İnsanın məada inanması, ona nə kimi bəhrələr verir?


Bu dünya – axirətin tarlasıdır. Nə əkərsənsə, axirətdə də onu biçərsən. İnsan öləndən sonra dirilər və başqa bir aləmdə yaşamağa başlayar. “Hər bir canlı ölümü dadacaqdır. Sonra isə Bizim hüzurumuza (Bizim Bərzəx aləmimizə, Bizim Qiyamət səhnəmizə, Bizim cənnətimizə və cəhənnəmimizə) qaytarılacaqsınız!”. (“Ənkəbut” 57). Qurani-Kərim, məad mövzusuna xüsusi əhəmiyət verir və bu İlahi Kitabda məad haqqında təxminən 1500 ayə mövcuddur. Bəs məada etiqad bəsləmək insana hansı bəhrələri gətirər?
1. Məad etiqadı insanı günahdan saxlayar. O kəs ki, Allahı və məadı unudar, o, yolunu azanlardan olar. “Şübhəsiz, Allahın yolundan azanlar üçün, hesab gününü unutmalarının müqabilində şiddətli əzab vardır”. (“Sad” 26).
2. Məad etiqadına olan elm, insanı yəqin dərəcəsinə çatdırar. O kəs ki, məadın olmasına həqiqi yəqin əldə edər, heç bir zaman onu unutmaz və yaddan çıxartmaz.




Bəzi insanlar niyə Qiyaməti inkar edirlər?


İnsanların məadı inkar etməklərinə nə səbəb olur? İnsan fitri olaraq yaxşı bilir ki, Onu yaradan vardır və Ona daima nəzarət edir. Bu dünya onun fitri meyil və istəklərini kamil şəkildə təmin edə bilmir. Ona görə də onu başqa bir aləm gözləyir ki, orada əbədi rahatlıq və hüzur tapacaqdır. Ancaq insanların bəzisi bu həqiqəti qəbul etmək istəmirlər. Niyə?
1. Məsuliyyətdən qaçmaq üçün. Bəzən insan qonşusunun həyətində olan ağacdan istifadə etmək istəyir. Ancaq vicdanı ona deyir ki, bu işi görmə. Çünki onun sahibi vardır və sənin bu işinə razı olmaz. O da vicdanını aldatmaq üçün deyər: “Bu Yer kürəsinin maliki yoxdur. Deməli, bu ağacın da maliki yoxdur”. Bu yolla bağlı yolu özü üçün açmaq istəyər...


Bəs Əzrayil (ə) kimlərin canını alan zaman özünü bəzəyər qorxunu azaldar?!


Bir gün Əzrayil (ə) İbrahimin (ə) yanına gəlir ki, onun canını alsın. Ancaq İbrahim (ə) ölümü seçmir. Əzrayil (ə) də Allaha nəzər salır və deyir: “İbrahim (ə) ölümü xoş qarşılamır”. Allah da Əzrayilə (ə) vəhy edir: “İbrahimi (ə) azad burax, çünki sağ qalmağını istəyir. Mənə ibadət et”. Bu macəradan bir müddət keçir və bir gün İbrahim (ə) qoca bir kişini görür ki, hər nə yeyir, həzm edə bilmir. O yemək ağzından bayıra tökülür. Bu mənzərəni görən zaman çox təsirlənir və həyatı davam etdirməyi acı görür. Ona görə də ölümə qarşı əlaqəsi yaranır. Elə bu zaman evinə qayıdır və evində nurani və gözəl bir insan görür ki, onun kimisini indiyə qədər görməmişdi. Soruşur ki, sən kimsən? O, deyir: “Mən ölüm mələyiyəm”. Həzrət İbrahim (ə) deyir: “Kim sənə yaxın olmaqdan və səninlə görüşməkdən əlaqəsi olar, baxmayaraq ki, bu cür qəlbləri alan camala maliksən?”. Əzrayil (ə) deyir: “Ey Allahın Xəlili! Nə zaman Allah kiminsə xeyirini istəyirsə, məni bu halda onun yanına göndərir. Əgər onun şərini və pisliyini istəyirsə, məni başqa simada onun yanına göndərir”.


Qiyamət necə də yaxın imiş. Amma biz ondan qafil olmuşuq!!


\"Onları ürəklərin xirtdəyə çatacağı, (özləri də) qəm-qüssə içində olacaqları Yaxınlaşan günlə qorxut. zalımların nə bir yaxın dostu, nə də sözü keçən bir şəfaətçisi olar. gözlərin xaincəsinə baxışını və kökslərin gizlətdiyini bilir.\" (Ğafir, 18-19).
İzah: Dünya həyatı – nə qədər uzun olsa da – əbədi Axirət həyatı qarşısında dəyərsizdir. Buna görə də Allah dəfələrlə Qiyamət gününün yaxın olmasını bildirmişdir. Bəli, insan məhşər səhrasına addım atıb, o uzun günü görəndə öz-özünə deyəcək ki, dünya necə də qısa, Qiyamət necə də yaxın imiş. Amma biz ondan qafil olmuşuq.
İmam Səccad (ə): “Ey Adəm oğlu! Bil ki, bu gündən sonra daha böyük, daha qorxulu və ürəklər üçün daha ağrılı bir gün var və o, Qiyamət günüdür. O gün insanlar bir yerə toplanarlar, hamı orada olar və o gün yaxındır.” (Kafi, c. 8, səh. 773, hədis: 29).


Qiyamət günü Peyğəmbərə (s) ən yaxın olanlar kimdir?!


Qiyamət günü Peyğəmbərə (s) ən yaxın olanlar kimdir? Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü sizlərin mənə ən yaxın olanı o kəsdir ki, danışığında doğruçu, əmanətdarlıqda möhkəm, əhdində vəfalı, əxlaqında gözəl, insanlara qarşı daha yaxın və xidmət edən olar”. Həzrət Peyğəmbər (s) buyurur: “Ən abid insan o kəsdir ki, insanlara qarşı başqalarından daha çox xeyirxah olar. Bütün müsəlmanlara qarşı sağlam qəlbli və səfalı olar”.
Ona görə də hər kim başqalarına xidmət edərsə, əmin olsun ki, Allaha ibadət etməklə məşğuldur. Həzrət Peyğəmbər (s) buyurur: “Müsəlmanlar bir-biri ilə qardaşdırlar. Qanlarının qanının dəyəri də bir-biri ilə bərabərdir. Onların ən kiçik fərdinin belə verdiyi aman və öhdəçilik – hamısı üçün möhtərəmdir. …”. Ona görə də bir müsəlman başqa müsəlmanın narahatlığına qarşı laqeyd olmamalıdır. Əksinə, əlindən gələn qədər ona xidmət etməli və ehtiyacını aradan qaldırmalıdır.


Ölümün ağrısız olması üçün nə etməli? İmam Cavadın (ə) hədisi


Ravəndi öz kitabında İmam Cavaddan (ə) nəql edir ki, buyurub: “İmam Rzanın (ə) səhabələrindən biri xəstələnir və xəstə yatağına düşür. Bir gün Həzrət (ə) onu ziyarət edir və ona buyurur: “Halın necədir?”. Deyir: “Ölümü çox qorxulu və ağrılı görürəm”. İmam (ə) buyurur: “Bu narahatlıq ki, hiss edirsən, ölümün ən kiçik əlamətlərindəndir ki, indiyə qədər sənə hakim olmuşdur. Əgər ölümün bütün halı sənə hakim olsa, nə edəcəksən?”. İmam (ə) davam edərək buyurur: “İnsanlar iki dəstədirlər. Bir dəstə üçün ölüm – rahatlıq və aramlıq mənbəyidir. Bir dəstə üçün isə ölüm o qədər ağırdır ki, ondan sonra rahatlıq hiss edərlər. Əgər ölümün sənin üçün ləzzətli olmasını istəyirsənsə, Allah Təalaya, Peyğəmbərin (s) risalətinə və biz Məsum İmamların (ə) vilayətinə qarşı iman və etiqadını təzələ və şəhadətlərini dilində və qəlbində de”...


Şeytan (lən) ən böyük silahını insanın can verən anına saxlamışdır?!


İnsanın dünya aləmindən sonra müvəqqəti olan bərzəx aləmindəki həyatı hamı üçün maraqlıdır. Bu haqda hədislərimiz və Quran bizlərə müəyyən qədər məlumat vermişdilər. Hər bir halda bu mənbələrdən aldığımız xəbərlərə görə, belə qənaətə gəlmək olur ki, əgər insan bu dünyadan mömin gedərsə - bu da hər kəsə qismət olmur – mələklər həmin şəxsə rəhm edərlər. Ruhunu səmaya tərəf apararlar. İnsanın mömin dünyadan getməsi ona görə çətindir ki, şeytan (lən) ən böyük silahını məhz insanın can verən anına saxlamışdır. Onun sevdiyi insanların cildində onun yanına gələrək, həmin insana yanlış əqidələri təlqin etməyə başlayar. Əgər həmin şəxsin imanı zəif olarsa, lənətliyin bu tələsinə düşər ...


İnsanın hansı 2 qanadı onu cəhənnəmdən xilas edər?!


Allah insanı xəlq edən zaman mələklərə əmr edir ki, onun qarşısında səcdə etsinlər və bu kamil insanı yer üzünün xəlifəsi seçir. Allah – Ərhəmər-Rahimindir. İnsan isə çox zəif bir varlıqdır. Ona görə də insanın əbədi səadətə çatması üçün ona iki hüccət və yol göstərən vermişdir. Biri – daxili hüccət olan ağıldır. Biri isə zahiri hüccət olan peyğəmbər (ə) və vəsilər. Hər kimin bu iki qanadı olar, behiştə tərəf uça bilər.
Allah Təala Quranda buyurur: “Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir”. (“Zəlzələ” 7-8)...


Qiyamətə inanmaq insana nə verir?


Səy etmək və çalışmaq – hərəkət etməyin həqiqətini təşkil edir. Belə ki, hər bir hərəkət üçün altı şeyin olması zəruridir. Onlardan birincisi – hədəfdir. İnsan çalışar ki, malik olmadığı şeyi özünə hədəf qoyaraq, onu əldə etsin. Bu səbəbdəndir ki, bəşər yarandığı ilk gündən bəri kamala doğru can atır. Bir hüceyrə nütfədən qan topasına və sonra da insana çevrilir. Sonra da bu insan böyük bir eşqlə kamala doğru hərəkət etməyə başlayır. Həyatı sabit və dayanaqlı deyildir, əslində davamlı olaraq hərəkətdədir. Həyatın hadisələri onu bir haldan başqa hala salır. Dəmir kimi əridir və formadan-formaya salır. \"Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur. Onun səy və təlaşı(nın nəticəsi) tezliklə (ölən kimi və Qiyamətdə) görünəcəkdir. Sonra onun müqabilində ona kamil əvəz veriləcəkdir. (Varlıq aləmində hər bir əməl sahibinin əməlinin və hər bir canlının hərəkətinin) son(u) sənin Rəbbinə tərəfdir”. (“Nəcm” 39-42)...


Qiyamət günü məscid, Quran və alim nədən şikayət edəcək?


Ustad Ənsarian buyurur: “Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır: “Qiyamət günü üç şey insanlardan şikayət edəcəkdir.
Biri – məsciddir ki, deyəcəkdir: “Allahım! Mən inşa edilmişdim, təmiz və gözəl idim. Ancaq insanlar gəlmirdilər”.
İkinci şikayətçi – Qurandır ki, deyəcəkdir: “Allahım! Mən bu insanların arasında idim. Mənə əməl etmədilər”.
Üçüncü şikayətçi – alim olacaqdır ki, deyəcəkdir: “Allahım! Mən uzun illər dərs oxumuşam, halal və haram mövzuları öyrənmişəm.
Əllamə Cəfəri buyurardı: “Mən uzun illər Qumda və Nəcəfdə dərs oxumuşam. Ancaq dərs oxumağıma görə heç bir zaman rahat olmamışam. Çünki ümidim yoxdur ki, Qiyamət günü mənə desinlər ki, ey Muhəmmədtəqi, gəl və dərs dediyin üçün nicat dəstəyin vardır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter