Bu qadınların qəbir əzabı olmaz və onlar Həzrət Zəhra (s.ə) ilə məhşur olarlar?!


Qurani-Kərim buyurur ki, mehriyyəni qadına verməmək zülm hesab olunur: “Bir arvadın (əvvəlki arvadınızın) yerinə başqa bir arvad almaq istəsəniz və onlardan birinə (boşamaq istədiyinizə, mehriyyə olaraq) çoxlu mal vermisinizsə, ondan heç nəyi geri almayın. Yoxsa onu (cahiliyyət dövründə adətiniz olan) böhtan, iftira və aşkar günah yolu ilə alacaqsınız?! (Cahiliyyət adəti belə idi ki, qadınlara böhtan atırdılar ki, məcbur olub öz mehriyyələrindən əl çəksinlər). Onu necə geri alırsınız, halbuki siz (cismi və ruhi cəhətdən əlaqədə olaraq) bir-birinizə yetişmisiniz və onlar sizdən (nikah vasitəsi ilə) möhkəm bir əhd-peyman alıblar!”. (“Nisa” 20-21). İmam Baqir (ə) buyurur: “Evlənən hər iki tərəfin razı olduğu şey – istər çox olsun, istərsə də az – mehriyyədir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Qadınların üç dəstəsinin qəbir əzabı olmaz və Qiyamət günü Həzrət Zəhra (s.ə) ilə məhşur olarlar.
1. O qadın ki, ərinin yoxsulluğuna uyğunlaşar. 2. O qadın ki, ərinin pis əxlaqına səbir edər. 3. O qadın ki, mehriyyəsini ərinə bağışlayar”.


Bəni İsrailin müraciətinə görə Həzrət Məryəm (s.ə) Harunun bacısı idimi?


Bəni-İsrayilin Məryəmi (s.ə) Harunun (ə) bacısı kimi çağırması barəsində təfsirçilər deyir ki, Harun çox pak və saleh insan olmuşdur. Bəni-İsrayil arasında o qədər məşhur olmuşdur ki, hər kimi pak insan kimi tanıtmaq istəyən zaman deyərdilər: “o, Harunun bacısıdır”, ya da “o, Harunun qardaşıdır”. Nəql edilir ki, Peyğəmbər (s) Müğeyrəni Nəcrana göndərir. Bir qrup xristianlar Qurana işarə edərək deyirlər ki, məgər siz Həzrət Məryəmi (s.ə) Quranda Harunun bacısı adlandırmırsınız? Halbuki hamı yaxşı bilir ki, Məryəm (s.ə) ilə Harun arasında xeyli zaman fasiləsi olmuşdur və onlar bacı-qardaş olmamışdır. Müğeyrə bu suala cavab verə bilmir. Ona görə də cavabını Həzrət Peyğəmbərdən (s) soruşur. Həzrət (s) buyurur: “Niyə onların cavabında demədin ki, Bəni-İsrayil arasında adət idi ki, yaxşı insanları peyğəmbərlərə (ə) və salehlərə nisbət verərdilər”. Beləliklə deyə bilərik ki, Həzrət Məryəm (s.ə) Harunun bacısı olmamışdır. Sadəcə çox pak və saleh bir insan olduğu üçün, onu Haruna sanki mənəvi qohum nisbət vermiş və bacısı adlandırmışdılar. /Deyerler.


Bir insan qızını necə böyütməlidir ki, Peyğəmbərimizlə (s) behiştdə qonşu olsun?


İffətli və təqvalı qız övladı böyütmək – dinimizin ən böyük göstərişlərindəndir ki, ona görə çoxlu savab müəyyən olunmuşdur.
Bu haqda Həzrət Peyğəmbər (s) buyurur: “İffətli və pakətəkli qız övladları – çox gözəl övladdırlar. Hər kimin bir qızı olar, Allah onun vasitəsilə onu (valideyni) cəhənnəm atəşindən qoruyar. Əgər iki qızı olarsa, Allah onu behiştə yollayar. Əgər üç qızı və ya bacısı olarsa – sədəqə və Allah yolunda cihad etmək ondan götürülər”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim üç qızına və ya üç bacısına başçılıq edər və onları saxlamaqda səbir edər o zamana qədər ki, bəxt evinə gedərlər, ya torpaqda rahatlıq taparlar – mənimlə o, behiştdə bu ikisi kimi olarıq”...


Həzrət Zəhranın (s.ə) nəzərində bir xanım üçün ən yaxşı əməl hansıdır?!


Həzrət Zəhra (s.ə) buyurur: “Bir qadın üçün ən yaxşı rəftar odur ki, heç bir naməhrəm onu görməsin və o, da naməhrəmi görməsin”.
Həzrət Zəhra (s.ə) atasının yanında tərbiyə almış İlahi səfir idi. Ona görə də Xanımın (s.ə) buyuruşlarının fəlsəfəsinə və dərinliyinə diqqət göstərmək və onu dərk etməyə çalışmaq lazımdır. Həzrət Zəhra (s.ə) övlad tərbiyəsində də örnək bir anadır. Övladlarının hər biri, bəşər üçün bir xəzinədir.
Ona görə də bütün xanımlara tövsiyə edirik ki, həm uşaq tərbiyəsində və həm də ailədə Həzrət Zəhranı (s.ə) özlərinə örnək götürsünlər. Ancaq bu zaman təkamül yolunu gedib, kamala çatmaq olar”.


Ailədə 1 uşaq kifayətdirmi? - ARAŞDIRMA


“Bir uşaq bizə kifayətdir, əgər onu xoşbəxt edə bilsək, çox böyük bir iş görmüş olarıq”. Həzrət İbrahimin (ə) övlad sahibi olması Quranda böyük bir nemət kimi tanıdılmışdı. Mələklər ona müjdə gətirmişdilər. Övlad sahibi olan insan əməl dəftərinə yaxşı əməllər daxil edər və öləndən sonra isə övladının duasına nail olar. Bu gün əgər cəmiyyətə nəzər salsaq, görərik ki, 1 övlad sahibi olmaq dəb olmuşdur. Əgər ata və ana hər ikisi işləyirlərsə, onlar üçün övlad sahibi olmaq çox böyük məsuliyyət olar. Onlar bu üç nəfərlik ailəni kamil bir ailə hesab edirlər. Bəziləri deyər ki, mən ona görə bir övlad istəyirəm ki, bütün var-dövlətimi bir nəfərə qoyub gedim. Halbuki, birdən artıq övlad sahibi olmaq həm valideyn üçün xeyir və bərəkətdir və həm də uşaqların ruhi cəhətdən sağlam olması üçün zəruridir. Bacı və qardaşın olması uşaqlar üçün yaxşı himayə və yardımdır.


Sağlam ailəyə sahib olmaq üçün Qurani Kərim hansı tapşırığı edir?!


Qurani-kərim uğurlu evliliyin şərtini həyat yoldaşının başqaları ilə gizli əlaqədən pak olmasında görür! Nahməhrəmlə dostluq etməmək !
\"(Bu kənizlər) namusunu qoruyan, zinakarlıq etməyən və gizli dost (aşna) saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə evlənin və mehrlərini (şəriətə) müvafiq qaydada verin.\" (Nisa, 25).
İzah: İslam naməhrəmlə dostluq etməyi və münasibət qurmağı qəti qadağan etmişdir. Bu gün – Qərb mədəni ekspansiyasının gücləndiyi bir dönəmdə – bu məşum hadisənin dağıdıcı nəticələri həmişəkindən daha çox izah olunmalıdır ki, bu əxlaqi rəzalətin daha çox yayılmasının qarşısı alınsın. Qəribə burasıdır ki, bəziləri yeniyetmə yaşlarında naməhrəmlə dostluq etməməyin insanlarda bir növ psixi boşluq yaratdığını iddia edir və dinin bununla aşkar müxalifətini yozmağa çalışırlar. Halbuki bir çox psixi çatışmazlıqlar və məşum ictimai nəticələr bu sahədə laübalılıqdan irəli gəlir.


Xanim övladlarının gözü önündə həyat yoldaşına nisbətdə nəyə borculudur?!


Xanım, uşaqların yanında atanın ehtiramını gözləməlidir! Əgər bir xanım kimi ailədə dəyərə malik olmaq istəyirsinizsə, gərək evin böyüyü olan həyat yoldaşınızın ehtiramını hər bir halda saxlayasınız. Əgər ailədə həyat yoldaşınıza hörmət etsəniz və uşaqlar da buna şahid olsalar, o zaman hər ikinizin də sözü onlar üçün qanun olacaqdır. Nəticədə ailədə nəzm qorunacaq və uşaqlar sağlam tərbiyə ala biləcəklər. Ona görə də xanım çalışmalıdır ki, həyat yoldaşının məqamını uşaqlara düzgün izah edə bilsin. Ona hörmət etməklə yanaşı, uşaqlara başa salmalıdır ki, əgər ataları onlara sual verirsə, gərək düzgün cavab versinlər və onun sözünə qulaq assınlar. Siz bu deyilənləri sözlə deyil, rəftarınızla da uşaqlarınıza öyrədə bilərsiniz. Əgər həyat yoldaşınıza danışıq və rəftarda ehtirama riayət etsəniz, bu, uşaqlarınız üçün əməli tərbiyə olacaqdır...


Valideyinlərin övladlarının təbriyəsində nəticə almaq üçün hansı metoddan istifadə etməlidirlər?!


Valideyn övladını danlamamalı, əmələn tərbiyə verməlidir! Allah Təala hər bir insana qarşı ata və anadan daha çox mehribandır. Yaratdığı hər bir məxluqundan hesab çəkər. Çünki insanı pak və təharətli halda xəlq etmişdir. Öz məxluqunda öz qüdrət və kamalını nümayiş etdirmək istəmişdir.
Eləcə də valideyn övladını saleh və ədəbli bir insan kimi görmək istəyər. O zaman ki, ata və ana zəhmətlə böyütdükləri övladlarının onların gözü önündə günah etməsini görür, bu, onlara əvəzolunmaz ziyanlar vurur. Çünki öz məhsullarının necə zay olduqlarını gözləri ilə görürlər. Allah Təala bu mənzərəni bütün xəlq etdikləri ilə bağlı görür və səbir edir. Halbuki, insanın xilqəti bunun üçün olmamışdır.



Həyatyoldaşın səhvi zamanı necə rəftar edək?! İmam Rzanın (ə) hədisi


Həyat yoldaşı səhv edən zaman... – evliliyin bəzi mövzuları barədə İmam Rzanın (ə) mübarək nəzəri!
İmam Rza (ə) buyurur: “Evlilik məsələsində İslami sünnət belədir ki, axşam həyata keçsin. Çünki Allah gecəni rahatlıq mənbəyi qərar vermişdir. Qadınlar da rahatlıq mənbəyidirlər”. Həzrət İmam Rza (ə) başqa yerdə buyurur: “O zaman ki, Həbəşi padşahı Peyğəmbər (s) üçün Əbu Süfyanın qızına elçilik etdi, Həzrət (s) vəlimə üçün yemək hazırladı və buyurdu: “Peyğəmbərlərin (ə) ədəbindəndir ki, evlənən zaman vəlimə versin”. Əlbəttə ki, evin böyüyü kişidir və o, gərək müdiriyyəti boynuna götürsün, bu kiçik cəmiyyəti idarə etmək üçün ailə üzvlərinin nüfuzundan və sevgisindən istifadə etməlidir. Kişi elə olmalıdır ki, ailədə əmin-amanlıq mehi əssin və hər kəs bir-birinə sevgi ilə müraciət etsin. Valideynlərin bir-birinə olan hörmət və gözəl rəftarları övladlarına da sirayət etsin...


Qurani-kərim uğurlu evliliyin şərtini nədə görür?!


Naməhrəmlə dostluq etməmək: \"(Bu kənizlər) namusunu qoruyan, zinakarlıq etməyən və gizli dost (aşna) saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə evlənin və mehrlərini (şəriətə) müvafiq qaydada verin.\" (Nisa, 25).
İzah: İslam naməhrəmlə dostluq etməyi və münasibət qurmağı qəti qadağan etmişdir. Bu gün – Qərb mədəni ekspansiyasının gücləndiyi bir dönəmdə – bu məşum hadisənin dağıdıcı nəticələri həmişəkindən daha çox izah olunmalıdır ki, bu əxlaqi rəzalətin daha çox yayılmasının qarşısı alınsın. Qəribə burasıdır ki, bəziləri yeniyetmə yaşlarında naməhrəmlə dostluq etməməyin insanlarda bir növ psixi boşluq yaratdığını iddia edir və dinin bununla aşkar müxalifətini yozmağa çalışırlar. Halbuki bir çox psixi çatışmazlıqlar və məşum ictimai nəticələr bu sahədə laübalılıqdan irəli gəlir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter