Saleh və qalıcı əməllər. İnsan öləndən sonra da dünyada 6 şeydən bəhrə aparar


İmam Sadiq (ə) buyurur: “Allah Təala Musaya (ə) buyurur: “Gecə və gündüz Məni çoxlu yada sal. Məni zikir edən zaman müti ol, bəla zamanı səbirli ol, Mənə pərəstiş et. Heç nəyi Mənə şərik qoşma və hər kəsin qayıdışı Mənə tərəfdir. Ey Musa! (Qalıcı saleh əməllərinin) Layiq əməllərinin xəzinəsini Mənə tapşır!”. İmam Sadiq (ə) buyurur: Mömin insan öləndən sonra 6 şeydən bəhrə aparar: 1. Saleh övlad ki, ona dua edər. 2. Onun Quranı ki, başqaları tərəfindən istifadə olunar. 3. Əkdiyi ağac. 4. Qazdığı su quyusu. 5. Allah yolunda qərar verdiyi su bulağı. 6. Ondan sonra insanların əməl etdiyi yaxşı sünnət. Qalıcı olan saleh əməllər çoxdur və bir çox xeyir əməlləri əhatə edər. Bu əməllərdən biri də Allahın zikrini etməkdir.
İmam Baqir (ə) Peyğəmbərdən (s) nəql edir ki, bir kişinin yanından keçirdi ki, bağında ağac əkirdi. Həzrət (s) dayanır və buyurur: “Sənə elə bir ağac əkməyi tövsiyə edimmi ki, kökləri yerində, meyvələri tez yetişən, daha yaxşı və daha davamlıdır?”. Həmin kişi deyir: “Mənə yol göstərin, ey Rəsulallah!”. Həzrət (s) buyurur: “Səhər və axşam de: “Sübhənallah vəlhəmdulilləh və lə İləhə illəllah vəllahu əkbər!”. Əgər onu desən, hər təsbihə görə behiştdə 10 ağacın olar.


Ölülər cümə günü azad edilirmi?


Cavab: Rəvayətə görə, bərzəxdəki ruhlar ləyaqətlərindən asılı olaraq dünya işlərindən xəbər tutur, hətta ailələrinə baş çəkirlər. Bu iş hər gün baş verə bilər. Amma cümə günü xüsusi qeyd edilir. İshaq ibn Əmmar İmam Kazimdən (ə) “möminin ruhu ailəsini ziyarət edirmi”, deyə soruşur. İmam (ə) buyurur: “Bəli. Bu iş onların fəzilətlərindən asılıdır. Kimi hər gün, kimi həftədə bir dəfə ailəsini ziyarət edir. Ən azı hər cümə günbatan vaxt bu ziyarət baş tutur. Möminlə gələn mələk onu qəmgin edəsi səhnələri gizləyir.”
İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən də möminin ruhu öz ailəsini ziyarət edir. O yalnız yaxşı səhnələri görür, xoşagəlməz səhnələr isə ondan gizlədilir.”


Ölümün ağrısız olması üçün nə etməli? İmam Cavadın (ə) hədisi


Ravəndi öz kitabında İmam Cavaddan (ə) nəql edir ki, buyurub: “İmam Rzanın (ə) səhabələrindən biri xəstələnir və xəstə yatağına düşür. Bir gün Həzrət (ə) onu ziyarət edir və ona buyurur: “Halın necədir?”. Deyir: “Ölümü çox qorxulu və ağrılı görürəm”. İmam (ə) buyurur: “Bu narahatlıq ki, hiss edirsən, ölümün ən kiçik əlamətlərindəndir ki, indiyə qədər sənə hakim olmuşdur. Əgər ölümün bütün halı sənə hakim olsa, nə edəcəksən?”. İmam (ə) davam edərək buyurur: “İnsanlar iki dəstədirlər. Bir dəstə üçün ölüm – rahatlıq və aramlıq mənbəyidir. Bir dəstə üçün isə ölüm o qədər ağırdır ki, ondan sonra rahatlıq hiss edərlər. Əgər ölümün sənin üçün ləzzətli olmasını istəyirsənsə, Allah Təalaya, Peyğəmbərin (s) risalətinə və biz Məsum İmamların (ə) vilayətinə qarşı iman və etiqadını təzələ və şəhadətlərini dilində və qəlbində de”\". İmam Cavad (ə) buyurur: “Nə zaman həmin şəxs atamın buyurduqlarını etdi, dedi: “Ey Allah Rəsulunun oğlu! Allahın rəhmət mələkləri hədiyyə və salamla daxil oldular və sizə salam verirlər”.



Qiyamət günü İmam Hüseynin (ə) zəvvarı 100 nəfərə şəfaət verəcəkdir?!


Həzrət Peyğəmbər (s) buyurur: “İmam Hüseynin (ə) şəhadətinə görə möminlərin qəlbində elə bir hərarət vardır ki, heç bir zaman sönməyəcək və soyumayacaqdır”.
İmam Baqir (ə) buyurur: “Əgər insanlar İmam Hüseynin (ə) hərəmini ziyarət etməkdə nə qədər fəzilət olduğunu bilsəydilər, ziyarətin şövqündən ölərdilər”.
İmam Sadiq (ə) buyurur: “İmam Hüseyn (ə) hərəminin torpağı hər dərdin şəfası və hər cür qorxudan amandır”.
İmam Sadiq (ə) yenə buyurur: “Qiyamət günü İmam Hüseynin (ə) zəvvarı cəhənnəm əhlindən və israf edənlərdən yüz nəfərinə şəfaət verəcəkdir”.






Hz Peyğəmbər (s): Ya Əli (ə) Behişti bu 7 əməllə qazanmaq mümkündür?!


Peyğəmbəri-Əkrəmin (s) İmam Əliyə (ə) vəsiyyətlərinin birində belə buyurulur:
“Əli can! Yeddi xislətə malik olan hər bir kəs imanın həqiqətini kamilləşdirmişdir və cənnətin qapıları onun üzünə açıqdır:
1. Dəstəmazını kamil alan; مَنْ أَسْبَغَ وُضُوءَهُ
2. Namazını yaxşı qılan; وَ أَحْسَنَ صَلاَتَهُ
3. Malının zəkatını verən; وَ أَدَّى زَكَاةَ مَالِهِ
4. Qəzəbini udan; وَ كَفَّ غَضَبَهُ
5. Dilini (yersiz və nalayiq sözlərdən) qoruyan; وَ سَجَنَ لِسَانَهُ ...


İnsanı cəhənnəmə aparan şeytanın iki tələsi hansılardır?!


Cündəbin oğlu Abdullah soruşur: “Ey Rəsuləllahın övladı! Həmin tələlər nədən ibarətdir?” İmam Sadiq (ə) buyurur: “Tələlərdən biri insanı öz din qardaşlarına yardımdan məhrum etməkdir. İkinci tələ isə Allahın vacib buyurduğu namazları vaxtında qılmamaq üçün insanların yuxuya getməsidir. Agah olun ki, Allaha olunan heç bir ibadət mömin qardaşlara yardım və onları ziyarət etmək qədər üstün deyil. Vay olsun namazı yüngül tutanlara, yuxuya dalıb namazdan qafil olanlara!...” Vacib dini vəzifələrinə əməl edən insan bəzən işini bitmiş hesab edir. Hansı ki, din qardaşlarının ehtiyacını ödəmək böyük dini vəzifədir. Diqqətimizi hansısa bir sahəyə yönəldib digər sahələri nəzərdən qaçırmaq düzgün deyil. Bu diqqətsizliyin bünövrəsini qoyan şeytan qulağımıza pıçıldayır ki, axı sənin nəyin var ki, başqalarına kömək edəsən. Axı başqalarından sənə nə var.


Hədislərə əsasən Ölənlərimiz üçün oxunması faydalı olan surələr hansılardır?!


İmam Sadiq (ə) buyurur: “Ölən insan ona görə istənilən bağışlanmaya görə sevinər. Necə ki, diri ona verilən hədiyyəyə görə sevinər”.
İmam Rza (ə) buyurur: “Hər kim möminin qəbrini ziyarət edər, onun yanında yeddi dəfə “Qədr” surəsini oxusa, Allah onu qəbir sahibi ilə bir yerdə bağışlayar”.
Beləliklə deyə bilərik ki, qəbir əhlinin bizim dualarımıza və qiraətimizə ehtiyacı vardır. İmam Sadiq (ə) buyurur: “Necə ki, dirilər hədiyyə ilə şad olarlar, qəbir əhli və bərzəxlilər də onlara görə edilən istiğfara görə sevinərlər”.
Hədislər buyurur ki, insan can verən zaman bu surələri oxumaq fəzilətlidir: “Yasin”, “Saffat”, “Əhzab”, “Ayətül-kürsü”, “Əraf” surəsinin 54-cü ayəsini, “Bəqərə” surəsinin son üç ayəsini...


QƏBİR ƏZABINDAN QORXURSUNUZSA, MÜTLƏQ OXUYUN?!


Hər bir kəs həyatında heç olmazsa, bir dəfə də olsun, ölümü, qəbir evində Nəkir və Münkərin sorğu-sualı, qiyamət hesab-kitabı, qəbir əzabı və sıxıntısı haqda düşünüb...! Amma görən, qəbir əzabı və sıxıntısından qurtuluş yolu haqda düşünübsünüzmü? Əgər ölümdən və qəbir sıxıntısından qorxu hissiniz vardırsa, mütləq oxuyun...
İnsan öldükdən sonra ruhu bədənindən ayrılır və bədəninin üzərində dayanır. Meyyitə qüsl verilib qəbiristanlığa aparılarkən, onun ruhu hazır olur, qüsl verənləri, dəfn mərasimində iştirak edənləri görür, səslərini eşidir. Elə buna görə də, tövsiyə olunur ki, dəfn mərasimində artıq danışıqlardan çəkinilsin, yalnız Quran tilavət olunsun... “Qaf” surəsinin 22-ci ayəsi -- “(Ona belə deyiləcəkdir:) “Sən (dünyada) bundan (bu müdhiş günü görəcəyindən) qafil idin. Artıq, bu gün gözündən pərdəni götürdük. Sən bu gün (ölümdən sonrakı hadisələri) aydın görürsən!”


İmam Rza (ə) Cənnət və Cəhənnəm vardırmı sualını necə cavablandırdı?!


İMAM RZA (Ə): CƏNNƏT VƏ CƏHƏNNƏM HAL-HAZIRDA MÖVCUDDUR!
ما اُولئِكَ مِنّا ولا نَحنُ مِنهُم، مَن أنكَرَ خَلقَ الجَنَّةِ وَالنّارِ فَقَد كَذَّبَ النَّبِيَّ (ص) وكَذَّبَنا، ولا مِن وَلايَتِنا عَلى شَيءٍ، ويُخلَدُ فِي نارِ جَهَنَّمَ، قالَ اللّه‏ُ عَزَّوجَلَّ: »هذِهِ جَهَنَّمُ الَّتي يُكَذِّبُ بِهَا المُجرِمون. يَطوفونَ بَينَها وبَينَ حَميمٍ آنٍ«.
“Onlar bizdən deyil və biz də onlardan deyilik. Kim behişt və cəhənnəmin yarandığını inkar etsə, Peyğəmbəri (s) və bizi təkzib edib və o, bizim vilayətimizdən xaricdir, cəhənnəmdə də əbədi qalacaq. Allah-Taala buyurur: “Günahkarların təkzib etdikləri cəhənnəm budur! Onlar onunla qaynar suyu arasında sərgərdan qalarlar.” (“Ər-rəhman” surəsi, ayə: 43-44; “Sifatuş-şiə”, səh.85, hədis: 203.)


İnsanın bədən üzvləri qiyamətdə ona şahidlik edəcəkmi? – Bu necə olacaq?


İnsan qiyamətdə etdiyi hər bir əməlinin hesabını verəcək. Hətta ona bəzi şahidlər də gətiriləcək. Amma insanın ən yaxın şahidi onun özü olacaq. Özü-özünə şahidlik edəcək, heç xüsusda yalana yol verilməyəcək. Qurana əsasən insanın bəzi bədən üzvləri belə “dilə” gəlib şahidlik edəcək: Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir.(Fussilət-20) Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları (günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər. (Yasin-65) Bu kimi ayələr əzaların belə şahidlik edəcəyini təsdiq edir. Amma bunu necə baş verəcəyi barədə isə müxtəlif fikirlər mövcuddur. İslam alimlərinin müxtəlif yanaşmaları vardır. Bir qism alimlər bunun hissi olacağını, bir növ insanın bunu hiss edəcəyini deyiblər və bunu insanın dünya həyatındakı bəzi hallarına bənzədiblər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter