Niyə ölümün həqiqəti sirr olaraq qalır?


Ölüm – elə bir hadisədir ki, hamı onun həqiqətindən agah olmaq istəyir. Ancaq öləndən sonra insanın nə hiss etdiyi və nələri gördüyü məchuldur. Amma bu həqiqətlər barədə bəzi Quran ayələri və Məsumların (ə) verdiyi xəbərlərdən müəyyən qədər agah olmaq olur. Ancaq bu məlumatlar da ölümün həqiqətini bizə izah etməyə kifayət etmir. Bəs nə üçün ölümün həqiqəti bizim üçün müəyyən mənada gizli saxlanılır? Əmirəl-möminin (ə) “Nəhcul-bəlağə”nin 20-ci xütbəsində ölümün sirr halda qalmasına işarə etmiş və buyurmuşdur: “O şeyi ki, ölülər görüblər, əgər siz görsəydiniz, səbirsiz olar və qorxardınız. Eşidib itaət edərdiniz. Ancaq o şeyi ki, onlar müşahidə edirlər sizin üçün gizlidir. Pərdələrin aşağı düşməsi yaxındır. Həqiqəti dünyada insana nişan veriblər. Əgər doğru şəkildə baxarsa, haqqın səsinə qulaq asarsa, bu dünyada da ibrətverici mövzuları bütün insanlar görə bilər. Qiyamət sizin qarşınızdadır və ölüm sizi arxadan qovar. Yükünüz yüngül olsun ki, ...


Qiyamətin ən çətin hesabı nədən ibarətdir?


Ayətullah İbrahim Əmini “Məad” adlı kitabında Qiyamətin ən çətin hesabı barəsində söz açmışdır ki, onunla biz də tanış olaq. Alimin nəzərinə görə, Qiyamət günü ən çətin hesab verən insanlar – zalımlar və insanların haqlarını tapdalayanlar olacaqlar. İnsanlar bir-birinin yanında yaşadıqları üçün, bir-birlərinə qarşı haqları vardır. İlahi peyğəmbərlər (ə) bu haqları tanıtmış və zalımlara əzab vəd etmişdilər. Başqa sözlə desək, ər və arvad, ana və ata, övlad, qohumlar, yaxınlar, qonşular, həmvətənlər, cavanlar və qocalar, zənginlər və yoxsullar... bunların hamısının bir-birinə qarşı haqları vardır. Allah Qiyamət günü ola bilsin ki, Öz haqqından keçsin, ancaq insanların bir-biri üzərində olan haqqından heç bir zaman keçməyəcəkdir. Əmirəl-möminin (ə) buyurur: “Zülm üç cürdür: Birinci zülm odur ki, bağışlanılmaz. İkinci o zülmdür ki, məhkəməsiz xilas olmaz. Üçüncü zülm odur ki, bağışlanar.


Qəbirlər hər gün hansı 5 kəlmə ilə insanı çağırar?!


Həzrət Peyğəmbər (s) buyurur: “İnsanlar yuxudadırlar, o zaman ki, ölərlər – ayılarlar”. Ona görə də hər kim axirətə inanar, axirət imanı onun üçün faydalı olar. Göndərdiyi əməllərin meyvəsini yeyər. Ancaq o zaman ki, insan axirəti inkar edər və ancaq bu dünyanı əsas götürər – etdiyi günahlara görə heç bir zaman peşman olmaz və nəfsinin əsiri olar. Bu insan üçün öləndən sonra axirətə imanın heç bir faydası olmayacaqdır.
Həzrət Peyğəmbər (s) buyurur: “Qəbir hər gün beş kəlməni fəryad çəkər:
1. Mən yoxsulluq eviyəm, özünüzlə xəzinə gətirin.
2. Mən qorxu eviyəm, özünüzlə munis gətirin.
3. Mən ilanlar və əqrəblər eviyəm, özünüzlə zəhər əleyhinə məlhəm gətirin.
4. Mən qaranlıq evəm, özünüzlə ziya gətirin.
5. Mən daş və torpaq eviyəm, özünüzlə xalça gətirin...


Qafil insanlarla dostluq etmək Qiyamət günü insana hansı zərərə aparar?!


Qafillərlə dostluq etməmək! Yuxarıdakı ayə bəzi insanların Qiyamət günü qafil və günahkarlarla dostluq etdikləri üçün çəkəcəyi acı peşmançılıq fəryadının ifadəsidir
\"Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.\" (Furqan, 27-29).
Hədis: İslam peyğəmbəri (s): “Yaxşı yoldaş təklikdən daha yaxşı, təklik isə pis yoldaşdan daha yaxşıdır.” (Əmali, Tusi, səh. 535, hədis: 1162).


Möminlərin ucalacağı, kafirlərin alçalacağı gün nə zaman gələcək?!


Kafirlər təkəbbür və qürur taxtından aşağı çəkiləcək! \"Vaqiə qopacağı zaman onun qopduğunu heç kəs dana bilməz. O (kafirləri) alçaldacaq, (möminləri də) ucaldacaqdır.\" (Vaqiə, 1-3).
İzah: Qiyamət elə bir gündür ki, zahiri dünya məqam və üstünlükləri sona çatacaq və hər kəs öz gerçək yerini görəcəkdir. (Dünyada təhqir olunan) möminlər əziz və hörmətli olacaq, (dünyada zahiri şövkət və cah-calal sahibi olan) kafirlər təkəbbür və qürur taxtından aşağı çəkiləcək, öz gerçək yerlərini anlayacaqlar...


Qiyamətdə Allahın rəhmətini qazanmaq üçün dünyada nə iş görmək lazımdı?!


“İlahi, mənə rəhm et!” Hədis: Məsum (ə): Qiyamət günü məzardan çıxarılan hər kəs deyər: “İlahi, mənə rəhm et!” Onlara cavab verilər: “Əgər dünyada rəhm etmiş və bağışlamışsınızsa, sizə rəhm olunacaq.” (Dəəvat, Ravəndi, c. 8, səh. 143, hədis: 110).
\"O gün (Allah) sizi Toplanma gününə cəm edəcək. Həmin gün qarşılıqlı aldanma günüdür. Hər kəs Allaha iman gətirib yaxşı işlər görsə, (Allah) onun günahlarını bağışlayar və onu (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edər. Onlar orada əbədi qalacaqlar. Bu, böyük müvəffəqiyyətdir.\" (Təğabun, 9)...


Ölən yaxınlarınızın qəbri üstündə edilən dualar tez qəbul olar!


Duaların qəbul olduğu mühüm məkanlardan biri – Məsumların (ə) və İmamzadələrin hərəmləridir. Bundan əlavə, hədislərimiz bəyan edir ki, möminlərin, ata və ananın, alimlərin, saleh insanların, şəhidlərin qəbirləri yanında edilən dualar da tez qəbul olar.
Fəxr Razi möminlərin qəbri kənarında edilən dualar haqqında yazır ki, nə zaman qədim böyük alimlərdən birinin davamçıları elm sahəsində bir çətinliyə düşsə idilər, onun qəbrinin kənarına gedib, orada bəhslər edərdilər. Sonra da həmin məsələnin həlli kəşf olardı. Necə ki, alim və zahidlərin qəbirləri kənarında edilən dualar kimi...


Qiyamət günü Allah insanın günahlarını mələklərə aşkar edəcəkmi?


Allah Təala elə müqəddəs varlıqdır ki, insanların günah və eyiblərini gizlədər və onların aşkar olmasına imkan verməz. Çünki bunun ağır nəticələrini nəzərə alır. İstəmir ki, bəndəsi eyiblərinin aşkar olmasına görə xar və zəlil olsun. Bu da Allahın sonsuz rəhmət bulağından sirab olmaqdır ki, bütün insanlara şamil edilir.
İmam Səccad (ə) dualarının birində buyurur: “Allahım, Öz pərdələrin ilə günahlarımın üstünü örtmüsən, sanki məni öz halıma buraxmısan və günahımın cəzasından məni kənarlaşdırmısan”. Allah bəndəsi Qiyamət günü məhşərə daxil olar və ağlamağa başlayar. Ona deyərlər: “Niyə ağlayırsan?”. Deyər: “Günahlarımın mələklərin yanında aşkar olmasından qorxuram”. Xitab gələr: “O zaman ki, sən günah edirdin və gülürdün – səni rüsvay etmədik. İndi ki, günah etmirsən və ağlayırsan – niyə belə edək ki?”...


Hansı əməllər Qiyamət günü insanın üzünü ağ edər?


Qurani-Kərimdə buyurulur: “Allah iman gətirənlərin dostu və başçısıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik)qaranlıqlar(ın)dan (elm, iman və təqva) nur(un)a tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları(hidayət) nur(un)dan (azğınlıq) zülmətlər(in)ə tərəf çıxarırlar. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar”. (“Bəqərə” 257). Yəni, əgər insan dünyada vilayəti tanıyıb, onu qəbul edib və əməl edibdirsə, Allah onu nura tərəf aparar. Yox əgər, vilayətə qarşı çıxanlardan olubdursa – bu şəxs zülmətə tərəf gedər. Quranın başqa ayəsində buyurulur: “Bəzi üzlərin ağ və bəzi üzlərin qara olacağı gündə! Üzləri qara olanlara gəldikdə(onlara deyiləcək): «İman gətirdikdən sonra kafir oldunuz?! Elə isə küfr etdiyiniz şeyin müqabilində dadın bu əzabı!»...


Qiyamətin 50 keçidi nə mənasındadır?


İmam Sadiq (ə) buyurur: “Qiyamətdə 50 keçid vardır ki, hər bir keçid siz saydığınız illərin min ili qədərdir”.
Şeyx Səduq yazır: “Bizim bu keçidlər barəsindəki əqidəmiz belədir ki, hər biri bir dini vacibatla adlandırılmışdır. İnsan gərək o keçidlərdən keçsin. Nə zaman yaxşı əməllərinə və İlahi rəhmətə görə onların birindən keçər, o biri keçidə çatar. Bu tərtiblə gərək bütün keçidlərdən keçsin. Əks halda cəhənnəmə süqut edəcəkdir”. Şeyx Mufid yazır: “Qiyamətin keçidləri – həmin dini əhkamdır ki, insanlar Qiyamət günü onlara görə cavab verməlidir. Quran və hədislərdə adı çəkilən bu keçidlər – həmin İlahi göstərişlərdir ki, onlara böyük çətinlik və müşküllə riayət olunar. Onları keçid adı ilə adlandırıblar”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter