulunu sevindirdiyini vurğulamışdır.


İnsan qocaldıqca, hansı xİslətlər cavanlaşar?


Əxlaqın gec sağalan rəzil sifətlərindən biri - hərislikdir. Hərislik və tamah əgər həddini aşarsa, insan əlində olanlardan ləzzət almaz. Hər zaman əli çatmayan şeylərin axtarışında olar. Əlində olanlardan faydalana bilməz. Ona görə də bu cür insan öz zəlilliyini qəbul edər. İzzət və kəramətdən uzaq olar.


Nİyə qənaət etməlİyİk?


İnsanın əxlaqi fəzilətlərindən biri - qənaətdir. Qənaət odur ki, ehtiyacın olana qane olasan, daha artığının dalınca qaçmayasan. İnsan - məhdud bir varlıqdır. Onun bədənini örtməsi və yataqda üstünü örtməsi üçün məgər nə qədər parçaya ehtiyac var ki?


Təqva daha dəqİq necə tərİf olunur?


Təqva – “Nəhcul-bəlağə”nin nəzərinə görə elə bir qüvvədir ki, çoxlu çalışma sayəsində meydana gələr. İnsanın məntiqli pəhrizləri ruhunu gücləndirər və onu lətif edər. Ona toxunulmazlıq bağışlayar.


Qonağı necə qarşılamalı? Qonağın haqqı nədİr?


İslam dini qonaqpərvər olmağa xüsusi əhmiyyət verən bir dindir. Həzrət Peyğəmbər (s) buyurur: “Qonaqlar, behişt yolunu göstərənlərdir”.
Qonağa ehtiram göstərmək o qədər əhəmiyyətlidir ki, səma hədiyyəsi kimi tanıdılmışdır. Peyğəmbər (s) buyurur: “O zaman ki, Allah bir topluma yaxşılıq etməyə iradə edər, onlara bahalı hədiyyə göndərər”. Soruşdular: “Nə hədiyyə?”. Buyurur: “Qonaq, öz ruzisi ilə gələr. Ailənin günahını özü ilə aparar”.


Ruhİ rahatlığa çatmaq üçün nə edək?


Ruhi rahatlıq əldə etmək - insan həyatının mühüm hədəflərindəndir. Üç mühüm yol vardır ki, əgər onunla irəliləsək, çətinliklər qarşısında müqavimətimiz daha güclü olar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter