İnsanın dəfn olunduğu yerin insanın qəbr hesabına nə belə təsiri vardır?!


Bilməliyik ki, insanın aqibəti üçün həyatda etdiyi əməllər, iman və etiqadı faydalıdır. Özündən sonra qoyduqları və özündən əvvəl axirət üçün göndərdikləri önəmlidir. BUnlar zəifdirsə, onun harada dəfn olunmağı az təsir edəcək. Nəzərə alaq ki, Həzrət Peyğəmbər (s) sakin olduğu evində dəfn olunmuşdur və indi həmin yer müsəlmanların ən müqəddəs məkanına çevrilmişdir. İmam Əli (ə) buyurmuşdu: “Üzərində cənazəm olan dəvəni boş buraxın və harada dayanıb əyləşərsə, elə həmin yer mənim qəbrimdir”.
İmam Həsən (ə) şəhid olan zaman onu babasının qəbrinin kənarında dəfn etmək istəyirdilər. Ancaq xilafəti qəsb edən zalım buna imkan vermədi. İş o yerə çatdı ki, hətta Həzrət İmam Həsənin (ə) mübarək cənazəsi olan tabutu da oxladılar. Ona görə də Həzrəti (ə) Bəqi qəbiristanlığında dəfn etdilər. İmam Hüseynin (ə) Kərbəla səhranın ortasında qətl etdilər və mübarək bədəni elə oradaca dəfn etdilər. İndi həmin yer onmilyonların ziyarətgahı olmuşdur. İmam Rzanı (ə) bir bağın içərisində torpağa tapşırdılar və indi bu müqəddəs yer – hamının ziyarət məkanıdır.


İnsanlar bərzəx aləmində ailə üzvlərindən xəbər tuturlarmı?


ikləri yaxınları barəsində xəbərdar olacaqlar. Onlara görə sevinəcək və ağlayacaqlar. Eyni zamanda dünyada olan insanların öz ölüləri üçün etdikləri dualar və sədəqələr qəbul olar və ölü üçün faydası olar. Ölü bu şeylərdən də xəbərdar olar və onlara görə sevinər. Əksinə, qoyub getdiyi yaxınları günah işlətsələr və haram tikə yesələr, onlara görə narahat olar və ağlayarlar. Bunu qeyd etmək lazımdır ki, dünya sevgisi ilə qəmi, bərzəx aləminin qəmi və sevgisi ilə fərqlidir. Bunu dərk etmək bizim üçün mümkünsüzdür. Alimlərin buyurduğuna görə, görməli və dadmalıdır, nəinki eşitməli və deməli. Bu dediklərimiz möminlərə aiddir. Ancaq peyğəmbərlər (ə) və övliyaların hesabı başqalarından ayrıdır.


Hz Peyğəmbərin (s) hədəisinə əsasən qiyamət günü hansı 8 dəstənin vəziyyət daha ağır olacaq?!


Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü 8 nəfər vardır ki, Allah yanında ən düşmən insanlardırlar:
1. Yalançı. 2. Təkəbbür əhli. 3. O kəslər ki, qardaşlarının kinini sinələrində saxlayarlar və onları görən kimi (dost olmaqlarına görə) and içərlər.
4. O kəslər ki, Allah və Peyğəmbəri (s) tərəfinə çağırılanda ləngiyərlər, şeytana tərəf çağırılanda isə qaçarlar.
5. Nə zaman dünya hərisliyi cilvə edər, onu and içməkləri ilə özləri üçün halal edərlər, baxmayaraq ki, ona haqları olmasa belə.
6. Söz gəzdirənlər. 7. Qardaşlar arasına nifaq salanlar. 8. O kəslər ki, günahsızların büdrəmələrini axtararlar, Allah Təala onları çirkin adlandırmışdır”.
Bildiyimiz kimi, yalan – bütün rəzil sifətlərin qapısıdır və hər kim bu qapını açar, başqa rəzil sifətləri yerinə yetirməyə cürət əldə edər və günahdan çəkinməz.
Şeytandan (lən) başlanan təkəbbür sifəti isə insanları Allahın gözündə daha həqir edər. Təkəbbür edən insan əslində Allahını tanımayan insandır. Çünki əgər Allahı tanısaydı, özünün nə qədər alçaq bir varlıq olduğunu dərk edərdi.


Bərzəx aləminin əzabı Qiyamətə qədər davam edəcəkmi?


Bərzəx aləmi mənəvi aləm olduğu üçün, qeyri-maddidir və orada hərəkət yoxdur. Çünki bərzəx aləmində zaman anlayışı yoxdur. Zaman maddi dünyaya aid olduğu üçün, burada hərəkət vardır. Ancaq bərzəx aləmi qeyri-maddi olduğu üçün, orada zaman yoxdur. Bərzəx aləmində olan əzab, həmin şəxsin bərzəx təkamülü üçündür. Bərzəx aləmində insanın dünya ilə əlaqəsi kəsilməz. Belə ki, dünya əhlinin bəzi əməlləri onun əzabını yüngülləşdirə və aradan apara bilər.
Misal üçün, Həzrət Peyğəmbər (s) nəql edir ki, Həzrət İsa (ə) bir qəbrin kənarından keçir ki, əzab çəkir. Ancaq bir il keçəndən sonra yenə həmin qəbrin kənarından keçən zaman görür ki, qəbir sahibi əzab çəkmir. Allah Təaladan istəyir ki, bunun səbəbini ona agah etsin.
Vəhy gəlir ki, onun saleh övladı vardır ki, bu müddət ərzində həddi-büluğa çatmış və iki saleh əməl yerinə yetirmişdir. Biri budur ki, bir yolu insanlar üçün səliqəyə salmışdır. O biri əməli isə odur ki, bir yetimə məskən vermişdir. “Mən də bu saleh övladın əməllərinə görə atasının əzabını aradan qaldırmışam”.


O kəsin ki, qəbri yoxdur, onun qəbir əzabı necə olur?


Bu məsələ hədislərimizdə açıq şəkildə izah edilmişdir ki, qəbir əzabı dedikdə Bərzəx alımindəki əzab nəzərdə tutulur. Belə ki, dünya aləmi ilə axirət aləmi arasındakı fasiləyə Bərzəx deyirlər. Allah Təala “Muminun” surəsində buyurmuşdur: “Şəkk yoxdur ki, bərzəx aləmi bütün insanlar üçün mövcuddur”.
Belə bir sualı İmam Əliyə (ə) də vermişdilər və o, buyurmuşdu: “Quraqlığın Allahı, həmin dənizlərin də Allahıdır. Dənizlərin Allahı, göylərin də Allahıdır. Allah üçün fərqi yoxdur ki, insanın bədəni qəbirdə olsun, yoxsa heyvanların qarnında və ya başqa bir yerdə”. Beləliklə qəbir əzabı, yəni ruhun Bərzəx aləmindəki əzabıdır. Bu əzab ona layiq olan bəndələr üçün haqdır. Allah Təala bağışlayan və mehribandır. O, insanlara dünyada işlətdikləri günaha görə tövbə qapısını açıq qoymuşdur ki, özlərini bu günahlardan paklasınlar və Bərzəx əzabından azad olsunlar.


Möminlərin şəfaətçiliyi necə olur?


Əbu Bəsir nəql edir: “Mən səhabələrin biri ilə İmam Sadiqin (ə) xidmətinə getmişdim. Həzrətə (ə) dedim: “Ey Allah Rəsulunun oğlu! Bəzən səbəb olmadan qəmgin və narahat oluram. Bunun səbəbi nədir?”. Həzrət (ə) buyurdu: “Sizə çatan qəm və sevinc bizim tərəfimizdəndir. Çünki nə zaman biz qəmgin olsaq və ya şadlansaq – onun təsirindən siz də sevinir və qəmgin olursunuz. Səbəbi budur ki, bizlər və sizlər bir nurdan, yəni Allah Təalanın nurundanıq. Allah sizlərlə bizim fitrətimizi eyni cür qərar vermişdir. Ancaq sizin fitrətiniz düşmənlərin fitrəti ilə qarışmışdır. Buna görə də bizimlə bərabər mərtəbədə olmaqdan xaric olmusunuz. Əgər bu cür olmasaydı, siz günah etməzdiniz”. Həzrətə (ə) dedim: “Bizim fitrətimiz və nurumuz əslinə tərəf qayıdırmı?”. Həzrət (ə) buyurdu: “Bəli. Allaha and olsun ki, bizim davamçılarımız Allah nurundan xəlq olmuşdur. Həmin nura tərəf də qayıdacaqdır. Allaha and olsun ki, Qiyamət günü sizlər bizə qoşulacaqsınız. Biz şəfaət edəcəyik və şəfaətimiz qəbul olunacaqdır.


Qiyamət günü hesab verməyin ən çətin mərhələsi hansıdır?


Hədislərdən və Quran ayələrindən belə nəticəyə gəlmək olur ki, Qiyamət günü hesab verməyin ən çətin mərhələsi – haqqun-nasdır. Qiyamət günü taciri gətirərlər və deyərlər ki, sən filankəsi filan iş üçün tutmuşdun, ancaq onun muzdunu verməmisən. İndi ver görək, necə verəcəksən?!
Haqqun-nas elə bir şeydir ki, insanı ən son mərhələdə behiştdən saxlayar və cəhənnəmə göndərər. Hədislərimiz buyurur ki, siratın yeddi dayanacağı vardır ki, onun ən sonuncusu haqqun-nasdır. İnsan bütün dayanacaqlardan keçər və gəlib çatar sonuncu dayanacağa. Ona deyərlər ki, sənin boynunda haqqun-nas vardır və üzü aşağı cəhənnəmə atarlar.
Necə də ağır bir hesabdır! İmamSadiq (ə) buyurur: “Borclu olanı Qiyamət günü hazır edərlər. O halda ki, dəhşət və qorxu içində olar. Əgər həsənələri (savabları) varsa, ondan alarlar, borclu olduğu şəxsə verərlər. Əgər həsənələri olmasa, borclu olduğu şəxsin günahlarından götürər və ona verərlər”...


Bərzəxdə insanın bədəni dünya bədəninə oxşayırmı?


Hədislərimizin buyurduğu kimi, bərzəx bədəni – həqiqətdir. Bizim üçün məchul görünsə də, ancaq həqiqətdə insan bu dünyadan bərzəx aləminə düşən zaman dünya bədənini tərk edər və ruhu bərzəx bədəninə daxil olar. Bu bədən insanın dünyadakı bədəninə çox bənzəyər, ancaq maddi olmaz. Mücərrəd bir bədən olar ki, ona misali bədən deyilir.
Bu haqda hədislərimdizə oxuyuruq. İnsan hansı aləmdə olursa-olsun, bədənə malik olar. İstər məna aləmində olsun, istər dünyada və axirətdə. Ona görə də belə deyildir ki, ruh özbaşına mövcud olsun. Ruh olan yerdə bədən də olar. İmam Sadiq (ə) buyurur: “(Bərzəxdə) möminlərin bədənləri onların dünya bədənlərinə oxşayar”.


Qəbir aləmində qohumlar bir-birləri ilə görüşə biləcəklərmi?


... İnsan ruhu bərzəx aləminə daxil olandan sonra fikir və əqidəsinə əsasən, xüsusi şəraitdə qərar tutur.
Hədislərimiz nəql edir ki, möminlərin ruhları bərzəx aləmində görüşəcəklər. Bir-biri ilə söhbətlər edəcəklər. O zaman ki, bir mömin dünyasını dəyişəcəkdir, başqa möminlər onun yanına gələcək və halını soruşacaqlar. Əgər aralarında yaxınları vardırsa, dünyada qalanların halından sorğu-sual edəcəkdir.
İmam Sadiq (ə) buyurur: “Ruhlar cəsədlərə bənzəyirlər. Behiştdə behişt meyvələrindən istifadə edərlər. Bir-birini tanıyarlar. Bir-birini sorğu-sual edərlər. O zaman ki, dünyada bir nəfər ölər, ruhu bərzəx aləminə gələr və başqa ruhlar onunla görüşməyə gedərlər”.


Etdiyimiz yaxşı əməllər ölənlərimizə müsbət təsir edirmi?


İmam Sadiq (ə) buyurur: “Ölən insan, onun üçün istənilən rəhmət və bağışlanmağa görə şad olar, necə ki, diri insan, ona hədiyyə verilən zaman sevinər”. (Tebyan)
İnsanın öləndən sonra mühüm mövzularından biri də bərzəx təkamülü mövzusudur. Yəni, insan bərzəx aləmində, öləndən sonra ona nəsib olan bərəkətlərdən bəhrələnər. Əgər həyatda saleh övladı olarsa və onun üçün bağışlanma diləyərsə, onun dərəcəsi qalxar. Ona görə də hədislərimiz bizə tövsiyə edir ki, ölülər üçün bağışlanmaq istəyək və ya onları yada salıb, yaxşı işlər görək.
Hədislərimiz buyurur ki, saleh övlad sədəqə kimidir və bərzəx aləmində sahibi üçün əcrə malikdir. Saleh övlad valideynləri üçün istiğfar edər, Allah da onlara Öz rəhmətini şamil edər. Bəzən övlad valideynini yada salmadan da, yaxşı işlər görər. Bu yaxşı iş yaxşı tərbiyənin məhsulu olduğu üçün, Allah bu əmələ görə onu bərzəxdə bəhrələndirər. Əzabına son verər...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter